İqlim amilləri
İqlimin dəyişmələrinin səbəbləri tam aydın deyildir. Ancaq aşağıdakı əsas xarici təsirlər məlumdur: Yer orbitinin dəyişməsi (Milankoviç sikli), günəş aktivliyi (o cümlədən günəş sabitinin dəyişməsi), vulkan püskürmələr və istixana effekti
Orbitin dəyişməsinin Yer iqliminə təsiri günəş aktivliyinin rəqsləri ilə oxşardır, ona görə ki, orbitdən kiçik meyletmələr Yer səthində günəş şüalarının yenidən paylanmasına gətirir. Orbitin vəziyyətinin belə dəyişmələri Milankoviç sikli adlanır. Bu meyletmələrin səbəbi Yer, onun peyki Ay və digər planetlərin fiziki qarşılıqlı təsiri olduğundan onları böyük dəqiqliklə proqnozlaşdırmaq mümkün olur. Orbitin dəyişməsi axırıncı buzlaşma dövrünün qlyasoloji və interqlyasoloji sikllərinin əsas səbəbidir. Saxara səhrasının sahəsinin artıb azalmasını da bu amillə izah edrlər.
Litosfer tavalarının hərəkətləri uzun zaman kəsiyində kontinentləri hərəkətə gətirir, okeanda su dövranlarını formalşdırır, dağ suayrıcılarını dağıdır və yenisini yaradır, yəni iqlimin mövcud oluğu səthi yaradır. Son zamanlar aparılmış tədqiqatlar tektonik hərəkətlərin axırıncı buzlaşma dövrünün şəraitinin dərinləşdiyini göstərdi: 3 milyon il əvvəl Şimali — və Cənubi amerika tavaları toqquşmuş, Panama boğazı yaranmış və Atlantik və Sakit okeanlarının sularının birbaşa qarışması bağlanmışdır.
Vulkan püskürmələri iqlimə təsir edib onu bir neçə il soyutmağa qabildir. Məsələn, 1991-ci ildə Pinatubo vulkanının püskürməsi iqlimə əsaslı təsir göstərdi.