Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sizif
Sizif (və ya Sisif q.yun. Σiσυφος) — qədim yunan mifologiyasında Tanrıların ittihamından sonra böyük qaya parçasını dağın başına qaldırmağa məhkum edilmiş şəxs. Daş yuxarı qalxdıqda öz ağırlığı ilə aşağı düşürdü. Bu cəzanın mahiyyəti isə odur ki, "faydasız əmək"dən daha ağır cəza yoxdur. Homerə əsasən Sizif — ölümə məhkum edilənlərin ən ağıllısı, ən hiyləgəri idi. == Mif == Bu haqda bir sıra miflər mövcuddur. Əvvəla Sizifə bəslənən müxtəlif münasibətlərin, bəlkə də, hamısı onun nəyə görə yeraltı dünyanın faydasız qara fəhləsi olmasının səbəblərini aydınlaşdırır. Gəlin bir balaca əvvələ nəzər salaq. Birincisi, o, tanrılara naşükür, laqeyd münasibətinə görə ittiham olunur. Sizif tanrıların sirlərini oğurlayır.
Qul əməyi
Qul əməyi (ing. Slave Labour) — Britaniyalı rəssamı Benksi yaratdığı London şəhərinin Vud Qrin rayonudaki Poundland şirkətinin dükkanının bayır divarında çəkilən qraffiti. Əsərin boyu 1 metr 22 santimetr, eni isə 1 metr 52 santimetrdır. O, Böyük Britaniya bayrağlarını tikən uşağı təsvir edir. == Satışları == 2013-cü ilin fevralında əsər divardan yox olub və İnternetdə satışa çıxarıldı. Sonra isə o, Mayami İncəsənət Müzayidəsində yarım million dollar qiyməti ilə üzə çıxıb. Müzayidə evi qanuni sövdələşmə nəticəsində "yaxşı tanınan" toplayıcına satılıb. Əsərin müzyidədə çıxarılması Vud Qrin sakinləri hirsləndi. Onlar inanırdılar ki, Qul əməyi onlara verilən hədiyyə idi və onun müzaidədə çıxarılması onun kapitalist adına istismara qarşı ismarıcına qarşı idi. Əsərin çıxarılması qanuni olduğunun iddiasına baxmıyaraq, Mayami İncəsənət Müzayidəsinin direktoru Frederik Sut, üç təklif veriləndən sonra onu qeri aldı.Vud Qrin sakinlərinin etirazlardan sonra, qraffiti Birləşmiş Krallığa qaytarılıb.
İdarəetmə əməyi
İdarəetmə əməyi — ictimai əməyin bir növü olub istehsal kollektivlərinin qarşısında qoyulan məqsədə çatmaq üçün istiqamətlənmiş məqsədyönlü fəaliyyətdir. Geniş mənada idarəetmə əmyi idarəetmə sahəsində hər cür əmək kimi başa düşülür. Daha dar mənada isə idarəetmə əməyinin müəyyənləşdirilməsi inzibati idarəetmənin funksiyalarının icra edilməsi deməkdir.Bir sıra alimlər əsassız olaraq "idarəetmə əməyi"ni "idarəetmə" ilə eyniləşdirirlər və hesab edirlər ki, o ancaq idarəetmə sahəsində istifadə edilir. Ona görə də elmi ədəbiyyatlarda belə təriflərə tez-tez rast gəlinir: idarəetmə əməyi – bu kontor, dəftərxana işidir, mühəndi-texniki əməyidir. idarəetmə əməyi – idarəetmə sahəsində əmək deməkdir. İdarəetəm əməyi ilə müəssisə və təşkilatların rəhbərləri, mühəndis-texniki işçilər və qulluqçular məşğul olurlar. İdarəetmə işçilərinə zehni əməyin spesifik forması olan idarəetmə əməyi ilə məşğul olan bütün işçilər aid edilir. Beləliklə, idarəetmə işinə ancaq rəhbərlərin, mühəndis-texniki işçilərin işini aid etmək olar.
Əl əməyi
Əmək — fərdin və cəmiyyətin tələbatını ödəmək üçün insanın məqsədyönlü, maddi (fiziki əmək) və qeyri-maddi (əqli əmək) fəaliyyəti. == Ümumi anlayış == Əmək vasitəsi ilə insan özü ilə təbiət arasında münasibətləri tənzimləyir. Əmək prosesində təbiəti dəyişməklə insan özünü də dəyişir, yeni imkanlarını üzə çıxardır. Əmək insanı təbiətdən təcrid etsə də, təbiətlə xüsusi münasibətlərini daima saxlayır. Əmək iqtisadi kateqoriya kimi istehsalat faktorlarından biri sayılır. Marksizm nəzəriyyəsinə görə əmək insanın dünyaya bağlılığın ilk faktorudur. Həmçinin əmək prosesində xüsusi münasibətlər - istehsal münasibətləri yaranır. Əmək kollektiv fəaliyyət olduğundan onu təşkil etmək üçün əlaqə vasitələri lazım olur. Bu rolu isə insan dili oynayır. Cəmiyyətin inkişafı əsasən əmək alətlərinin və istehsal münasibətlərinin təkmilləşdirilməsindən asılıdır.
