MİRAXUR

сущ. устар. конюший (слуга, заведующий конюшней, конюхами; главный конюх)
MİRABLIQ
MİRAXURLUQ
OBASTAN VİKİ
Miraxur
Miraxur — Osmanlı dövlətində padşahın atlarına baxan saray xidmətçisi. Əndərunda yetişdirilən miraxurlar çox vaxt padşahın şəxsi işlərində də istifadə olunurdu. Osmanlı tarixində imrahorluqdan gələn bir çox dövlət adamı olmuşdur. Bunlar arasında Rüstəm ağa, Şahgəldi ağa, Dabanıyasdı Mehmed ağa, Dəli Hüseyn ağa və s. var.
Miraxur Əhməd Paşa
Miraxur Əhməd Paşa (ö. 1618) — Osmanlı sultanı III Mehmed və I Əhmədin dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Əsli və saraya necə alındığı bilinmir. Əndərunda yetişmişdir. Təhsilini tamamladıqdan sonra Şahzadə Mehmedin xidmətinə alınmışdır. 1595-ci ildə şahzadənin taxta çıxmasıyla öncə ikinci miraxuru, daha sonra baş çuxadarı olmuşdur. Ardından saraydan ayrılaraq Mosul bəylərbəyliyinə, ardından Rumeli bəylərbəyliyinə gətirilmişdir. 1604-cü ildə Sultan Muradın qızlarından Mihrimah Sultanla evlənsə də, bəzi mənbələrdə onunla 1601-cu ildə artıq evli olduğu qeyd olunur. Bir müddət sonra Şam bəylərbəyliyi ilə paytaxtdan uzaqlaşdırıldı. Çox keçmədən 1618-ci ildə Şamda vəfat etmişdir.

Digər lüğətlərdə