MEYMUNOYNADAN
MEYNƏQURDU
OBASTAN VİKİ
Meynətəpə
Meynətəpə — Azərbaycanın Füzuli rayonu ərazisində qədim yaşayış yeri. Füzuli şəhərinin mərkəzindən 5 km şimal-şərqdə, Köndələnçayının sağ sahilində yerləşən yaşayış yeri. Köndələnçayın sağ sahilində, Qaraköpəktəpədən 6 km şərqdə yerləşən Meynətəpə yaşayış yeri üç təpədən ibarətdir. Kənarda yerləşən təpələrin ikisi 1 hektar, mərkəzdə yerləşən üçüncü təpə isə 2 hektar sahəni əhatə etmişdir. Burada mədəni təbəqənin qalınlığı 3–4 m arasındadır. Uzunsov, düzbucaqlı formada, küncləri qatlanmış şəkildə olan bu təpənin hündürlüyü 80 m-dən çox deyildi. Meynətəpənin maddi mədəniyyət nümunələri Qaraköpəktəpənin tapıntıları ilə eyniyyət təşkil edir. Bu abidədə də erkən və orta tunc dövrü təbəqələrinin arası kəsilməzdir, bu da öz növbəsində, Meynətəpədə həyatın hər iki dövrdə ardıcıl davam etməsini göstərir. Təpələrin hər üçündə əmək alətlərinə, gil qab parçalarına rast gəlinmişdir. Abidənin ətrafı əkinçilik üçün yararlı sahələrlə əhatə olunmuşdur.
Meynətəpə yaşayış yeri

Digər lüğətlərdə