Sizif haqqında mif
Sizif haqqında mif (fr. Le Mythe de Sisyphe) — fransız yazıçı Alber Kamünün kitab həcmindəki fəlsəfi essesi. Essenin orijinalı 1942-ci ildə, Castin O'Brayen tərəfindən tərcümə edilmiş ingiliscə versiyası isə ilk dəfə 1955-ci ildə çap olunur. Sorn Kyerkeqor, Artur Şopenhauer, Fridrix Nitsşe kimi filosoflardan təsirlənən Kamü özünün absurd fəlsəfəsini irəli sürür. Absurdizm insanın "öz həyatına məna qatmaq" kimi ən təməl ehtiyacına kainatın "yersiz sükut"la qarşılıq verməsidir. Kamü insan həyatının absurdluğunu yunan mifologiyasındakı Sizif obrazının vəziyyətinə bənzədir. Belə ki, tanrılar onu iri bir daş parçasını dağ ilə üzüyuxarı qaldırmaqla cəzalandırırlar və o, daşın sonda yenə də aşağıya yuvarlanacağını bildiyi halda, bu mənasız tapşırığı ömrünün sonuna qədər yerinə yetirməyə məhkumdur. Esse ilə Kamünün Yad romanı (1942), Anlaşılmazlıq (1942) və Kaliqula (1944) tamaşaları, xüsusilə də Üsyan (1951) essesi ilə arasında müəyyən oxşarlıqlar nəzərə çarpır. == Tarixi == Kamü esse üzərində işləməyə 1940-ci ildə Fransanın işğal olunduğu, yəni milyonlarla insanın alman ordusundan qaçdığı dövrdə başlayır. Essedə yazılanların bu hadisə ilə birbaşa demək olar heç bir əlaqəsi olmasa da, gözü qarşısında baş verənlər Kamüyə absurdu anlamağa daha çox kömək edir.
Sosialist Əməyi Qəhrəmanları
Sosialist Əməyi Qəhrəmanı — 1938-ci ildən 1991-ci ilə qədər SSRİ-də əməkdə fərqlənməyə görə verilən ən ali fəxri ad. == Mükafatın tarixçəsi == Sosialist Əməyi Qəhrəmanı fəxri adı və bu adın verilməsinin əsasnaməsi SSRİ Ali Soveti Rəyasət Heyətinin 27 dekabr 1938-ci il tarixli qərarı ilə təsis edilmişdir. Buna qədər Əmək Qəhrəmanı adı mövcud idi. SSRİ üzrə ümumilikdə 20 613 nəfər Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür ki, bunlardan 201-i iki dəfə, 15-sı isə üç dəfə bu fəxri adla təltif edilmişdir. 134 nəfərə verilmiş Sosialist Əməyi Qəhrəmanı fəxri adı sonradan geri alınmışdır. Tarixdə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüş ilk şəxs 1939-cu il 20 dekabr tarixli Fərmanla İ.V.Stalin, sonuncu adam isə SSRİ prezidentinin 1991-ci il 21 dekabr tarixli Fərmanı ilə təltif edilmiş, Qazaxıstanın opera müğənnisi Bibigül Tuleqenova olmuşdur.
Sosialist Əməyi Qəhrəmanı
Sosialist Əməyi Qəhrəmanı — 1938-ci ildən 1991-ci ilə qədər SSRİ-də əməkdə fərqlənməyə görə verilən ən ali fəxri ad. == Mükafatın tarixçəsi == Sosialist Əməyi Qəhrəmanı fəxri adı və bu adın verilməsinin əsasnaməsi SSRİ Ali Soveti Rəyasət Heyətinin 27 dekabr 1938-ci il tarixli qərarı ilə təsis edilmişdir. Buna qədər Əmək Qəhrəmanı adı mövcud idi. SSRİ üzrə ümumilikdə 20 613 nəfər Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür ki, bunlardan 201-i iki dəfə, 15-sı isə üç dəfə bu fəxri adla təltif edilmişdir. 134 nəfərə verilmiş Sosialist Əməyi Qəhrəmanı fəxri adı sonradan geri alınmışdır. Tarixdə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüş ilk şəxs 1939-cu il 20 dekabr tarixli Fərmanla İ.V.Stalin, sonuncu adam isə SSRİ prezidentinin 1991-ci il 21 dekabr tarixli Fərmanı ilə təltif edilmiş, Qazaxıstanın opera müğənnisi Bibigül Tuleqenova olmuşdur.
Üçqat Sosialist Əməyi Qəhrəmanı
Üçqat Sosialist Əməyi Qəhrəmanı — 15 nəfər bu ada layiq görülmüşdür.
İkiqat Sosialist Əməyi Qəhrəmanı
İki dəfə Sosialist Əməyi Qəhrəmanı — 221 nəfər bu ada layiq görülüb.
Sosialist əməyi qəhrəmanlarının siyahısı (A)
Sosialist əməyi qəhrəmanlarının siyahısı — SSRİ zamanı Sosialist əməyi qəhrəmanı adı almışların siyahısı:
Sosialist əməyi qəhrəmanlarının siyahısı (B)
Sosialist əməyi qəhrəmanlarının siyahısı — SSRİ zamanı Sosialist əməyi qəhrəmanı adı almışların siyahısı:
Sosialist əməyi qəhrəmanlarının siyahısı (C)
Sosialist əməyi qəhrəmanlarının siyahısı — SSRİ zamanı Sosialist əməyi qəhrəmanı adı almışların siyahısı:
Sosialist əməyi qəhrəmanlarının siyahısı (D)
Sosialist əməyi qəhrəmanlarının siyahısı — SSRİ zamanı Sosialist əməyi qəhrəmanı adı almışların siyahısı: == 1940-cı illər == Dadaşov Məmmədrza Həsən oğlu — 1948 Davranov Armenak Qeorqiyeviç — 1948 == 1950-ci illər == Dəmirova Cəmilə Dadaş qızı — 1950 Dəlləkyan Siranuş Manqiyevna — 1950 == ? == Dadaşov Hacı Şıxəli — ?
