MODA

[ fr. ] Müəyyən dövrdə, müəyyən ictimai mühitdə geyim, tualet, məişət şeyləri və s. cəhətdən bu və ya digər zövq və adətlərin hakim olması. Bu paltar indi modda deyil. Moda ilə saç qoymaq.
[Mirzə Salman:] Nə xəbər? Yəqin yenə deyəcəksən ki, hansı yoldaşınsa özünə təzə modda paltar tikdirib. S.Rəhman.
[Lətafət] qırx yaşında ucaboylu, moda ilə geyinən gözəl bir qadındır. İ.Əfəndiyev.

// Dəbdə, modda olan şey haqqında.
// Cəmdə: modalar – belə zövqlərə cavab verən geyim nümunələri. Qadın modaları. Modalar jurnalı.
□ Modada (modda) olmaq – hamı tərəfindən qəbul olunmaq, hamının hüsn-rəğbətini qazanmaq, hamının diqqətini cəlb etmək; yayılmaq, işlənmək, dəbdə olmaq.
O zamanlar Bakıda və Bakının ətraf kəndlərində tapançabazlıq, qoçubazlıq mod olmuşdu. H.Sarabski.

Modadan (moddan) düşmək (çıxmaq), modası keçmək – daha işlənməmək, unudulmaq, dəbdə olmamaq, əhəmiyyətini itirmək.
Modaya (moda) düşmək – bax modada (modda) olmaq.

Синонимы

  • MODA moda bax dəb 1
MOD
MODABAZ
OBASTAN VİKİ
Moda
Dəb (fr. mode, lat. modus – ölçü, obraz, tərz) — həyatın və ya mədəniyyətin müəyyən sahəsində qəbulolunmuş tərzin müvəqqəti hökmranlığıdır. Dəb anlayışı əksər hallarda tez keçiciliklə əvəz olunur. Müəyyən bir müddət ərzində cəmiyyətdə məşhur üslub və ya geyim, fikir, davranış, etiket, həyat tərzi, incəsənət, ədəbiyyat, mətbəx, memarlıq, əyləncə növü, və s. göstərə bilər. Moda anlayışı həmçinin cari dövrə aid insan bədən növünü də əks etdirir (məsələn, qədimdə dolu bədən formaları daha gözəl hesab olunurdu, XXI əsrin əvvəllərində isə incə bədənli insanlar gözəl sayılırdı). Müasir dünyada dəbi izləyən xüsusi ixtisaslaşmış jurnallar da mövcuddur. Nəhəng moda evləri bunlardır: Chanel, Christian Dior, Dolce&Gabbana, Armani, Lacoste, Prada, Gucci, Calvin Klein, Hugo Boss və s. == Dəb tarixi == 11–14 may 2015-ci il tarixində Bakıda, Azərbaycanda ilk yüksək moda həftəsi keçirilmişdir.
Təvazökar moda
Təvazökar moda və ya təvazökar sarğı termini, daha az açıq paltar geyinən qadınlarda, xüsusən inanc, din və ya şəxsi üstünlük səbəbiylə mənəvi və üslubi tələblərini təmin edəcək şəkildə bir moda trendini ifadə edir. 'Təvazökarın' dəqiq təfsiri mədəniyyətlərə və ölkələrə görə dəyişir. Hər bir ölkənin sosial-mədəni xüsusiyyətlərindən təsirləndiyi üçün birmənalı şərh yoxdur. Müxtəlif şərhlərin xaricində hamı təvazökar modanın geniş paltar, rahat geyinmə və bədən cizgilərini bildirməyən, insanın öz rahatlığına uyğun olaraq örtülmə mənasına gəldiyini bildirilir. == Tarixi == "Təvazökar" ifadəsi dini baxımdan fərqli şərhlərə sahib ola bilər. Oxşar xüsusiyyətləri ; məsələn, bir çox xristian, yəhudi və müsəlman qadın, baş örtüyünü tətbiq edir; xristian qadınlar baş örtüyü, yəhudi qadınlar tixel və müsəlman qadınlar hicab taxırlar. 28 iyul 2015-ci ildə təvazökar moda üçün təlimatların təyin edilməsi məqsədi ilə Turində bir dünya paneli keçirildi. Bu böyüyən fenomen London Moda Kollecindən İngilis professor Reina Lewis kimi alimlər tərəfindən öyrənilmişdir. Mövzuyla əlaqədar əsərləri arasında 'Təvazökar Moda: Styling Bodies, Mediating İnam' (2013) və 'Müsəlman Moda: Çağdaş Stil Kültürləri' (2015) adını çəkə bilərik. 2018-ci ilin sonlarında təvazökar moda 250 milyard dollarlıq bir sənaye olaraq qəbul edildi.
