MtE

Mutation Engine Mutasiya mühərriki
MTBF
MTS
OBASTAN VİKİ
Dafni-Feryhop-Foli mteropoliten statistika ərazisi
Bolduin dairəsi (ing. Baldwin County) — ABŞ-nin Alabama ştatında qraflıq. 2010-cu il əhalinin siyahıyaalınması məlumatına görə əhalisi 182.265 nəfər olmuşdur. Qraflıq mərkəzi Bey-Minett şəhəridir. Senator Avraam Bolduinin şərəfinə adlandırılmışdır.
Mtevandidi
Mtevandidi — Gürcüstanın Quriya bölgəsində yetişən, xüsusən süfrə şərabı istehsalında istifadə edilən yerli qırmızı üzüm növüdür. Akido (iki dəstəli tumurcuq), Açido, Didd Mtevana, Didmtevana və Didtevano adları ilə də tanınır. Mtevandidinin mənşəyi haqqında yazılı bir qaynaq yoxdur. Botanika və əkinçilik xüsusiyyətləri bu növün Gürcüstana xas olduğunu göstərir. Mtevandidi, Quriyada əsasən şərq hissəsində şərab hazırlamaq üçün istifadə olunan məhsuldar bir üzüm növüdür. Burada üzümlər baxımsız qalsa da böyüməyi, inkişafı və keyfiyyəti qoruya bilib. 19-cu əsrin ikinci yarısından bəri Mtevandidinin yüksək üzüm bağları göbələk xəstəlikləri və fillokseranın yayılması səbəbindən böyük ölçüdə məhv edilmişdir. Üzümçülüklə maraqlanan yerli sakinlərin təşəbbüsü ilə Mtevandidinin toxumları 1905 və 1906-cı illərdə Çoxatauri və Maxaradzedə (Kalagoni, Dablatsixe və Bağdadi kəndləri) aşağı üzüm bağları kimi yetişdirildi və bəziləri bu gün də mövcud olub yüksək məhsuldarlıq və üzümlərin normal inkişafı ilə xarakterizə olunur. Müasir Mtevandidi əkinçilik sahəsi yüksək keyfiyyətli istehsal ilə xarakterizə olunsa da məhduddur. Bir salxım təxminən 15–17 sm uzunluqda, eni 11–14 sm və təxminən 100–130 giləmeyvə, orta ölçülü olduqda 12–14 sm uzunluğunda və 9–12 sm enində, 80–90 giləmeyvədən ibarət olur.