Sosialist əməyi qəhrəmanlarının siyahısı (E)
Sosialist əməyi qəhrəmanlarının siyahısı — SSRİ zamanı Sosialist əməyi qəhrəmanı adı almışların siyahısı:
Sosialist əməyi qəhrəmanlarının siyahısı (F)
Sosialist əməyi qəhrəmanlarının siyahısı — SSRİ zamanı Sosialist əməyi qəhrəmanı adı almışların siyahısı:
Sosialist əməyi qəhrəmanlarının siyahısı (G)
Sosialist əməyi qəhrəmanlarının siyahısı — SSRİ zamanı Sosialist əməyi qəhrəmanı adı almışların siyahısı:
Sosialist əməyi qəhrəmanlarının siyahısı (H)
Sosialist əməyi qəhrəmanlarının siyahısı — SSRİ zamanı Sosialist əməyi qəhrəmanı adı almışların siyahısı: == 1940-cı illər == Həsənova Şamama Mahmudəli qızı — 1947 Hüseynov Qardaşxan — 1948 Həsənova Qızqayıt — 1948 Həsənova Züleyxa Əsgəralı qızı — 1949 Həsənova Əsli Bala qızı — 1949 Həsənov Nəsib Məmmədhəsən oğlu — 01/07-1949 Hümbətov Səfər Mahmud oğlu - 1949 == 1950-ci illər == Həsənova Şamama Mahmudəli qızı — 1950 Həsənpur Hüseyn Həsən oğlu — 1951 == 1970-ci illər == Hacıyev Əsgər Bayraməli oğlu — 1976 Hüseynov İsrafil Sami oğlu — 1977 == 1980-ci illər == Hüseynov Mikayıl Ələsgər oğlu — 1985 Hüseynov Məhəmməd Səməd oğlu — 1985 == ? ==
Sosialist əməyi qəhrəmanlarının siyahısı (J)
Sosialist əməyi qəhrəmanlarının siyahısı — SSRİ zamanı Sosialist əməyi qəhrəmanı adı almışların siyahısı:
Sosialist əməyi qəhrəmanlarının siyahısı (K)
Sosialist əməyi qəhrəmanlarının siyahısı — SSRİ zamanı Sosialist əməyi qəhrəmanı adı almışların siyahısı: == 1940-cı illər == Kalinin Mixail İvanoviç — 1944 Kapitsa Pyotr Leonidoviç — 1945 Kərimova Sürəyya Abbasqulu qızı — 1948 Kurçatov İqor Vasileviç — 1949 == 1950-ci illər == Kərimova Aşafatma Hidayət qızı — 1950 Kurçatov İqor Vasileviç — 1951 Kurçatov İqor Vasileviç — 1954 Kazımov Kamal Kərim oğlu — 1956 Keldış Mstislav Vsevolodoviç — 1956 Kaveroçkin Mixail Pavloviç — 1957 Kalaşnikov Mixail Timofeyeviç — 1958 == 1960-cı illər == Keldış Mstislav Vsevolodoviç — 1961 Kolmoqorov Andrey Nikolayeviç — 1963 Kosıgin Aleksey Nikolayeviç — 1964 Kərimov Həsən Rza oğlu — 1966 — (1985-ci ildə ləğv olunub) Kerbabayev Berdi Muradoviç — 1969 == 1970-ci illər == Keldış Mstislav Vsevolodoviç — 1971 Kunayev Dinməhəmməd Əhməd ulı — 1972 Kosıgin Aleksey Nikolayeviç — 1974 Kapitsa Pyotr Leonidoviç — 1974 Kunayev Dinməhəmməd Əhməd ulı — 1976 Kalaşnikov Mixail Timofeyeviç — 1976 == 1980-ci illər == Kunayev Dinməhəmməd Əhməd ulı — 1982 Kərimov Kərim Abbasəli oğlu — 1987 == ? == Kərimov Yusif Xankişi oğlu — ?
Sosialist əməyi qəhrəmanlarının siyahısı (L)
Sosialist əməyi qəhrəmanlarının siyahısı — SSRİ zamanı Sosialist əməyi qəhrəmanı adı almışların siyahısı:
Sosialist əməyi qəhrəmanlarının siyahısı (M)
Sosialist əməyi qəhrəmanlarının siyahısı — SSRİ zamanı Sosialist əməyi qəhrəmanı adı almışların siyahısı: == 1940-cı illər == Molotov Vyaçeslav Mixayloviç — 1943 Mikoyan Anastas İvanoviç — 1943 Meşaninov İvan İvanoviç — 1945 Məmmədov Turab Süleyman oğlu — 1947 Məmməd Məmmədov (siyasətçi, 1904) — 1948 Məmmədov Yunus Mirzəməmməd oğlu — 1949 Məmmədоv Hüsеyn Qurbаn oğlu — 1948 Mustafayev Mehdi Həsən oğlu — 1948 Mehrəliyev Seyfi Seyid oğlu — 1949 Məmmədov İmran İsmayıl oğlu - 1949 Məsimov Sayad Nağı oğlu - 1949 Əbdürrəhimov Hüseyn Yəhya oğlu - 1949 == 1950-ci illər == Məhərrəmov Mösü Rüstəm oğlu — 1950 Məmmədova Soğət Baba qızı — 17/06-1950 Məmmədov Bəxtiyar Məmmədrza oğlu — 19/03-1959 Məmmədov Məmməd Rza oğlu — 1951 Məmmədov Muxtar İsgəndər oğlu — 1951 == 1970-ci illər == Məmmədov Ərəstun — 1973 Məmmədov İsa Əli oğlu — 1976 Yaqub Rüstəmov —1979 == 1980-ci illər == Moiseyenko Yevsey Yevseyeviç — 1986 == ?-ci illər == Məmmədov Bəxtiyar Məmməd Rza oğlu — ? Məmmədov Səfərəli İbrahim oğlu — ?
