MİKROFOTOQRAFİYA

сущ. микрофотография:
1. фотографирование увеличенных с помощью микроскопа объектов
2. увеличенное изображение объекта, полученное путём фотографирования с помощью микроскопа
MİKROFOTOAPARAT
MİKROGÜBRƏ
OBASTAN VİKİ
Mikrofotoqrafiya
Mikrofotoqrafiya- bir obyektin mikroskopa bənzər bir alət altında çəkilmiş şəkili və ya rəqəmsal şəklidir. Mikrofotoqrafiya mikroskopiyanın bütün hissələrində geniş bir istifadə sahəsinə malikdir. İşıq mikrofotoqrafiya və ya mikrofotoqrafiya işıq mikroskopu istifadə edilərək hazırlanmış bir fotoşəkildir, mikrofotonun əldə ediliş müddətini əhatə edən əməliyyatlar fotomikroskopiya olaraq bilinir. Ən sadə halıyla fotomikroskopiya bir mikroskopa kamera yerləşdirilərək asanca edilə bilən bir əməliyyatdır; beləcə adam yüksək nisbətdə böyüdülmüş fotoşəkil çəkmə imkanına sahib olur. Roman Vişniak mikrofotoqrafiya sahəsinin qabaqcıllarındandır; hərəkətli canlıların foto şəkillərinin çəkilməsində mütəxəssis olan Roman Vişniak işıqsız fotoqrafiya və rəngli mikrofotoqrafiya sahələrinə inqilab xüsusiyyətində töhfələr vermişdir. Elektron mikrofotoqrafiya elektron mikroskopu istifadə edilərək hazırlanmış bir fotoşəkildir. Ancaq elektron mikrofotoqrafiya termini elektron mikroskopiyada istifadə edilmir. Məşhur adı mikrofotoqrafiya şəklindədir. Rəqəmsal mikrofotoqrafiya birbaşa bir mikroskop vasitəsilə ya da bir fotomikroqraf ilə əldə edilən rəqəmsal fotoqrafiya növüdür. Terminlərin istifadəsi bir qədər heyrətləndirici ola bilər, gündəlik istifadədə "fotoşəkil" sözü "rəqəmsal foto" sözü ilə az qala eyni yeri tutmaqdadır.

Digər lüğətlərdə