Moda qurbanı
Moda qurbanı (ing. fashion victim) — termin dizayner Oskar de la Rentaya aiddir və gündəlik həyatın fenomenlərindən birini — ifrat dərəcədə dəb təsirlərinə məruz qalan və bununla da sağlam düşüncənin hüdudlarından kənara çıxan bir insanı ifadə edir. "Moda qurbanı" (fr. victime de la mode anlayışı 1789-cu il Böyük Fransa İnqilabından sonra yaranmışdır — bu, qışda son vaxtlar dəbə girmiş şifon paltarlarda qaçan gənc qızlara verilən ad idi. == Tarixdə moda qurbanları == Müasir mənada moda qurbanlarından əvvəl keçmişdə müxtəlif dəyişən gözəllik standartlarının qurbanları olub: Çində kiçik ayaqlar üçün moda XX əsrin əvvəllərinə qədər davam edən bir adət yaratdı. Qızların ayaqları bükülmüş, böyükdən başqa bütün barmaqları əyilmişdi. Bu prosedur kifayət qədər ağrılı idi, lakin ayaq istədiyiniz qövs formasını əldə edənə qədər həyata keçirildi. Kiçik döşlər orta əsrlər Avropasında qadınlar üçün standart idi, buna nail olmaq üçün hətta gənc qızlar da sinələrini möhkəm çəkərək böyümələrinə imkan vermirdilər. Avropada və Rusiyada çox nazik bel modası, silueti möhkəm sıxan və daxili orqanları sıxan, huşunu itirmə və müxtəlif xəstəliklərə səbəb olan korsetlərin meydana çıxmasına səbəb oldu. Qədim Rusiyada yuvarlaq bir üz üçün moda, körpələrin hamamda buxarlanmasına və kəllənin "düzgün" yuvarlaq formasını meydana gətirməsinə səbəb oldu.
Bunka Moda Kolleci
Bunka Moda Kolleci (yap. 文化服装学院 — Bunka Fukuso Qakuin) — Yaponiyanın paytaxtı Tokio şəhərində yerləşən təhsil müəssisəsi. Kollecin əsası 1919-cu ildə qoyulmuşdur. Kollec tələbələrə çağdaş moda industriyasına aid olan bütün sahələr üzrə təhsil verir. Kollecin tələbələr üçün yaratdığı şərait və imkanlar da çox yüksək səviyyədədir. Bunka Moda Kollecində həm yerli, həm də xarici tələbələr təhsil alır. Xarici tələbələr üçün isə, burada xüsusi təqaüd proqramları da mövcuddur. == Məşhur məzunları == Buranı bitirən tələbələr nəinki Yaponiyada, həm də digər xarici ölkələrdə moda sənayesində çox böyük uğurlara imza atmışlar. Hazırda dünya modasında öz sözünü demiş, peşəkarlıqları ilə müvəffəqiyyət qazanan 280-ə yaxın Bunka Moda Kollecinin məzunlarının adını çəkmək olar: Kenzo Takada Takeo Kikuçi Cunya Vatanabe Nigo Naomi Nişida (aktrisa) Yohji Yamamoto Tsumori Çisato Tomoe Şinohara Mişa Canette (bloqqer) == Mənbə == Nuranə Səmədova.
Louis Vuitton moda evi
Louis Vuitton — 1854-cü ildə Lui Vüitton tərəfindən yaradılmış fransız lüks moda brendi və şirkəti. Brend müxtəlif məhsullarında "LV" monoqramından istifadə edir. Louis Vuitton hazırda dünyanın ən nüfuzlu moda brendlərindən biridir. Şirkət məhsullarını öz butiklərində, bir sıra ticarət mərkəzlərində və öz rəsmi internet saytında onlayn olaraq satır. Louis Vuitton 2006-cı ildən 2012-ci ilə qədər altı il ardıcıl olaraq ən dəyərli lüks brendi adını qazanıb. 2012-ci ildə onun dəyəri 25,9 milyard dollar olub. 2013-cü ildə brend 28,4 milyard dollar dəyərində qiymətləndirilib və həmin il 9,4 milyard dollar gəlir əldə edib. Şirkətin 50 ölkədə 460-dan çox mağazası fəaliyyət göstərir. Şirkət LVMH kimi tanınan başqa bir böyük şirkət tərəfindən idarə olunur. == Yaranması == Louis Vuitton Malletier 1821-ci ildə Franche Comte'de dünyaya gəlib.
