MİRZƏCAN

Mirzənin canı, ürəyi; Mirzə ruhlu, ürəkli adam.
MİRZƏBALA
MİRZƏHƏSƏN
OBASTAN VİKİ
Mirzəcan Mədətov
Mirzəcan Mədətov (1809, Çanaqçı – 1851, Şuşa) — erməni əsilli Azərbaycan şairi. Mirzəcan Mədətov Valerian Qriqoryeviç Madatovun (Arustam Quqo oğlu Mədətovun) qardaşı oğludur. Vərəndə mahalının Çanaqçı kəndində anadan olmuşdu. Tiflis canişinliyi dəftərxanasında çalışmışdı. Podpolkovnik rütbəsinədək yüksəlmişdi. Əvvəllər Tiflis dəftərxanasında işləyən sənətkar sonralar Azərbaycan aşıq şeiri formalarında bir çox qoşma və gəraylıların müəllifi oldu. Onun yaradıcılığı əsasən Aşıq Pəri ilə dəyişmələrdən və məktublaşmalardan ibarətdir. Aşıq Pərinin şeirlərinə dərindən yanaşanda məlum olur ki, Mirzəcan Mədətovla çox yaxın olmuş, bir sənət yoldaşı kimi onun xatirini çox istəmişdir. İstər dəyişmələrində, istər də ithaflarında biz bunların şahidi oluruq. Şeirlərindən məlum olur ki, Mirzəcan Mədətovun ölümü Aşıq Pərini dərindən sarsıtmış, ona xüsusi qoşma həsr etmişdir.
Mirzəcan Orucov
Mirzəcan Xəlilov
Mirzəcan Xəlilov (1954, Sabirabad rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı. "Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi"nin və "İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi"nin üzvüdür. Mirzəcan Mirzəmməd oğlu Xəlilov 1954-cü il, aprel ayının 19-da Sabirabad rayonunun Kovlar kəndində kolxozçu ailəsində anadan olub. Mirzəcan Xəlilov ailədə 6 övladdan biri olub. İlk təhsilini 1960-cı ildə Kovlar kənd 8 illik natamam məktəbdə alan Mirzəcan Xəlilov 1968-ci ildə oranı əla qiymətlərlə bitirib. Həmin ili Sabirabad şəhər Səməd Vurğun adına 3 saylı şəhər orta məktəbində təhsilini davam etdirib. 1970-ci ildə şəhər məktəbinin 10-cu sinfini bitirib. Həmin ili Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun Çay Qurğuları və su-elektrik stansiyasının Hidrotexniki Tikintiləri ixtisasına qəbul olub. Qiyabi təhsil alan Mirzəcan Xəlilov 8 oktyabr 1978-ci ildə paytaxtda fəaliyyət göstərən Bakı Şin zavodunda iş fəaliyyətinə Başlayıb. 1974–76-cı illərdə hərbi xidmətlə bağlı təhsilinə ara verməli olub.
Azad Mirzəcanzadə
Mirzəcanzadə Azad Xəlil oğlu (29 sentyabr 1928, Bakı – 17 iyul 2006, Bakı) — Azərbaycanlı alim, mütəfəkkir, texniki elmlər doktoru, akademik. == Həyatı == Azad Mirzəcanzadə 1928-ci il sentyabrın 29-da Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ali təhsilini 1944–1949-cu illərdə Azərbaycan Sənaye İnstitutunun neft-mədən fakültəsində almış və dağ mühəndisi ixtisasına yiyələnmişdir. 1951-ci ildə texnika elmləri üzrə namizədlik, 1957-ci ildə doktorluq dissertasiyaları müdafiə etmişdir. 1959-cu ildə professor adını almış, 1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilmişdir. Azad Xəlil oğlu Mirzəcanzadə 2006-cı il iyulun 17-də, 78 yaşında vəfat etmişdir. == Elmi və pedaqoji fəaliyyətləri == Azad Mirzəcanzadə pedaqoji fəaliyyətə 1944-cü ildə Bakı şəhərində 44 nömrəli orta məktəbdə müəllim kimi başlamışdır. O, 1948–1958-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft İnstitutunda və Neft Ekspedisiyasında baş laborant, kiçik elmi işçi, böyük elmi işçi və şöbə müdiri vəzifələrində çalışmış, 1958–1968-ci illərdə Azərbaycan Neft Sənayesi Nazirliyi nəzdində Elmi Tədqiqat Neftçıxarma İnstitutunda, həmçinin 1966–1969-cu illərdə SSRİ Elmlər Akademiyasının Mexanika Problemləri İnstitutunda laboratoriya müdiri olmuş, 1969–1973-cü illərdə SSRİ Elmlər Akademiyası və Neft Sənayesi Nazirliyinin müştərək laboratoriyasının, 1973–1989-cu illərdə keçmiş Ümumittifaq Elmi Tədqiqat Neft İnstitutunun neft-qaz dinamikası laboratoriyasının müdiri, 1992-ci ildən isə Azərbaycan Neft Akademiyası nəzdində Neft-Qaz Geotexnoloji Problemləri və Kimya Elmi Tədqiqat İnstitutunun direktoru vəzifələrində işləmişdir. Son dərəcə geniş maraq dairəsi olan Azad Mirzəcanzadə elmi yaradıcılığını pedaqoji fəaliyyətlə də məşğul olmuş, yüksək ixtisaslı kadrların hazırlanmasına böyük qüvvə sərf etmiş, Azərbaycan Respublikasının hazırkı inkişaf mərhələsində ölkə iqtisadiyyatının inkişafı üçün güclü elmi potensialın yaradılmasında yaxından iştirak etmişdir. 1951–1957-ci illərdə Azərbaycan Dövlət Universitetinin nəzəri mexanika kafedrasının dosenti, 1957–1959-cu illərdə professoru, 1959-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiri işləmişdir.