METEOROLOJİ MÜŞAHİDƏLƏR

meteoroloji elementlərin və onların dəyişməsinin göstəricilərinin ölçülməsi.
METEOROLOJİ ELEMENTLƏR
METEOROLOJİ PEYK
OBASTAN VİKİ
Radiometeoroloji müşahidələr
Radiometeoroloji müşahidələr−Azərbaycan Respublikasında atmosferdə baş verən hidrometeoroloji proseslərin və onlarla əlaqədar olan təhlükəli hidrometeoroloji hadisələrin radiometeoroloji müşahidələri Ağstafa, Göygöl, Şamaxı və Şəki Radiometeoroloji Stansiyalarındakı avtomatlaşdırılmış idarəetmə sistemləri — "AİS-MRL"lər vasitəsilə 250 km radiusda aparılır. Azərbaycanda radiometeoroloji müşahidələr 1967-ci ildən Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətində doluya qarşı mübarizə işlərinin aparılması üzrə Xankəndi Doluya Qarşı Mübarizə Dəstəsinin yaradılması ilə başlanılmışdır. 1968-ci ildə Şamaxı, 1972-ci ildə Göygöl, 1973-cü ildə Naxçıvan, 1974-cü ildə Füzuli, 1975-ci ildə Qazax-Tovuz, 1980-ci ildə Ağdərə, 1981-ci ildə İsmayıllı, 1982-ci ildə Zəngilan, 1984-cü ildə Tovuz, Şəki və Culfa-Ordubad, 1987-ci ildə Şaumyankənd Doluya Qarşı Mübarizə Dəstələri yaradılmış və radiometeoroloji müşahidələr bu dəstələrdəki radar qurğuları vasitələri ilə də aparılmışdır. İlk illərdə bu məqsədlə hərbi təyinatlı ("DON", "SON", "Qrom" və s.) radiolokatorlardan istifadə edilmişdir. 1970-ci ildən başlayaraq radiometeoroloji müşahidələrin aparılmasında sırf meteoroloji müşahidə təyinatlı bir dalğalı (3,2 sm) "MRL-1" və "MRL-2" tipli, 1977-ci ildən isə iki dalğalı (3,2 sm və 10 sm) "MRL-5" tipli meteoroloji radiolokatorlardan istifadə olunmağa başlanılmışdır. Azərbaycanda fəaliyyət göstərmiş 13 (on üç) Doluya Qarşı Mübarizə üzrə Hərbiləşdirilmiş Dəstələrin hamısı "MRL-5" tipli meteoroloji radiolokatorlarla təmin edilmiş və istehsalata tətbiq edilmişdi. Füzuli, Zəngilan, Ağdərə və Xankəndi Hərbiləşdirilmiş Dəstələrindəki meteoroloji radiolokatorlar Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qalmışdır. Şaumyan Hərbiləşdirilmiş Dəstəsindəki "MRL-5" tipli meteoroloji radiolokator ermənilər tərəfindən bütünlüklə məhv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 may 2001-ci il tarixli fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun tərkibində Milli Hidrometeorologiya Departamenti yaradıldıqdan sonra 2002-ci ildə Ağstafa və Şamaxı, 2011-ci ildə Göygöl, 2012-ci ildə Şəki Radiometeoroloji Stansiyalarındakı "MRL-5" tipli meteoroloji radiolokatorlar əsaslı təmir edilmiş, avtomatlaşdırılmış idarəetmə sistemləri ("AİS-MRL") quraşdırılaraq istifadəyə verilmişdir. Radiometeorologiyanın predmeti troposferdə baş verən hidrometeoroloji proseslərin və onlarla əlaqədar olan təhlükəli hava hadisələrinin öyrənilməsi, metodu — meteoroloji radiolokatorun köməyi ilə müxtəlif radiometeoroloji kəmiyyətlərin (istənilən hündürlükdə buludun və buludluğun üfüqi və şaquli kəsiklərinin, alt və üst sərhədlərinin, maksimal əksetdirmə qabiliyyətinin, hərəkət istiqamətinin və sürətinin, yağıntının intensivliyinin və miqdarının, dolunun ölçülərinin) ölçülməsi, həmçinin şimşək çaxan, yağış və dolu yağan ərazilərin və təhlükəli hava hadisələrinin (dolu, leysan, qar, şimşək, fırtına) müəyyən edilməsi və baş vermiş hidrometeoroloji proseslərin film şəklində (animasiya) göstərilməsidir. Fərdi kompüterdə yerüstü hədəflərin fonunda, fəzanın seçilmiş istənilən nöqtəsində buludluğun parametrləri ölçülür.
