MİKROSKOPİK
MİQDAR
OBASTAN VİKİ
Miqalomorf hörümçəklər
Miqalomorf hörümçəklər və ya Quşyeyən hörümçəklər (lat. Mygalomorphae) - bu yarımdəstəyə hörümçəklərin ən iri ölçülü nümayəndələri daxildir. 9 fəsiləyə mənsub olan 1500-ə qədər növü özündə birləşdirir. == Ümumi xarakteristika == Miqalomorf hörümçəklər yarımdəstəsinə aid olan hörümçəklərin ölçüləri 10 sm-ə kimi olur. Gözləri baş-döş şöbənin ön tərəfində bir-birinə yaxın yerləşir. Xeliserləri önə doğru uzanmışdır. Zəhər vəzilərinin ölçüsü böyük olmur. Qarıncıq hissə buğumsuzdur. Qarıncığın qurtaracağında 2-6 ədəd tor ziyili yerləşir. Əsasən tropik zonada yayılmışdır.
Miqariya quşarmudu
Miqariya quşarmudu (lat. Sorbus migarica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. == Botaniki təsviri == Miqariya quşarmudu 0,5-2,0 m hündürlükdə koldur. Tumurcuqları zəif keçətükcüklüdür. Yarpaqları az və ya çox dərəcədə dərivari, dəyirmidir, 5-10 sm uzunluqda, 4,5-8 sm enindədir, yuxarı hissəsi kütdür. Yan damarlarının sayı 8-10 cütdür. Üst səthi damarlardan başqa çılpaq və ya zəif tükcüklüdür. Alt səthinin damarlarının arası sıx ağ keçəvari tükcüklü, damarların üzəri isə çox zəif tükcüklüdür. Ona görə də damarlar daha tünd rəngi ilə aydın seçilirlər. Yarpağın kənarı aşağı hissədən tamkənarlı, yuxarıya doğru hissəsi isə (1/8-1/3) dişciklidir.
Miqart
Miqart Tiflis quberniyasının Borçalı qəzasında kənd adı. == Toponimkası == Miqart-Tiflis quberniyasının Borçalı qəzasında kənd adı. 1590-cı ilə aid türkcə mənbədə Maqaret kimidir. Dağ Borçalıya mənsub bu kənd 1920-cı ildə Ermənistana birləşdirilmiş və Tumanyan rayonunda ermənicə yazılışda adı Mğart adlandırılmışdır. XIX əsrin 30-cu illərində kəndin azərbaycanlı əhalisi zorla köçürülmüş və ermənilər yerləşdirilmişdir. Azərbaycan dilində mağara sözündəndir.
Miqas-i Cədid (Kəleybər)
Miqas-i Cədid (fars. مقاس جدید‎) və ya Yeni Miqas - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 43 nəfər yaşayır (30 ailə).
Miqas-i Qədim (Kəleybər)
Miqas-i Qədim (fars. مقاس قديم‎) və ya Əski Miqas - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 40 nəfər yaşayır (11 ailə).
Nəcib Miqati
Nəcib Əzmi Miqati (ərəb. نجيب عزمي ميقاتي‎; 24 noyabr 1955, Tərabülüs əş-Şam) — livanlı siyasətçi, 2005-ci ildə, 2011–2014-cü illərdə və 2021-ci ildən Livanın baş naziri.
-ари-й выша́ркивать подсо́вываться противово́льный пяде́нь трубоку́р чти́во ме́жду жизнью и смертью нежизнеспосо́бный подогна́ть райсобе́с распла́в увяза́ть эмалирова́ние спорадический тесный autocross compo conceptualize down-and-out drink in phon- pipe-lighter reticulose rouse-about