MƏQSƏDƏUYĞUN
MƏQSƏDSİZ
OBASTAN VİKİ
Həyat məqsədi (film, 2004)
Həyat məqsədi (Rom: Lakshya; Az: Məqsəd) 2004-cü ildə Farhan Akhtarın rejissorluğu və Riteş Sidhvaninin prodüseri olduğu hind dilli yetkinlik dövründə olan insanlar üçün nəzərdə tutulan müharibə dram filmidir. Baş rollarda Amitabh Bachchan, Hrithik Roshan və Preity Zinta, köməkçi rollarda isə Boman Irani, Om Puri, Amriş Puri və Anjula Bedi oynamışdır. 1999-cu ildəki Kargil müharibəsinə əsaslanan film, Hindistan ordusuna qatılan və sevgilisi Romila Duttanın onunla fəxr etməsi üçün özünü əsgərə çevirən Dehlidən olan məqsədsiz və tənbəl oğlan Karan Şeirgilldən bəhs edir. == Süjet xətti == Əsərin qəhrəmanı gününü eyş-işrətdə keçirən gənc Karandır. O atasının və ailə biznesini idarə edən böyük qardaşının pulu hesabına yaşayır. Karan bütün günü dostları ilə əylənir və gözəlçə Romi ilə eşqbazlıq edir. Günlərin birində döyüş filminə baxdıqdan sonra Karan dostları ilə birlikdə hərbi xidmətə yollanmaq qərarına gəlirlər, lakin hərbi xidmət onların düşündüyü kimi heçdə asan olmur. Üzləşdiyi çətinliklərə dözə bilməyən Karan, evə qayıtmaq məcburiyyətində qalır. Qayıdışı ilə ailəsinin və Rominin hörmətini birdəfəlik itirdiyini hiss edən Karan, hərbi xidmətini davam etdirmək qərarına gəlir.