Çoxillik müşahidələr
Səth örtüyü ilə qarşılıqlı təsir şəraitində, onda baş verən fiziki proseslərlə müəyyən olunan, bu və ya digər ərazi üzərində, həmin vaxtda atmosferin vəziyyətinə hava deyilir. Daha sadə şəkildə deyə bilərik ki, yer səthində və aşağı 30–40 km hündürlükdə atmosferin fiziki vəziyyəti baxılan anda hava adlanır. Hava üzərində aparılmış çoxillik müşahidələr, həmin ərazinin iqlimini müəyyən etməyə imkan verir. Həmin ərazidə günəş radiasiyası, atmosfer dövranı və səth örtüyündə baş verən fiziki hadisələrin qarşılıqlı təsiri nəticəsində yaranan və həmin ərazi üçün xarakterik olan hava rejimini yaradan atmosfer proseslərinin qanunauyğun ardıcıllığına iqlim deyilir.
Meteoroloji raket
Bəzən bir tədqiqat raket adlanan bir səsli raket alt-orbital uçuş zamanı ölçmə aparmaq və elmi təcrübələri yerinə yetirmək üçün hazırlanmış bir alət daşıyıcısıdır. Raketlər Yerin səthindən 50 metrdən 1500 kilometrədək (31 -932 mil) cihazları aparmaq üçün istifadə olunur; ümumiyyətlə hava balonları və peykləri arasındakı hündürlük (balonların maksimal hündürlüyü təxminən 40 km) və peyklər üçün minimum hündürlük isə təqribən 120 km (75 ml)-dir. Səsli raketlər tez-tez hərbi artilleriyada raket mühərrikləri kimi istifadə edilir. NASA müntəzəm olaraq ekso-atmosfer bölgəsində 100– 200 km arasında (62 və 124 mil) 270-450 kiloqram olanTerrier Mk 70-i uçurtdu. Terimin mənşəyi dənizçilik lüğətlərindən irəli gəlir, beləki suyun dərinliyini ölçmək üçün gəmidən suyun içərisinə ağırlıqlı bir ip atmaq lazımdır. Termin özünün etimoloji kökləri Portuqaliyalı, İtalyan, İspan və Fransız sözü olub "sonda" və "sonde" kimi səsləndirilir. Raket kontekstində səsləndirilməsi ölçən qəbuletməyə ekvivalentdir. Səslənən raketin əsas elementləri bərk yanacaqlı raket motorudur və elmi yüküdür. Daha böyük, yüksək hündürlükdə raketlərin səmərəliliyinin artırılması və yük qabiliyyətini artırmaq üçün 2-3 mərhələ vardır. Ortalama uçuş müddəti 30 dəqiqədən azdır, adətən 5- 20 dəqiqə arasındadır.
