məşqçi-seleksiyaçı

məşqçi-seleksiyaçı
məşqçi-masajçı
məşqçilik
OBASTAN VİKİ
Müvəqqəti məşqçi
Müvəqqəti məşqçi — idmanda adətən müntəzəm məşqçi vəzifədən kənarlaşdıranda və ya başqa kluba keçəndə, müvəqqəti olaraq klubu və ya komandanı idarə edir.
Məşqçi (idman)
Məşqçi — Məşqə rəhbərlik edən, məşq mütəxəssisi olan idmançıya məşqçi deyilir. Bir idman komandasına, yaxud bir idmançıya istiqamət verən, məşq etdirən bir şəxsdir.
Nəcəf Nəcəfov (seleksiyaçı)
Nəcəf Abbas oğlu Nəcəfov (16 may 1930, Məsimli – 19 noyabr 2013, Bakı) — Azərbaycan seleksiyaçı-alimi, kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi üzrə mütəxəssis. Nəcəf Nəcəfov 16 may 1930-cu ildə Qərbi Azərbaycanın Qəmərli rayonunun Məsimli kəndində anadan olub. Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi üzrə seleksiyaçı-alim Abşeron Heyvandarlıq Təcrübə Stansiyasının əməkdaşıdır. Kənd təsərrüfatı elmləri namizədi, seleksiya üzrə baş elmi işçidir. Elmi fəaliyyətə 1953-cü ildən başlamışdır. 1971–2007-ci illərdə Abşeron Heyvandarlıq Təcrübə Stansiyasında baş və aparıcı elmi işçi, "Qala-Abşeron" cinsli qoyunçuluq mövzusunun elmi rəhbəri və məhsul icraçısı olmuşdur Yarımqaba yunlu "Abşeron" qoyun cinsinin müəllifidir. Bu cinsin yaradılması mərhələlərinin aşağıdakı ardıcıllıqla elmi rəhbəri və icraçısı olmuşdur. Qala qoyununun bərpası və çoxaldılması (1971–1975-ci illər) Qala qoyunu bazasında ("Güzdək" və "Qobu" qoyunçuluq təsərrüfatları) zərif, yarımzərif, yarımqabayunlu mələzlərin və qabayunlu ana qoyun və şişəklərin tipik məhsuldar "Qala" qoçlarla geriyə çarpazlaşdırılması və yarımqabayunlu, yağlı quyruq istiqamətində seleksiya-damazlıq işi aparmaq üçün tipik heyvanlar qrupu yaradıldı (1976–1980-ci illər); Yarımqabayunlu Qala-Abşeron cinsli qoyunların damazlıq təsərrüfatı yaradıldı (1984-cü ildə Abşeron rayonunun "Güzdək, 1987-ci ildə isə "Qobu" damazlıq qoyunçuluq təsərrüfatlarında) Cinsin yaradılması sxemində nəzərdə tutulmuş işlər aparılmış, nəticələr tədqiq və təhlil edilmişdir. 1985–1990-cı illər üzrə "Güzdək" damazlıq təsərrüfatında Qala-Abşeron cinsli qoyunların perspektiv seleksiya-damazlıq planı təsdiq edildi. Müvəqqəti bonitirə təlimatı hazırlandı.