Lolita modası
Lolita dəbi (ロリータ・ファッション, Rorita faşşon) – Viktoriya dövrünün dəbindən və rokoko elementlərindən təsirlənən Yaponiya altmədəniyyəti. Lolita dəbinin əsas fərqləndirici xüsusiyyəti şirinlik estetikasıdır. Lolita dəbinin 3 əsas stili var: qotik, klassik və şirin. Bunlardan əlavə, dəbin başqa stilləri də mövcuddur: dənizçi, kənd, şahzadə, erotik, qrotesk, qi və va, pank, şiro (ağ), kuro (qara), stimpank və s. Lolita dəbi Yaponiyada 1990 və 2000-ci illərdə inkişaf etmişdir. == Terminologiya == "Lolita" termini ilk dəfə "Ryukou Tsushin" dəb jurnalının 1987-ci il sentyabr buraxılışında peyda olmuşdur. Terminin mənşəyi Vladimir Nabokovun "Lolita" romanı ilə bağlıdır. == Tarixi == Lolita dəbinin mənşəyi dəqiq məlum deyil. 1970-ci illərin sonunda "otome" adlı yeni mədəniyyət ortaya çıxmışdı və bu mədəniyyət lolita dəbinə böyük təsir göstərmişdir. Otomenin ortaya çıxmasından öncə - 1970-ci illərin əvvəllərində kavaii mədəniyyəti yaranmışdır.
Modal analiz
Modal analiz — ölçmə texnologiyasında maşın sistemlərinin məxsusi tezlik halını təyin etmək üçün tətbiq olunan sınaq-analitik üsuldur. Bu üsul məcburi mexaniki yırğalanmaların ölçülməsi və analizi əsasında sınaq yolu ilə maşınların dinamiki xassələrinin araşdırılmasında geniş tətbiq edilir. == Mahiyyəti == Hesabi modal analizi, strukturu və model parametrləri əvvəlcədən məlum xətti əvəzləyici modelə əsaslanır. Modelin yaradılmasında həndəsəsi sadə olan cismlərdən: tir, dairəvi lövhə, dördbücaqlı lövhənin məxsusi tezliyi və yırğalanma forması əsas götürülür. Kompleks maşın sistemi bu sadə elementlərdən istifadə olunaraq modelləşdirilir və sistemin kütlə, sərtlik və titrəməsöndürmə matrisaları yaradılır. Məxsusi çevrəvi tezliklər, modal titrəməsöndürmə və məxsusi vektorlar kimi modal parametrlər analitik və ya ədədi üsulla həll olunaraq təyin edilir. Modal sözü də məxsusi vektorun ingilis dilində mənasını ifadə edir. Sınaq yolu ilə aparılan modal analizində modal kəmiyyətlər maşının yırğalanması zamanı ölçülən kəmiyyətlər əsasında tapılır. Bu halda xətti sistemin bütün xassələrinin ötürmə funksiyasında nəzərə alındığı hesab olunur. Belə ki, bu üsul iki hissəyə bölünür: Ötürücü funksiyanın ölçülməsi, Ötürücü funksiyanı qiymətləndirilməsi.
