Modernləşdirmə
Çağdaşlaşma, müasirləşdirmə və ya modernləşdirmə (ing. Modernization) — bir şeyin yeniləməsi, indiki vaxtın tələblərinə, spesifikasiyalarına və keyfiyyət göstəricilərinə uyğun edilməsi. Çağdaşlaşmadan keçən əsas avtomobillər, qurğular və texnoloji proseslər olur (məsələn, bilgisayar çağdaşlaşması). Tarix mənası ənənəvi cəmiyyətin çağdaş cəmiyyətə dönməsidir, məsələn, aqrar cəmiyyətin sənayeyə.