Rəhim Hüseynov (seleksiyaçı)
Rəhim Məşədi Allahverdi oğlu Hüseynov (23 dekabr 1914, Yelizavetpol – 25 may 1971) — görkəmli ipəkçi alim və seleksiyaçı, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, SSRİ Dövlət mükafatı laureatı, biologiya elmləri doktoru, professor. Rəhim Məşədi Allahverdi oğlu Hüseynov 1914-cü ildə qədim Gəncənin Zərrabi məhəlləsində anadan olmuşdur. Atası Məşədi Allahverdi Kərbəlayi Hüseyn oğlunun (1855–1929) Gəncədə dabbaqxanası olmuş, İran, Gürcüstan və Türkiyədə dabbaqlıq ticarəti ilə məşğul olmuşdur. Rəhim Hüseynov 1936-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun ipəkçilik şöbəsini bitirdikdən sonra Tiflis şəhərində ipəkçilik üzrə dövrün ən sanballı elm ocağı olan Zaqafqaziya İpəkçilik İnstitutunun aspiranturasına daxil olmuş və biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1951-ci ildən ömrününü sonuna qədər ixtisası üzrə rəhbər vəzifələrdə işləmişdir. Rəhim Məşədi Allahverdi oğlu Hüseynov 1971-ci ildə 57 yaşında vəfat etmişdir. 1939-cu ildə "Tut ipəkqurdunda inbridinq çoxaldılması" mövzusunda dissertasiya müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi almış və Azərbaycan ipəkçilik stansiyasında elmi fəaliyyətə başlamışdır. Lakin Böyük Vətən müharibəsinin odlu-alovlu illəri hamı kimi bu gənc alimə də elmi yaradıcılığını davam etdirməyə mane olmuşdur. SSRİ Kənd Təsərrüfatı Nazirliyi Rəhim Hüseynovu hərbi xidmətdən qayıtdıqdan sonra doğma kollektivə, indiki İpəkçilik İnstitutuna göndərmişdir. Rəhim Hüseynov seleksiya elminin banilərindən biri, akademik H.İ.Vavilovun "Seleksiya insan iradəsilə nizamlanan təkamüldür" tezisini tut ipəkqurdu üzərində birinci olaraq sübuta yetirmişdir.
Elmar Hüseynov (məşqçi)
Elmar Afis oğlu Hüseynov (1971, Bakı) — boks idman növü üzrə SSRİ İdman ustası, Azərbaycan Respublikasının Əməkdar Məşqçisi, Beynəlxalq Dərəcəli Hakimdir. Elmar Hüseynov 1971-ci ildə Bakı şəhərində anadan olub. 1988-ci ildə 154 nömrəli orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Dəvlət Bədən Tərbiyəsi İnstitutunun “Pedaqoji” fakültəsinə daxil olub. 1992-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. 1996-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi Psixologiya ixtisası üzrə aspiranturaya qəbul olunmuş və 1999-cı ildə psixologiya üzrə fəlsəfə doktorluq dissertasiyanı müdafiə etmişdir. 2000-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə psixologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Ailəlidir. Elmar Hüseynov 1996-ci ildən - 2008-ci ilə kimi Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Ümumi Psixologiya” kafedrasında dərs demişdir. 1997-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Ağırlıq qaldırma və boks” və “Pedaqoqika və psixologiya” kafedralarında müəllim vəzifəsində işə qəbul olunmuşdur, 2000-ci ildən baş müəllim, 2002-ci ildə dosent, 2010-cu ildən isə - professor vəzifəsində işləmişdir.
Elnur Alıyev (məşqçi)
Firudin Qurbanov (məşqçi)
Firudin Qurbanov (Tam adı: Firudin Eyyub oğlu Qurbanov; d. 24 oktyabr 1946, İrəvan, Ermənistan SSR, SSRİ) — 1990−1992-ci illərdə İsveç yığma komandasının baş məsləhətçisi olmuş, 3 qat SSRİ çempionudur.(1971,1972,1974) Firudin Qurbanov 24 oktyabr 1946-cı ildə İrəvan şəhərində anadan olub. Bakı şəhəri Xəzər rayonu 156 nömrəli tam orta məktəbi bitirmiş, 1969–1975-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının bədən tərbiyəsi müəllimi ixtisasına yiyələnmişdir. Evlidir, dörd övladı var. 1971-ci ildə SSSR xalqlarının Spartakiyada çempionu, dəfələrlə dünya miqyaslı yarışların qalibi olub. 1990–1992-ci illərdə İsveç yığma komandasının baş məsləhətçisi, Azərbaycanın əməkdar məşqçisi, 3 qat SSRİ çempionu və SSRİ beynəlxalq idman ustasıdır. 2016-cı ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında göstərdiyi xidmətlərinə görə ona "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adı verilmişdi.
