MUSİQAR

сущ. 1. гуя кӀуфа гзаф тӀеквенар аваз, гар жедамаз жуьреба-жуьре ванер акъуддай махарик жедай са къуш; 2. куьгьн. са шумуд кфил галай музыкадин алат; 3. куьгьн. музыкант.
MUROVLUQ
MUSİQİ
OBASTAN VİKİ
Musiqar
Musiqar (Panın fleytası) - qədim nəfəs alətlərindən biridir, dodaqla çalınır. Rumınlar musiqarı «nay» adlandırırlar. Avropada musiqara bəzən «pan fleyta» da deyirlər. Musiqar qədim nəfəs alətlərimizdən biridir və dodaqla səsləndirilir. Musiqarın səsləndirilməsi digər nəfəs alətlərindən kəskin fərqlənir. Yəni musiqar çalğı alətlərimizin sırasında yeganə alətdir ki, ifaçı müxtəlif yüksəklikli səsləri çalan zaman əllərdən, daha doğrusu, barmaqlardan istifadə etmir. Çalğı alətlərimiz şərti olaraq 4 qrupa bölünür: 1.Qədimdə yaranan və müasir dövrümüzə qədər gəlib çıxan alətlər tar, kamança, tulum, tütək, saz, balaban, zurna, nağara, dəf və s. 2.Qədimdə yaranıb və unudulmuş, sonradan bərpa edilən çalğı alətləri – bərbət, rud, çəng, kos, qaşığek, çəğanaq və s. 3.Şərti olaraq mühacir adlandırılan alətlər – Qoşqar rübabı, dütar, setar, tənbur, davul, dairə, gərənay, musiqar və s. 4.Müasirlərimiz tərəfindən icad edilən alətlər – sinəud, zülfar, dilrüba, əsa ney, neyvari və s.

Digər lüğətlərdə