Sosialist əməyi qəhrəmanlarının siyahısı (N)
Sosialist əməyi qəhrəmanlarının siyahısı — SSRİ zamanı Sosialist əməyi qəhrəmanı adı almışların siyahısı:
Sosialist əməyi qəhrəmanlarının siyahısı (O)
Sosialist əməyi qəhrəmanlarının siyahısı — SSRİ zamanı Sosialist əməyi qəhrəmanı adı almışların siyahısı:
Sosialist əməyi qəhrəmanlarının siyahısı (P)
Sosialist əməyi qəhrəmanlarının siyahısı — SSRİ zamanı Sosialist əməyi qəhrəmanı adı almışların siyahısı:
Sosialist əməyi qəhrəmanlarının siyahısı (Q)
Sosialist əməyi qəhrəmanlarının siyahısı — SSRİ zamanı Sosialist əməyi qəhrəmanı adı almışların siyahısı: == 1940-cı illər == Qasımova Zülqədə Allahverdi qızı — 01/07-1949 Qocayev Məhəmməd Qəmbər oğlu — 1949 == 1950-ci illər == Qəmbərova Zeynəb — 1951 Quliyeva Nüyvər Xəlil qızı — 17/06-1950 == 1960-cı illər == Qazıyeva Sevil Həmzət qızı — 1960 Qazıyeva Zəhra Kərim qızı — 1969 == 1970-ci illər == Quliyev Məhər — 1978 Qarayev Qara — 1978 == ? == Qurbanov İbrahim Musa oğlu — ?
Sinif
Sinif (class) – obyekt-yönlü proqramlaşdırmada: bir anlayış çərçivəsində mövcud ola bilən və spesifik xarakterli elementlər qrupunu (obyektləri) təsvir edən ümumiləşdirilmiş kateqoriya. Proqramın siniflər konsepsiyasını insanların gündəlik həyatda, çox zaman şüuraltı istifadə etdikləri müxtəlif növ təsnifatlarla müqayisə etmək olar; örnək olaraq maddi dünyanın strukturunu müəyyən edən məlum “heyvan”, “bitki” və “mineral” kateqoriyalarını göstərmək olar. Proqramın sinifləri kimi bu kateqoriyalar da, onlara daxil olan obyektlərin tiplərini və onların davranış üsullarını müəyyən edir. Obyekt-yönlü proqramlaşdırmada siniflərin təyin olunması, C və Pascal kimi dillərdə tiplərin təyin olunması ilə oxşardır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Əməvi
Əməvilər (ərəb. الأمويون‎) və ya bəni Üməyyə ‏(ərəb. بنو أمية‎) — əsası I Müaviyə tərəfindən 661-ci ildə qoyulan müsəlman xəlifələri sülaləsi. Süfyani və mərvani əməviləri VIII əsrin ortalarına qədər Əməvilər xilafətini idarə etmişlər. Əməvilər sülaləsinin dövründə Xilafət ordusu indiki Cəbəlüttariq boğazını keçərək Avropaya girdi, müasir İspaniya torpaqlarına daxil olub yürüşü davam etdirdi. 750-ci ildə Əbu Müslimin qiyamı nəticəsində Əməvilər sülaləsini əvəz edən Abbasilər tərəfindən hakimiyyətdən devrilmiş və İspaniyada Kordova xilafətinin əsasını qoyan xəlifə Hişam ibn Əbd əl-Malikin nəvəsindən başqa bütün əməvilər həlak olmuşdur. Sülalənin banisi Əbdşəms ibn Əbdmanafın oğlu və Əbdülmütəllibin əmisi oğlu Üməyya ibn Əbd Şəms olmuşdur.
Eratosfen ələyi
Eratosfen ələyi(sieve of Eratosthenes,решето Эратосфена,Eratosthenes eleği)-sadə ədədlərin (təkcə 1-ə və özünə qalıqsız bölünən ədədlərin) axtarışı üsulu. Qədim Yunanıstanda işlənmiş Eratosfen ələyindən kompüterin, yaxud proqramlaşdırma dilinin işləmə sürətini müəyyənləşdirəndə etalon testi kimi istifadə olunur. Bu üsul yoxetmə prosesinə əsaslanır. 2-dən başlamaqla və ədədi öz mövqeyində saxlamaqla proses aşağıdakı kimi gedir: 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 2-dən başlayaraq bütün cüt ədədlər (2-nin misilləri) yox edilir:2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 3-dən başlayaraq 3-ün misli olan bütün ədədlər yox edilir:2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 Proses verilmiş ədədlər sırasında ən böyük ədədin kvadrat kökündən böyük olan ədədədək davam etdirilir. Bu halda növbəti ədəd olan 5 sıranın ən böyük ədədi olan 20’nin kvadrat kökündən böyükdür, deməli, proses dayandırılmalıdır. Yerdə qalan bütün yox edilməmiş ədədlər sadədir: 2, 3, 5, 7, 11, 13,17 və 19. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 770 s.
