Mürtəza Mütəhhəri
Mürtəza Mütəhhəri (fars. مرتضی مطهری; 31 yanvar 1919-1 may 1979) — İranlı ilahiyyatçı, fəqih, kəlamçı, fəlsəfəçi, ayətullah, siyasətçi.
İslam fəlsəfəsinin inkişafında müstəsna rolu olan fəlsəfəçi. İran İslam İnqilabının əsas ideoloqlarından biri.
Mürtəza Mütəhhəri 1919-cu il fevralın 2-də İranın Xorasan vilayətinin Fəriman kəndində ruhani ailəsində dünyaya gəlib. Onun atası şeyx Məhəmməd Hüseyn dövrünün ruhanisi olub. Mürtəza Mütəhhəri doğulduğu qəsəbədə ilkin təhsilini alsa da, 1931-ci ildə, 12 yaşında Məşhəd şəhərinə gələrək mədrəsə təhsili almağa başlayır. Məşhəddə təhsil aldıqdan sonra 1937-ci ildə İslam elmi hövzəsi olan Qum şəhərinə yollanır. M. Mütəhhəri Qumda 15 il İslam elmlərini öyrənir. Bu müddətdə o, Ayətullah Təbatəbai Burucerdi, Ruhullah Xomeyni, Əllamə Təbatəbai Təbrizi, Seyid Muhəmməd Hüccət, Seyyid Sədrəddin Sədr, Seyyid Muhəmmədtəqi Xansari kimi alimlərdən dərs alır.