Meteoroloji stansiya
Xüsusi meteoroloji kəmiyyətlər üzərində müşahidələr meteoroloji stansiyalarda aparılır. Stansiyalar 4 dərəcəyə ayrılırlar. I dərəcəli stansiyada yarımçıq proqramla müşahidələr aparılır, II və III stansiyalarda mexaniki rəhbərlik edilir. IV ixtisaslaşmış stansiyalardır. Onun yaxınlığında cihazların işinə mane ola biləcək heç bir maneə olmamalıdır. O qədər də çox hündür olmayan maneələr (ayrı-ayrı ağaclar, tikililər), stansiyadan öz boylarını 10 qatı qədər aralıda olmalıdır. Əhəmiyyətli maneələr isə (məs: meşə zolağı, şəhər evləri ) metroloji stansiyadan öz hündürlüklərinin 20 qatı qədər olmalıdırlar. Bu tələblər ona görə verilirki, həmin maneələr meteoroloji meydançada səbəst hava mübadiləsinə maneə olmasın. Meydançalar 36m x 26m; 26m x 26m ölçülərində ola bilər. Aqrometeoroloji stansiyalar isə 6m x 5m ölçüsündə olurlar.
Meteoroloji xidmət
Meteoroloji xidmət – iqlimin vəziyyətinin təbii, süni və ya antropogen dəyişməsinə nəzarət xidməti. Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə həvalə olunmuşdur. Düşmənə iqtisadi zərər yetirmək və onun hərbi əməliyyatlarını çətinləşdirmək məqsədilə atmosfer hadisələrinə fəal təsir göstərmək üsullarının məcmusu (yağmurlu rayonların su rejimini dəyişdirmək, daşqınlar, tufan, qasırğa törətmək, yolları keçilməz hala salmaq, azyağmurlu rayonlarda uzun sürən quraqlıq törətmək və s.).
Avtomatik meteoroloji sistemlər
== Müasir meteoroloji təminat sistemləri == Son onilliklər ərzində istismara yararlı, uzaq məsafələr qət edən, yüksək sürətə malik hava laynerlərinin meydana çıxması ilə əlaqədar olaraq, dumanda görünüş məsafəsinin ölçülməsi zamanı 10 m-lik dəqiqlik tələb olunur və xüsusən də qalxma-enmə zonasında hava gəmilərinə əhəmiyyətli dərəcədə təsir göstərə biləcək yer səthi üzərində küləyin sürət və istiqamətinin və digər meteoroloji kəmiyyətlərin ölçülmə dəqiqliyinə olan tələblər də xeyli artmışdır. Ona görə də operativliyin tam təmin olunması üçün uçuşların meteoroloji təminatı vəzifəsinə qarşı qoyulan əsas tələblər məlumatların vaxtlı-vaxtında və tam şəkildə çatdırılmasından ibarət olur. Yuxarıda qeyd edilən şərtlərlə əlaqadar olaraq istismar edilən müasir meteoroloji təminat sistemlərinə yüksək inteqrallaşdırılma və avtomatlaşdırılma səviyyəsi istiqamətində qoyulan təlblər də artmış olur. == Avtomatik meteoroloji sistemlər == Müşahidələrin aparılması üçün ən çox yayılan üç avtomatik stansiya var: AWOS -Almaniya, VAİSALA -Finlandiya, ASOS -ABŞ, KRAMS-4 isə Rusiya istehsalıdır. Bu stansiyalar vasitəsilə meteoroloji müşahidələr yarım saatdan bir aparılır. Əldə olunan meteoroloji məlumatları kodlaşdırırlar. Bu isə METAR adlanır. Bundan başqa xüsusi müşahidələr də vardır. Xüsusi müşahidələr kodu isə SPESİ adlanır. SPESİ müəyyən kriteriyalar vasitəsilə xüsusi hava təzahürləri üzərində aparılır.