Əməli yaddaş
Əməli yaddaş qurğusu (ing. Random Access Memory – RAM) — ixtiyari müraciətə malik yaddaş olub, kompüter və digər qurğularda informasiyanın oxunması və yazılmasını təmin edən yaddaş. Kompüter söndürüldükdə ƏYQ-də saxlanılan informasiya (verilənlər) silinir. Əməli yaddaş kompüterdə iş prosesində lazım olan verilənləri özündə saxlayır. Bu verilənlər həm oxuna, həm də yazıla bilir. Əməli yaddaşa müraciət diskə müraciətdən daha tez olduğundan informasiyanın oxunması və yazılması xeyli sürətlənir. Əməli yaddaş adlandırılması da onun sürətlə işlədiyindən xəbər verir. Baxmayaraq ki, əməli yaddaşın həcmi disklərin həcmindən müqayisə olunmayacaq dərəcədə azdır, ona müraciət sürətli olduğundan əməli yaddaş kompüterdə əvəzolunmaz bir mikrosxemdir.Kompüteri yandırdıqda ilk saniyələrdə daimi yaddaşda yazılmış proqramlar vasitəsilə xarici yaddaşda, yəni sərt diskdə saxlanılan əməliyyat sisteminin proqramları əməli yaddaşa yazılır, eləcə də bizim sonradan daxil etdiyimiz verilənlər də əməli yaddaşa yazılır. Lakin işin axırında kompüteri söndürdükdə əməli yaddaşdakılar pozulur. Odur ki, kompüteri söndürməmişdən əvvəl dəyişdirdiyimiz verilənləri xarici yaddaş qurğularında saxlamaq tələb olunur.
Əməvi Xilafəti
Əməvi xilafəti və ya Dəməşq xilafəti ( 661-750; Böyük Britaniya : / ʊ ˈ m aɪ j æ d , uː ˈ - / , ABŞ : / uː ˈ m aɪ ( j ) ə d , - aɪ æ d / ; Ərəbcə : ٱلْخِلَافَة ٱلْأُمَوِيَّة , romanlaşdırılmış : əl-Xilafət əl-ʾUmawīyah ) dörd böyük xilafətdən ikincisi idi. Məhəmməd peyğəmbərin vəfatından sonra I Muaviyə tərəfindən quruldu . Xilafət Əməvilər sülaləsi tərəfindən idarə olunurdu ( ərəb : ٱلْأُمَوِيُّون , əl-ʾUmawīyūn , və ya بَنُو أُمَيَّة , Banū Umayyah , "övladları ). Ailə Birinci Fitnə başa çatdıqdan sonra altıncı xəlifə olmuş Böyük Suriyanın uzun müddət valisi olmuş Müaviyə ibn Əbi Süfyanla birlikdə sülalə, irsi hakimiyyət qurdu .661-ci ildə. 680-ci ildə I Muaviyənin vəfatından sonra varislik uğrunda ixtilaflar İkinci Fitnə ilə nəticələndi və hakimiyyət nəhayət qəbilənin başqa qolundan olan I Mərvanın əlinə keçdi . Böyük Suriya daha sonra Əməvilərin əsas güc bazası olaraq qaldı, onların paytaxtı Dəməşq idi. Əməvilər , Transoxiana , Sindh , Maqrib və Pireney yarımadasını ( Əndəlus ) İslam hakimiyyəti altına daxil edərək müsəlmanların fəthlərini davam etdirdilər. Ən böyük ölçüdə Əməvi Xilafəti 11.100.000 km 2 (4.300.000 sq mi) ərazini əhatə etdi və bu onu ərazi baxımından tarixin ən böyük imperiyalarından birinə çevirdi. İslam dünyasının əksər hissəsində sülalə 750-ci ildə Abbasilərin başçılıq etdiyi üsyan nəticəsində devrildi. Sülalədən sağ qalanlar Əmirlik şəklində olan Kordovada möhkəmləndilər.və sonra xilafət , İslam Qızıl dövründə dünya elm, tibb, fəlsəfə və ixtira mərkəzinə çevrildi.
Bennettitlər (sinif)
Bennettitlər (lat. Bennettitopsida) — riniofitlər şöbəsinə aid bitki sinfi.
Hakim sinif
Hakim sinif və ya iqtidar sinfi, hakimiyyəti və idarəçiliyi əlində saxlayan və cəmiyyətin gedişatını istiqamətləndirən sosial sinfi nümayiş etdirən termindir. Marksist terminologiyaya görə, bu təbəqə burjuaziya adlanır və o, dövlət aparatından və onun hüquq-mühafizə orqanlarından istifadə etməklə digər məzlum siniflərə, xüsusən də fəhlə sinfinə təzyiq göstərir. Sosioloq C. Rayt Millsə görə, hakim təbəqə elitadan fərqlidir. Millsə görə, elita siyasi gücə malik kiçik qrupdur. Bu sinfə siyasətçilər, siyasi rəhbərlər və hərbi liderlər daxildir. Lakin hakim sinif sərvət, yaxud da zor gücündən birbaşa istifadəyə əsaslanır və təhsildən tutmuş hökumət siyasətinə qədər geniş spektri əhatə edir.
Qatırquyruğu (sinif)
Qatırquyruğu (lat. Equisetopsida) — qatırquyruğukimilər şöbəsinə aid bitki sinfi.Qatırquyruğu sinfi anatomik quruluşunda artrostelin və vegetativ yarpaqlarla bilavasitə bağlı olmayan qalxancıqşəkilli sporangioforların olması ilə xarakterizə olunur. Bu sinfə 2 sıra məhv olmuş kalamitlər (Calamitales, Calamostachyales) və hazırda yaşayan qatırquyruğular (Eguisetales) daxildir.
Riniya (sinif)
Salplar (sinif)
Salplar (lat. Desmomyaria və ya Salpae) — Tunikalılar yarımtipinə aid sinif. Adətən okean səthi sularında qidalanırlar (bir neçə yüz metr dərinliyə qədər). Bitki planktonu ilə qidalanırlar. Bəzi balıqların və dəniz tısbağalarının qidasını təşkil edir.
Saqovniklər (sinif)
Saqovniklər (lat. Cycadopsida) — bitkilər aləminin cycadophyta şöbəsinə aid bitki sinfi.
