MEŞƏLİK

1. сущ. ттам (рук) авай чка; // ттам, рук; 2. кил. meşəli; meşəlik yer ттам (рук) авай чка.
MEŞƏLİ
MEŞƏSALMA
OBASTAN VİKİ
Meşəlik faizi
Meşəlik faizi ərazinin meşə ilə örtülmə dərəcəsi olub meşə ilə örtülü sahənin ümumi sahəyə (məs. respublikanın, meşə təsərrüfatının və s.) nisbəti ilə təyin olunur; faizlə ifadə olunur. Respublikanın ayrı-ayrı rayonlarında fiziki-coğrafi, iqlim və torpaq şəraitindən asılı olaraq meşəlik faizi müxtəlifdir (şək.2). Meşəlik faizinin dinamikası insanın təsərrüfat fəaliyyətinin təsiri altında gedir. Meşələr respublikanın ərazisində qeyri-bərabər paylanmışdır. Meşənin əsas hissəsi (90%) dağ yamaclarında, az hissəsi (10%) isə düzəndə yerləşir. Meşə ilə örtülü sahənin 40%-i Böyük Qafqazda, 33%-i Kiçik Qafqazda və 17%-i Talışda yayılmışdır. Ən yüksək meşəlik faizi (40%-dən çox) ilə Böyük Qafqazın cənub makroyamacı rayonları (Balakən, Zaqatala, Oğuz, Qəbələ, İsmayıllı), Qarabağın dağlıq hissəsi (Ağdərə və Xankəndi rayonları) və qismən Talış (Astara rayonu) xarakterikdir. Orta meşəlik faizi (20-40%) ilə səciyyələnən ərazilər Böyük Qafqazda (Şəki, Quba rayonları), Kiçik Qafqazda (Gədəbəy, Daşkəsən, Kəlbəcər və Laçın rayonları) və Talışda (Lerik, Masallı rayonları) yerləşir. Orta meşəlik faizindən aşağı olan (10-20%) ərazilər Kiçik Qafqazın qərb rayonları (Qazax və Tovuz) üçün səciyyəvidir.
Meşəlik qurucası
Omalotheca sylvatica (lat. Omalotheca sylvatica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin omalotheca cinsinə aid bitki növü. Cyttarium silvaticum (L.) Peterm. Dasyanthus fuscus Bubani Dasyanthus sylvaticus (L.) Bubani Filago sylvatica (L.) Link Gamochaeta sylvatica (L.) Fourr. Gnaphalium sylvaticum L. Synchaeta silvatica (L.) Kirp.
Meşəlik yastıqotu
Meşəlik yastıqotu (lat. Draba nemorosa) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin yastıqotu cinsinə aid bitki növü. Crucifera nemorosa E.H.L.Krause Draba × ambigua Schur Draba dictyota Greene Draba gracilis Graham Draba intermedia Andrz. ex DC. Draba lutea Gilib. ex DC. Draba lutea Gilib. Draba lutea var. brevipes DC. Draba lutea var. longipes DC. Draba macroloba Turcz. Draba muralis Thunb. [Illegitimate] Draba nemoralis Ehrh.
Meşəlik əməköməcisi
Meşəlik əməköməcisi (lat. Malva sylvestris) — əməköməcikimilər fəsiləsinin əməköməci cinsinə aid bitki növü. Qurudulmuş əməköməcinin çiçəklərindən sulu dəmləmə hazırlayıb sinəyumşaldıcı öskürək dərmanı kimi tənəffüs yollarının iltihabını aradan qaldırmaq, mədə-bağırsaq xəstəliklərində mədənin selikli qişasını yumşaltmaq və köpmənin qarşısını almaq üçün işlədirlər.
Meşəlik əsməsi
Anemonoides sylvestris (lat. Anemonoides sylvestris) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin anemonoides cinsinə aid bitki növü.
Meşəlik ətirşahı
Meşəlik ətirşahı (lat. Geranium sylvaticum) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinin ətirşah cinsinə aid bitki növü. 60 sm hündürlükdədir. Kökətrafı yarpaqlar uzun tüklü saplaqlı, üst hissədən sıx, aşağı hissədən damarların üzərində tükcüklü, böyrəkvari-yumru, 6-7 bölümlü, enli rombvari, lələkvari bölümlü və ya iridişcikli hissəlidir; orta yarpaqlar daha qısa saplaqlı, yuxarıdakılar oturaq və qarşı-qarşıya düzülmüşdür. Çiçəkləri çoxsaylı, yuxarı hissədə olur. Ləçəkləri tərsyumurtavari, 14– 17 mm uzunluqda, tündqırmızı-bönövşəyi rənglidir. Erkəkcik sapı aşağıda enli və kirpikciklidir. Meyvənin tayları (layları, qanadları) tükcüklüdür. Böyük Qafqazın qərb və şərq hissəsi, Quba sahəsinin rayonlarında orta dağ qurşağından yuxarı dağ qurşağına kimi yayılmışdır. Meşə talalarında və çəmənlərdə bitir.

Digər lüğətlərdə