Innocence of Muslims
Müsəlmanların məsumiyyəti (ing. Innocence of Muslims)- əvvəllər "Səhra mübarizləri" (ing. Desert Warriors) ilə "Bin Laden təqsirsizliyi" (ing. Innocence of Bin Laden) adı ilə tanınan, 2012 istehsalı olan İslam əleyhdarı film. Film, İslam peyğəmbəri Məhəmməd haqqındadır. Filmin təqdimat videoları, ərəb dublaj ilə nəşr olundu və 11 sentyabr 2012 tarixində ABŞ-yə diplomatik məqsədlərlə edilən hücumlar əsnasında filmdən bəhs edilmişdir. Bu hücumlardan biri Misirin Qahirə şəhərində Amerika Birləşmiş Ştatlarının səfirliyi qarşısında edilmiş qarışıqlıq idi. Digər hücumlar Liviyanın Benqazi şəhərində başda ABŞ konsulluğu olmaqla digər ABŞ obyektlərinə edilmişdir. Hücum nəticəsində səfir Kristofer Stivens daxil olmaq üzrə ABŞ diplomatik personalından ən azı dörd nəfər və həmçinin on Liviya təhlükəsizlik zabiti öldürülmüşdür.