Sizin-Azadlıq
Your-Freedom (Azərbaycanca Sizin-Azadlıq) proqramı istifadəçilərin internetə anonim şəkildə daxil olmağısını təmin edir. O, bunun üçün istifadəçilərin sorğularını əvvəlcə "Your-Freedom" serverlərindən göndərir və bu serverlərdən geri çatdırır. "Your-Freedom" veb brauzerlə işləyir, lakin onu elə nizamlamaq olur ki, kompüterdəki digər internetə daxil olan proqramlarla, məsələn SMS və ya ani mesajlaşma proqramları ilə də işləsin.
Sosial sinif
Sosial sinif cəmiyyətlər və mədəniyyətlər daxilində fərdlər və ya qruplar arasındakı iyerarxik fərqə (və ya təbəqələşməyə) aiddir. Ümumiyyətlə fərdlər sinifdəki iqtisadi mövqelərinə və stratifikasiya sistemindəki oxşar siyasi və iqtisadi maraqlarına görə qruplaşdırılırlar. Cəmiyyətlərin əksəriyyəti, xüsusən də milli dövlətlər sosial təsnifat xüsusiyyəti göstərir. Ancaq sinif universal bir fenomen deyildir. Bir çox ovçu-yığıcı cəmiyyətlərdə sosial sinif yoxdur, əksər hallarda daimi rəhbərləri olmur və icma üzvlərinin iyerarxik güc strukturlarına bölünməsindən çəkinirlər. == Mövzuya dair nəşrlər == Archer, Louise et al. Higher Education and Social Class: Issues of Exclusion and Inclusion (RoutledgeFalmer, 2003) (ISBN 0-415-27644-6) Aronowitz, Stanley, How Class Works: Power and Social Movement, Yale University Press, 2003. ISBN 0-300-10504-5 Barbrook, Richard. The Class of the New (paperback). London: OpenMute.
İynəyarpaqlılar (sinif)
İynəyarpaqlılar (lat. Pinopsida) — çılpaqtoxumlular şöbəsinə aid bitkilərin ən geniş yayılmış sinfi. == Sinonimləri == Coniferophyta ConiferaeToxumlu bitkilərin daş kömür dövründə meydana gəlmiş qədim qrupudur. Bəzi fəsilələrinin qalıqları yalnız qazıntı halında məlumdur. 8 fəsiləyə (55 cinsə) daxil olan 600, o cümlədən respublikamızda 9 (2 şam, 6 ardıc, 1 qaraçöhrə) növü yayılmışdır. Həmişəyaşıl, bəzən yarpağıtökülən ağac, nadir hallarda kollardır. Əksəriyyətində mikoriza müşahidə edilir. Yarpaqları oturaq iynəvarı, pulcuqvarı, bəzən lövhəli-lansetvari və s. olur. Strobilləri (generativ orqan) ayrı-cinsiyyətlidir.
İşçi sinif
İşçi sinif və ya İşçi təbəqə — işçi qüvvələrini sataraq yaşayan və istehsal vasitələrinə sahiblənməyən bütün maaş alanların daxil olduğu sosial sinif. Almaniya filosofu Karl Marksa görə, işçi sinfin xarakteristikasının əsas xüsusiyyəti işçi qüvvənin izafi dəyər yaratması, yəni istehsal vasitələrinin sahiblərinə maddi məqsədlərdən asılı olmayaraq mənfəət qazandırmasıdır. Məsəlüçün, həkimlər özəl müəssisədə işləyirlərsə onlar işçi sinfin üzvüdürlər, ancaq onlar dövlət xəstəxanası kimi sahibinə mənfəət qazandırmağa çalışmayan müəssisələrdə işləyirlərsə bu zaman onlar işçi sinfin üzvləri deyillər. Bəzi geniş interpretasiyalara görə, işçi sinif kapitalist müəssisələrdə maaşla işləyən hər bir işçini təmsil edir. Bəzi dar interpretasiyalara görə, işçi sinif kapitalist sənayedə, tikinti, nəqliyyat və kənd təsərrüfatı sahələrində fiziki işə cəlb olunan "göy yaxalıq" işçilərini təmsil edir. Dar interpretasiyalara əsasən, menecer, baxmayaraq ki bir işçidir, işçi sinifə daxil deyil, çünki o, idarəçilər qrupuna daxildir. Fiziki işə cəlb olunan fermer işçi sinfin bir üzvü deyil, çünki o, öz müəssisəsinə, yəni fermasına mənfəət qazandırmaq üçün fiziki işə cəlb olunub. Klerk fiziki işə cəlb olunmayan bir işçidir və işçi sinifə yox, idarəçilər qrupuna daxildir. == Ədəbiyyat == История рабочего класса России (1861—1900) location=Moskva (rus). SSRİ Tarix İnstitutu.
