Mineralogiya
Mineralogiya — təbii şəraitdə yer qabığında yaranan müxtəlif mineralların fiziki-kimyəvi xassələrini, tərkibini, mənşəyini və əmələgəlmə qanunauyğunluqlarını öyrənən elm. Minerallar, onların tərkibi, quruluşu, xassələri, mineral maddələrin Yer qabığı şəraitində əmələgəlmə prosesləri və transformasiyası, habelə xalq təsərrüfatında tətbiqi haqqında elm; geoloji biliklərin ən qədim bölmələrindən biri.
== Mineraloji tədqiqatlar ==
Mineraloji tədqiqatlar kimya, fizika, kristalloqrafiya və geologiyaya əsaslanır. Mineralogiyanın əsas məqsədi faydalı qazıntı yataqlarının axtarışı və kəşfinin, onların istifadə üçün zənginləşdirilməsinin elmi əsasını yaratmaqdır. Mineralın təsnifatını vermək cəhdləri Ərəstuna (Aristotel), Əbureyhan Əl Biruni (X əsr) və Nəsirəddin Tusiyə (XII əsr) məxsusdur. Sonuncu iki alim bir çox mineralların təsvirini və təsnifatını vermişlər. Respublikamızda mineralogiyanın inkişafında Ç. Ə. Qaşqay, S. Ə. Əzizbəyov, A. Z. Vəzirzadə, H. H. Kərimov, S. M. Süleymanov və b.-nın mühüm xidməti olmuşdur. Rusiyada mineralların paragenetik assosiasiyası nailiyyətləri Lomonosov, Severgin, Fyodorov, Vernadski, Fersman, Smirnov, Zavaritski, Belyankin, Betextin, və b. adları ilə bağlıdır. XVIII–XIX əsrlərdə Çermak, Qrot, Dana və b.