MODA

[ fr. ] Müəyyən dövrdə, müəyyən ictimai mühitdə geyim, tualet, məişət şeyləri və s. cəhətdən bu və ya digər zövq və adətlərin hakim olması. Bu paltar indi modda deyil. Moda ilə saç qoymaq.
[Mirzə Salman:] Nə xəbər? Yəqin yenə deyəcəksən ki, hansı yoldaşınsa özünə təzə modda paltar tikdirib. S.Rəhman.
[Lətafət] qırx yaşında ucaboylu, moda ilə geyinən gözəl bir qadındır. İ.Əfəndiyev.

// Dəbdə, modda olan şey haqqında.
// Cəmdə: modalar – belə zövqlərə cavab verən geyim nümunələri. Qadın modaları. Modalar jurnalı.
□ Modada (modda) olmaq – hamı tərəfindən qəbul olunmaq, hamının hüsn-rəğbətini qazanmaq, hamının diqqətini cəlb etmək; yayılmaq, işlənmək, dəbdə olmaq.
O zamanlar Bakıda və Bakının ətraf kəndlərində tapançabazlıq, qoçubazlıq mod olmuşdu. H.Sarabski.

Modadan (moddan) düşmək (çıxmaq), modası keçmək – daha işlənməmək, unudulmaq, dəbdə olmamaq, əhəmiyyətini itirmək.
Modaya (moda) düşmək – bax modada (modda) olmaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MODA moda bax dəb 1
MOD
MODABAZ

Digər lüğətlərdə