Əməvi məscidi
Əməvi məscidi (ərəb. جامع بني أمية الكبير‎ Jāmi' Banī 'Umayya al-Kabīr), Şam Cümə məscidi kimi də adlandırılan məscid Şam şəhərinin qədim şəhər hissəsində yerləşir və dünyanın ən böyük və ən qədim məscidlərindən biridir. 634-cü ildə Şam şəhərinin Ərəblər tərəfindən alınmasından sonra, Roma İmparatoru I Konstantin dövründə Yahya peyğəmbər şərəfinə tikilən Xıristiyan bazilikası, Ebu Ubeyde bin Cerrahın başçılığı ilə 635-ci ildə bəzi dəyişiklər edilərək məscid kimi istifadə edilirdi. Yetmiş il ərzində həm kilsə, həm də məscid kimi iki dinin ibadətxanası olmuş bina müsəlman əhalinin zaman keçtikcə artması ilə əlaqəli tamamilə məscidə çevrilmişdir. Məsciddə bu gün hələdə qorunan Yahya peyğəmbərin qəbri və türbəsi kimi müqəddəs abidələri mühafizə edilir.Həmçinin məscidin içində Şiəlik üçün dəyərli əsərlər vardır. Məscidin şimal hissəsinə əlavə edilmiş balaca bir bağcada Səlahəddin Əyyubinin türbəsi tikilmişdir. Orijinal planı ilə bu günə qədər öz gözəlliyini saxlaya bilən Şam Əməvi məscidinin tikilişindən sonra İslam dövlətlərində tikilən bütün məscidlərin memarlığına model olmuş bir binadır. Məscid memarlığına bir çox yeniliklər əlavə etmişdir.Məscidin bitki və həndəsi motiflərilə, şəhər və bina təsvirləridən meydana gələn möhtəşəm mozaik bəzəkləri də memarlıq sənətinin tarixi üçün mühüm yer tutur. Məscidin başqa bir xüsusiyyəti də İslam aləmində ilk dəfə ümumi ayaqyolu burada tikilməsi olmuşdur. == Tarixi == Bizim eradan əvvəl I əsrə aid Yüpiter adı daşıyan Roma məbədinin və Roma imparatoru Theodosiosun dövründə tikilən Yahya Peyğəmbər Kilsəsi'nin yerində tikilmişdir.
Əməyin iqtisadiyyatı
Əməyin iqtisadiyyatı — muzdlu işçi bazarının fəaliyyəti və dinamikasını anlamağa çalışan iqtisadiyyat elminin bir sahəsidir. Əmək bazarları işçilərin və işəgötürənlərin qarşılıqlı fəaliyyəti nəticəsində çalışır. Daha dəqiqi deyərsək, əmək bazarının tələb tərəfini işəgötürənlər, təklif tərəfini isə işçilər təşkil edir.
Sinif 83
Sinif 83 filmi (ing. Class of 83) — Rejissor Atul Sabarval tərəfindən ekranlaşdırılacaq 2020 Netflix internet serialıdır. Serial Unudulmuş ordu serialından sonra Xanın istehsal etdiyi ikinci filmdir.Serial şərəflə və əxlaqla yaşamağa mane olanlarla mübarizə aparan Polis Akademiyası müəllimi Bobbi haqqında danışır. Sinif 83 filmi Qan serialından sonra Şahrux və Qauri Xanın yaratdığı Red Chillies Entertainment ilə Netflix arasında olan ikinci əməkdaşlıq bəhrəsidir. Serialın çəkilişləri 2019-cu ilin mayında başlayıb.
Diana Emeri
Diana Emery (ing. Dianne Emery) — Cənubi Afrikalı yol velosipedçisidir. O, 2004-cü ildə UCI Yol üzrə Dünya Çempionatında öz ölkəsini təmsil etmişdir.
Küçə yeməyi
Küçə yeməyi — küçədə, bazarda, yarmarkada və ya digər ictimai yerdə hazır yemək və ya içki satışı. Qida tez-tez portativ qida kabinəsi, ərzaq səbəti və ya yemək maşınında satılır və dərhal istehlak üçün nəzərdə tutulur. 2007-ci ildə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının verdiyi məlumata görə, hər gün 2,5 milyard insan küçə yeməyi yeyir.
Əməyin təhlükəsizliyi
Əməyin təhlükəsizliyi — hüquqi, sosial-iqtisadi, təşkilati, texniki, sanitariya-gigiyenik, müalicə və profilaktik, reabilitasiya və digər tədbirlər daxil olmaqla iş prosesində işçilərin həyatını, sağlamlığını və səmərəliliyini qorumaq üçün bir sistemdir. == Sistem elementləri == Əməyin mühafizəsi təhlükəsizlik tədbirləri, sənaye sanitariyası və ya əmək gigiyenası ilə eyni deyil, çünki onlar əməyin mühafizəsi elementləri, onun tərkib hissələridir. Beləliklə, əməyin mühafizəsi sisteminə aşağıdakı elementlər daxil edilmişdir: Sənaye sanitariyası — zərərli istehsal faktorlarının işçilərə təsirinin qarşısını alan və ya azaltan təşkilati tədbirlər sistemi və texniki vasitələr sistemi olaraq təyin edilir. İş gigiyenası — iş şəraitini və xarakterini, onların insan sağlamlığına və funksional vəziyyətinə təsirlərini öyrənən və zərərli və təhlükəli təsirlərin qarşısını almağa yönəlmiş elmi əsasları və praktik tədbirləri inkişaf etdirən profilaktik tibb kimi xarakterizə olunur. iş mühitinin amillərinin və işçilərdəki əmək prosesinin. Elektrik təhlükəsizliyi — işçinin elektrik cərəyanının, elektrik qövsünün, elektromaqnit sahəsinin və statik elektrik enerjisinin zərərli və təhlükəli təsirlərindən qorunma vəziyyəti. Yanğın təhlükəsizliyi — fərdin, cəmiyyətin əmlakının və dövlətin yanğından qorunma vəziyyəti. Sənaye təhlükəsizliyi — şəxsin və cəmiyyətin həyati mənafelərinin təhlükəli istehsal müəssisələri qəzalarından və bu qəzaların nəticələrindən qorunması vəziyyəti. Öz növbəsində əməyin mühafizəsi, elektrik təhlükəsizliyi, sənaye təhlükəsizliyi, yanğın təhlükəsizliyi ayrılmaz hissələrdir Həyat təhlükəsizliyi — bir insanın texnosfer ilə rahat və təhlükəsiz qarşılıqlı əlaqəsi haqqında elm. Əməyin mühafizəsi idarəsi — təhlükəsizliyi və zərərsiz iş şəraitini yaratmaq üçün bir sıra tapşırıqlar əsasında təhlükəsizliyi təmin etmək, xəsarət və qəzaları, peşə xəstəliklərini azaltmaq, iş şəraitini yaxşılaşdırmaq üçün işlərin təşkili.
