MODULYASİYA

is. \[lat. modulatio "ritmlilik"\] tex. Televiziya-radio texnikasında rəqəm siqnalının analoq formasına çevrilməsi prosesi. Bu prosesin əksi isə demodulyasiya adlanır. Bir tonallıqdan digərinə, eləcə də məqamına görə fərqlənən eyniadlı tonallığa (məs., do majordan do minora) keçid.
MODİFİKATOR(
MOL
OBASTAN VİKİ
Modulyasiya (musiqi)
Modulyasiya (lat. modulation – müntəzəmlik, sabitlik) — bir tonallıqdan digərinə, eləcə də məqamına görə fərqlənən eyniadlı tonallığa (məsələn, do majordan do minora) keçid. Modulyasiya melodiya və harmoniyanı yeni çalarlarla zənginləşdirir, akkordların funksional əlaqəsini genişləndirir, musiqinin gərgin, dinmik inkişafına səbəb olur. Musiqi əsərinin kompoziyası və hissələrinin qarşılıqlı əlaqəsində modulyasiya əhəmiyyətli rol oynayır. Kamil (yeni tonallıqlda tamamlanmaqla) və qeyri-kamil (əvvəlki tonallığa qayıtmaqla; aralıq modulyasiya) modulyasiya olur. Vincent Persichetti, Twentieth-Century Harmony. W.W. Norton and Company, 1961. ISBN 0-393-09539-8.
Amplitud modulyasiyası
Amplitud modulyasiyası(AM) — radio daşıyıcı siqnallar vasitəsilə informasiyanı ötürmək üçün elektron rabitədə istifadə edilən modulyasiya texnikası. AM göndərilmiş dalğa formasının nisbətlərinə görə daşıyıcının amplitudunu dəyişməklə işləyir. Bu dalğa forması televiziya pixsellərinin işıq intensivliyi və ya səsucaldan ilə yenidən hasil olunmuş səslərinə uyğun gələ bilər. Bu modullaşan siqnal ilə fazası müxtəlif olan faza modulyasiyası və daşıyıcı siqnal tezliyi müxtəlif olan tezlik modulyasiyası ilə ziddir. Amplitud modulyasiyası radio ilə səs ötürmək üçün istifadə edilən ən erkən modulyasiya metodu idi. Bu Reçinald Fessendenin 1900-cü ildə radio-telefon təcrübələri ilə XX əsrin ilk 20 ilində inkişaf etdi. Amplitud modulyasiyası rabitənin çox formasında bu gün də istifadə olunur: məsələn, kompüter modemlərində, portativ ikitərəfli radoilarda və s. istifadə olunur. 1982-ci ildə Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU ) amplitud modulyasiyasının tiplərini müəyyən etdi.
Faza modulyasiyası
Faza modulyasiyası — daşıyıcı dalğaların eyni fazada variasiyası kimi informasiyanı kodlaşdıran modulyasiya formasıdır. Tezlik modulyasiyasından (FM) fərqli olaraq, faza modulyasiyasından radio dalğalarını ötürmək üçün geniş istifadə edilmir. Çünki faza modulyasiyası mürəkkəb texniki vasitələr tələb edir və orada qeyri-müəyyənlik problemləri ola bilər. Faza modulyasiyası Kasio CZ sintezatorları kimi rəqəmli sintezatorlarda istifadə edilir. Faza modulyasiyası məlumat siqnalına proporsiyada mürəkkəb paketin faza modulyasiyasını dəyişir. Fərz edək ki, göndərilmiş siqnal m ( t ) {\displaystyle m(t)} -dir və modullaşdırılmış siqnal daşıyıcıdır. c ( t ) = A d sin ⁡ ( ω d t + ϕ d ) . {\displaystyle c(t)=A_{d}\sin \left(\omega _{\mathrm {d} }t+\phi _{\mathrm {d} }\right).} A_d-daşıyıcının amplitududur. Bu modullaşdırılan siqnal hasil edir. y ( t ) = A d sin ⁡ ( ω d t + m ( t ) + ϕ d ) .

Digər lüğətlərdə