Kosmik məkik
Kosmik şattl — ABŞ-də NASA tərəfindən yaradılmış kosmik gəmi tipidir.
ABŞ-də raket inkişafı ərəfəsində yerə geriyə qayıda bilən gəmi konsepti işlənilir. Bu bir dəfə tətbiq olunan raketlərə nisbətən xərclərə qənaət verməli idi. Ancaq bu məqsədi əldə etmək mümkün olmadı, belə ki, bu gün bir Kosmik şattl gəmisinin qiyməti yarım milyard dollara çatır.
1960-cı illərdə bir pilləli raket sistemi artıq öz imkanlarını tükətdiyindən bu gəminin hazırlanması zamanı çoxpilləli raket sistemindən istifadə edilmişdir. Kosmik şattl gəmisi xarici yanacaq çənləridnən və bərk yanacaq raketindən ibarət olan sistemlə təchiz olunmuşdur. Kosmosa raket kimi buraxılan bu gəmi geriyə təyyarə kimi qayıdır.
Əsas məqsədi kosmosa faydalı yüklərin daşınması olan bu gəmilər azı 100 dəfə kosmosa və geriyə uçmalı idilər. Ancaq bu günə kimi ən çox kosmosa uçan məkik "Discovery" cəmi 33 dəfə bu səyahətdə olmuşdur.