Modal dialoq boksu
Modal dialoq boksu ( ing. modal dialog box, ru. модальное диалоговое окно) - qrafik istifadəçi interfeysində (GUI): bu dialoq boksunu (pəncərəsini) qapadanadək istifadəçinin ana proqramla işini bloklayan dialoq boksu (DIALOG BOX). Modal dialoq bokslarından, adətən, aşağıdakı hallarda istifadə olunur: • İstifadəçinin hansısa informasiyanı daxil etməsi tələb olunduqda; bu, sadəcə, “hə/yox” cavabı da ola bilər, ana proqramın işini davam etdirməsi üçün çoxlu sayda verilənlər də. • İstifadəçinin diqqətini mühüm bir şeyə cəlb etdikdə; erqonomika mütəxəssisləri bu variantı tez-tez tənqid edirlər, çünki proqramın bütövlükdə işini bloklamaq üçün nadir hallarda tam əsas olur. Ancaq bu variantdan yenə də istifadə olunur, çünki proqramlaşdırma baxımından onun reallaşdırılması daha asandır. • İstifadəçiyə, onun yerinə yetirdiyi əməliyyatın ləğv edilməsinin mümkünsüzlüyünü göstərmək və həmin əməliyyatı təsdiqləmək tələb olunduqda. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Modal sözlər
Modal sözlər — modal sözlərin 10 məna növü var bunlar{Təsdiq,güman.şübhə,bənzətmə.müqayisə,təssüf,fikrin mənbəyini,nəticə.ümumiləşdirmə (bildirən)⁶danışanın ifadə etdiyi fikrə münasibət bildirən köməkçi nitq hissəsidir. Modal sözlər sintaksisdə cüzi dəyişərək ara sözlər adlanır. == Məna növləri == === Təsdiq (yəqinlik) bildirən modal sözlər === Əlbəttə (əlbəttə ki), əlbət, doğrudan (doğrudan da), təbii (ki), həqiqətən, sözsüz (ki), şəksiz, şübhəsiz, şübhəsiz ki, doğrusu, düzü, düzdür, doğrudur, bunlar istisna olaraq:hökmən, əsla, qeydsiz-şərtsiz və s. Məsələn: Əlbəttə ki, düz sözə zaval yoxdur. Doğrudan da, insan gücü tükənməzdir. Sözsüz, qələbə gec-tez bizim olacaqdır və s. === " Ehtimal, Güman və şübhə bildirən modal sözlər " === Gərək ki, yəqin (yəqin ki), görünür, deyəsən, yoxsa, olmaya, ehtimal ki, bəlkə, güman ki, olsun ki, və s. Məsələn: Görünür, düşmən bizim zəif yerimizi bilir. Gərək ki, sən onu tanıyırsan. Deyəsən, yağış yağacaq.
Modallıq
Modallıq (fr. modalité, lat. modus - ölçü, üsul) — mühakimənin doğruluq dərəcəsini göstərən fəlsəfi kateqoriya. Hər-hansı bir obyektin mövcudluğu və ya hər hansı bir hadisənin gedişi üsulu (ontoloji M.). Yaxud obyekt, təzahür və ya hadisə haqqındakı anlayış, mühakimə üsulu. Aristotelin işlətdiyi M. anlayışı sonralar klassik fəlsəfəyə daxil olmuşdur. Yeni dövr məntiq və fəlsəfəsində mühakimənin İ.Kant tərəfindən assertorik, apodiktik və problematik mühakimələrə bölünməsi ənənəvi şəkil almışdır.
Modal söz
Modal sözlər — modal sözlərin 10 məna növü var bunlar{Təsdiq,güman.şübhə,bənzətmə.müqayisə,təssüf,fikrin mənbəyini,nəticə.ümumiləşdirmə (bildirən)⁶danışanın ifadə etdiyi fikrə münasibət bildirən köməkçi nitq hissəsidir. Modal sözlər sintaksisdə cüzi dəyişərək ara sözlər adlanır. == Məna növləri == === Təsdiq (yəqinlik) bildirən modal sözlər === Əlbəttə (əlbəttə ki), əlbət, doğrudan (doğrudan da), təbii (ki), həqiqətən, sözsüz (ki), şəksiz, şübhəsiz, şübhəsiz ki, doğrusu, düzü, düzdür, doğrudur, bunlar istisna olaraq:hökmən, əsla, qeydsiz-şərtsiz və s. Məsələn: Əlbəttə ki, düz sözə zaval yoxdur. Doğrudan da, insan gücü tükənməzdir. Sözsüz, qələbə gec-tez bizim olacaqdır və s. === " Ehtimal, Güman və şübhə bildirən modal sözlər " === Gərək ki, yəqin (yəqin ki), görünür, deyəsən, yoxsa, olmaya, ehtimal ki, bəlkə, güman ki, olsun ki, və s. Məsələn: Görünür, düşmən bizim zəif yerimizi bilir. Gərək ki, sən onu tanıyırsan. Deyəsən, yağış yağacaq.

Значение слова в других словарях