Azərbaycanda meteoroloji şərait
Azərbaycanda meteoroloji şərait−Azərbaycanda ilk meteoroloji müşahidələr 1843-cü ildə Naxçıvanda başlanılmış, 1847-ci ildə Lənkəranda, 1848-ci ildə Şuşa və Bakı şəhərlərində, 1872-ci ilə indiki Gəncə şəhərində, 1872-ci ildə Zaqatala və Şəkidə, 1879-cu ildə Göytəpədə aparılmışdır. == Respublika üzrə orta çoxillik temperatur norması == Respublika üzrə orta çoxillik temperatur norması (1961 -1990) 12.3 0C təşkil edir. Son illərdə çoxillik norma ilə müqayisədə istər ayrı-ayrı yüksəklik intervalları, istərsə də ölkə üzrə temperatur göstəricilərində artım müşahidə edilməkdədir. Çoxillik dövr ərzində orta çoxillik temperatur artımı Abşeron - Qobustan, Lənkəran -Astara, Böyük Qafqaz ərazilərində +0.70C, Kiçik Qafqaz, Kür –Araz, Naxçıvan MR-da isə +1.0, +1.10C müşahidə edilmişdir. Çoxillik norma ilə müqayisədə yağıntıların azalması 200–500 m yüksəklik intervalına, yağıntının ən çox artımı isə, 500-1000 yüksəklik intervalına düşür. == Dolu hadisələri == Azərbaycanda dolu əsasən Böyük Qafqazın cənub yamacında, Kiçik Qafqazın şimal yamacında, Naxçıvan MR-də daha çox müşahidə edilir. Böyük Qafqazın yüksək dağlıq ərazilərində (2300–2800 m) il ərzində dolu düşən günlərin sayı 8 -10 günə, Kiçik Qafqazda dolunun təkrarlanması 10-12 günə (2300–2700 m yüksəkliklərdə), Naxçıvan MR-də (2800–3200 m yüksəkliklərdə) 5 -7 günə bərabər olur. Dağlıq Qarabağ ərazisində il ərzində dolu düşən günlərin sayı 3-4 gün, ölkənin digər ərazilərində isə (Kür-Araz, Şəki-Zaqatala, Lənkəran-Astara) 0.5-1 gün müşahidə edilir. Aylar üzrə respublika ərazisində dolunun ən çox təkrarlanması oroqrafik şəraitlə bağlı temperatur və rütubətin, konvektiv proseslərin dinamikasının artması hesabına əsasən aprel və may aylarında baş verir. Son illərdə qlobal iqlim dəyişmələrinin regional təsirlərindən ölkə ərazisində dolu hadisələri baş verən günlərin təkrarlanmasında azalma müşahidə olunsa da ayrı-ayrı illərdə lokal xarakterli nisbətən çox təsir gücünə malik, iri diametrli dolu, buz parçalarının düşməsi halına daha çox rast gəlinir.
Azərbaycan ərazisində seysmoproqnoz müşahidələr (jurnal)
Azərbaycan ərazisində seysmoproqnoz müşahidələr — Azərbaycanda İngilis dilində elmi jurnal — Seismoprognosis observations in the territory of Azerbaijan — elmi jurnal == Haqqında == AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin ingilisdilli elmi nəşri olan "Seismoprognosis observations in the territory of Azerbaijan" ("Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri") elmi jurnalında AMEA Respublika Seysmoloji Xidmət Mərkəzində il ərzində Azərbaycan ərazisində seysmologiya və zəlzələ proqnozu üzrə aparılan işlərin nəticələri cəmlənir. Bu nəticələr seysmik stansiyalar şəbəkəsinin qeydə aldığı zəlzələlərin parametrlərindən, Şəki-Şamaxı və Abşeron proqnostik poliqonlarında və digər seysmik aktiv bölgələrdə geofiziki və geokimyəvi stansiyalar şəbəkəsi ilə müşahidə edilən geofiziki və geokimyəvi sahələrin zaman-məkan variasiyaları haqqında olan məlumatlardan ibarətdir. Jurnal elm və istehsalat təşkilatlarında seysmologiya, zəlzələlərin proqnozu, seysmik rayonlaşdırma və seysmikdayanıqlı tikinti məsələləri ilə məşğul olan seysmoloq, geofizik və geokimyaçı mütəxəssislər üçün nəzərdə tutulmuşdur. Jurnalda seysmologiya sahəsi ilə məşğul olan yerli və xarici ölkələrdən olan alimlərin elmi-məqalələri dərc olunur.