Emesa
Hüms (ərəb. حمص‎) — Suriyada şəhər. Hüms mühafəzəsinin mərkəzidir. == Tarixi == Hüms bizim eradan əvvəl 2300-cü ilə aid salnamələrdə çəkilir. Şəhər Emesa adlanırdı. Bir müddət Roma imperiyasından asılı olmuşdu.
Əcəmi
Əcəmi (Yevlax) — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Əcəmi (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Əcəri
Əcəri (yaxud Həcəri) — Qəbələ vilayətinin cənubunda, Qarasu və Girdimançayın arasında yerləşmiş tarixi vilayət. Cənubda Kür çayına qədər uzanırdı. Burada əhali əsasən əkinçiliklə məşğul idi. VII əsr erməni coğrafiyasında Əcəri həm də Dəşt-i-Bizkan adlandırılır.
Ələhi
Ələhi — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd.Eyni adlı bələdiyyənin mərkəzidir. Rayonun mərkəzindən qərbdə, Ordubad-Nürgüt avtombil yolunun yaxınlığında, Gilançayın sol sahilində, Qapıcıq dağının ətəyindədir. Natamam orta məktəbi, klubu, kitabxanası, tibb məntəqəsi var. == Tarixi == Ələhi Ordubad rayonunun Bist inzibati ərazi vahidində kənd. Zəngəzur silsiləsinin yamacındadır. Tədqiqatçıların fikrincə, toponim qədim türk dillərində işlənən əlik (çökəklik) sözü ilə əlaqədar yaranmışdır və kəndin coğrafi movqeyi ilə bağlıdır. Kəndin ərazisində eyniadlı bulaq da var.. == Əhalisi == Əhalisi 141 nəfərdir. Əhali bağçılıq, heyvandarlıq və arıçılıqla məşğuldur. == Mədəniyyəti == Bist bələdiyyəsinin tərkibinə daxildir.
Ələvi
Ələvilik — islamda mövcud məzhəblərdən biri. Daha çox şiəliyə və bəktaşiliyə yaxındır. == İyerarxiya nərdivanı == Aşiqlər – bunları assosiativ üzvlər də adlandırmaq olar, elektorat da. Təriqətə rəğbətlə yanaşan, amma hələ Yolu seçməyənlər belə adlanardı. Mühibb – təqdimetmə mərasimini keçmiş aşiqlərdir. Bunlara bir sıra mərasim və ayinlərin icrasında iştirak etməyə icazə verilərdi. Dərviş – özündən böyüklərə qulluq eləmək qaydalarını öyrənmiş, Yolu keçmək üçün and içib icazə al/götürmüş, xirqə və digər simvolları daşımaq hüququ əldə eləmiş kəslər. Ata – Dədə-baba və ya regional təkyənin xəlifəsi tərəfindən təyin olunardı. Bu titulun sahibi yerli təkyənin başçısı, ya da regional təkyədə şöbə rəhbəri ola bilərdi. Dərvişi-mücərrəd – nikahsızlıq andı içmiş dərviş.
Əmili
Böyük Əmili — Qəbələ rayonunda kənd. Kiçik Əmili — Qəbələ rayonunda kənd.
Əmələ
Əmələ (fars. عمله قشقایی Əməle-yi Qaşqayi‎; bəzi mənbələrdə Cəfərbəyli) — Qaşqayları təşkil edən ən böyük beş tayfadan biri. == İstinadlar == == Xarici keçidlər == Yrd. Doç. Dr. Muhittin Çelik. "Kaşkay Türkleri" (türk). 2016-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-30.
Emoji
Emoji - elektron mesajlardakı və vebsaytlardakı mesajları zənginləşdirmək üçün istifadə edilə bilən ideoqrafiya və gülüşləri ehtiva edən proqramdır. Emojilər üz ifadələri, ümumi obyektlər, yerlər və hava növləri və heyvanlar da daxil olmaqla müxtəlif janrlarda olur. Bəzən personajlardan yaradılır. == Dünya Emoji Günü == Emojipediyanın qurucusu Ceremi Burge 2014-cü ildə Ümumdünya Emoji Gününü qeyd etmək qərarına gəldi və daha sonra 17 iyul Ümumdünya Emoji Günü qlobal bayram kimi qeyd olundu. == Sözün mənşəyi == Emoji sözü 2015-ci ildə Oksford Universitetinin lüğəti tərəfindən ilin sözü seçilib. Emoji sözünün mənşəyi yapon dilində 絵文字 (えもじ, emoji) < 絵 (え, e, “şəkil”) + 文字 (もじ, moji, “xarakter”) kimi izah olunur. Pamukkale Universitetinin İngilis dili lüğətinə görə, emojinin türkcə qarşılığı sındamqadır. == Tarixi == İlk emoji 1998 və ya 1999-cu ildə Yaponiyada NTT DoCoMo-nun i-rejim mobil internet platformasında işləyən komandanın üzvü Şigetaka Kurita tərəfindən yaradılmışdır. 172 ədəd 12×12 piksel emoji dəsti elektron rabitəni asanlaşdırmaq və xidməti oxşar xidmətlərdən fərqləndirmək üçün i-rejimin mesajlaşma funksiyalarının bir hissəsi kimi yaradılmışdır. Kurita şəhərdəki insanların və digər əşyaların ifadələrini müşahidə edərək ilk 180 emojini yaradıb.