Murad Musayev (məşqçi)
Murad Oleqoviç Musayev (rus: Мурад Олегович Мусаев; 10 noyabr 1983-cü il təvəllüdlü) — Rusiyalı futbol məşqçisi. Murad Musayev Rusiya Federasiyasının Krasnodar şəhərində doğulub. Babası Murad milliyyətcə özbəkdir, SSRİ dövründə Buxaradan Krasnodara köçüb. Sonradan babası Özbəkistana geri qayıdıb. Ailəsinin bütün digər üzvləri milliyyətcə rusdur. Futbolçu karyerası olmayıb. Musayev "Kuban Fiziki Hazırlıq, İdman və Turizm" universitetini bitirib. Unversitetdə oxuduğu zaman gənclərdən ibarət "Krasnodar-2000" klubunda uşaq məşqçisi kimi işləyib. 2011-ci ildə "Krasnodar" klubunun futbol akademiyasında fəaliyyətə başlayıb. 2018-ci ildə "Krasnodar" klubunun gənclər komandasının məşqçisi təyin edilir.
Nazim Əliyev (məşqçi)
Qəhrəman Əliyev (məşqçi)
Qəhrəman Əliyev (11 avqust 1959, Masallı – 26 fevral 2023) — Peşəkar Futbol məşqçisi və Azərbaycan Premyer Liqasında 381 oyunla ən çox oyun keçirmiş Baş Məşqçidir. Qəhrəman Əliyev 11 avqust 1959-cu ildə Masallı rayonunda doğulmuşdur. O 2023-cü ilin fevralın 26 sı uzun sürən xəstəlikdən vəfat etmişdir Azərbaycan Dövlət bədən Tərbiyəsi İnstitutu və İdman Akademiyasını bitirmişdir. 1999–2000-ci illərdə 8(səkkiz) ay Almaniyada Beynəlxalq məşqçilik kursunu bitirmişdir. 1976–1981-ci illər "Avtomobilçi(Bakı), 1981–83-cü illər "OİK(Xabarovsk)" 1983–85-ci illər "Neftçi(Bakı)", 1985–86-cı illər Gənclik(Bakı)", 1986–87-ci illər "Avtomobilçi(Mingəçevir)", C-lisenziyası ildən(ilə) B-lisenziyası(il): A-lisenziyası(il): 2011 Pro-lisenziyası(il) ildən 1) 1993–2000-ci illərdə Azərbaycan Premyer liqasında "Viləş" klubunda baş məşqçi vəzifəsində çalışmışdır. 1. 2000–2001-ci illərdə Premyer liqada 4-cü yer tutmuş və intertoto kubokuna vəsiqə; 2. 2001–2002-ci illərdə Premyer liqada 3-cü yer "Bürünc" mükafatına yiyələnmiş və yenidən İntertoto kubokuna vəsiqə əldə qazanmışdır.
Ramil Əliyev (məşqçi)
Ramil Əliyev (d. 21 iyun 1986, Brest, Belarusiya SSR, SSRİ) — Azərbaycan futbol mütəxəssisi, Azərbaycan futbol tarixində Premyer Liqada debüt etmiş ən gənc baş məşqçi (20 yaş). Ramil Əliyev 21 iyun 1986-cı ildə Belarusiya SSR-nin Brest şəhərində anadan olmuşdur. Futbol üzrə Azərbaycan çempionatı 2004/2005 mövsümündə MOİK-də çıxış edib və zədə səbəbindən karyerasını erkən başa vurub. Ramil Əliyev Azərbaycan futbol tarixində Premyer Liqada debüt etmiş ən gənc baş məşqçidir. O, 20 yaşında ikən 2006-cı ildə MOİK (Bakı) komandasını baş məşqçi kimi meydana çıxarmışdır. Futbol üzrə Azərbaycan çempionatı 2005/2006 mövsümündə 25 mart 2006-cı ildə MOİK (Bakı) – Olimpik (Bakı) oyununda Premyer Liqada baş məşqçi kimi debüt etmiş və həmin qarşılaşmadan komandası 0:2 hesabı ilə məğlub ayrılmışdır. Ramil Əliyev UEFA-nın A lisenziyasına malikdir.
Ramiz Məmmədov (məşqçi)
Ramiz Həbib oğ­lu Məmmədov – Azərbaycanlı məşqçi, futbolçu. 15 avqust 1968-ci ildə Ağdamda anadan olmuşdur. Futbolçu karyerası: Avtomobilçi Mingəçevir, Qarabağ, Kür-Nur Mingəçevir, Dinamo Bakı, Kəpəz, Neftçi Bakı, Şəfa Bakı, Peykan, Pegah Gilan, Turan Tovuz. Azərbaycan yığma komandasının daimi üzvlərindən biri olub. Yığmamızın heyətində 20 oyun keçirib, 4 qol vurub. Dünyanın ən çox qol vuran müdafiəçiləri siyahısına düşüb. Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyasının (İFFHS) hesablamalarına əsasən, 1992-2005-ci illər ərzində keçirdiyi 285 oyunda 64 qol vurmaqla dünyanın ən çox qol vuran 33-cü futbolçusu olub. Bu siyahıda rumıniyalı George Popescu, alman Andreas Breme, braziliyalı Roberto Karlos, fransalı Frank Leböf, italiyalı Cyankinto Faşetti kimi məşhur futbolçuları qabaqlayır. Məşqçi karyerasına 2006-cı ilin oktyabrında Qəbələ klubunda başlayıb. A kateqoriyalı məşqçidir.
Vaqif Sadıqov (məşqçi)
Vaqif Sadıqov (1 aprel 1959, Bakı) — azərbaycanlı futbol mütəxəssisi. 1993-1995-ci illərdə flaqmanı çalışdıran Sadıqov məşqçiliyə elə bu komandada başlayıb və işi uğurlu alınıb. "Neftçi" 1994 və 1995-ci illərdə məhz onun rəhbərliyi altında ardıcıl iki dəfə ölkə kubokunu qazanıb. Sadıqov 34 yaşında buna nail olmaqla, futbol tariximizdə rekorda imza atıb. "Neftçi" avrokuboklarda məhz onun rəhbərliyi altında debüt edib. Hazırda Çempionlar Liqasının qrup mərhələsində iştirak edən Kiprin APOEL klubu ilə səfərdə böyük hesabla uduzan (0:3) flaqman Sumqayıtda keçirilən cavab görüşündə qolsuz heç-heçə edib. Klublarımızdan avrokuboklarda ilk xalını qazanan məhz Sadıqovlu "Neftçi" olub. 1995-ci ildə baş məşqçi postunu təcrübəli həmkarı Kazbek Tuayevə təhvil verən çalışdırıcı daha sonra "Fərid" və "ANS-Pivani" klublarını da çalışdırsa da, uğur qazana bilməyib. Futbolçu karyerasının ən yaxşı illərini "Neftçi"də keçirən Sadıqov 1981-87, 1989-cu ildə "ağ-qaralar"ın şərəfini qoruyub. Keçmiş yarımmüdafiəçi bu komandanın heyətində SSRİ çempionatının güclülər dəstəsində 92 (2 qol), birinci liqada 23 oyun keçirib.
Azər Bağırov (məşqçi)
Azər Bağırov (18 iyun 1984) — Azərbaycan futbol məşqçisi, Araz Naxçıvan PFK-nin baş məşqçisi. O, bu posta 1 iyun 2022-ci ildə gəlmişdir. Onun rəhbərliyi altında "Boz qurdlar" 2022/2023 sezonunda I Divizionun çempionu olmuş və Azərbaycan Premyer Liqasına vəsiqə qazamışdır.
İsmayıl İsmayılov (məşqçi)
İsmayıl İsmayılov (1 yanvar 1957, Naxçıvan) — alim, Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini. İsmayılov İsmayıl Sultan oğlu 1957-ci il 1 yanvarda Naxçıvan şəhərində anadan olub. 1978–1982-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir. 1984–1988-ci illərdə Moskva Dövlət Mərkəzi Bədən Tərbiyəsi İnstitutunun aspiranturasının "Bədən tərbiyəsi nəzəriyyəsi və metodikası" nı idman məşqçi və müalicə bədən tərbiyəsi ixtisası üzrə bitirmişdir. 1990-cı ildə Moskvada İxtisaslaşdırılmış Doktorluq Şurasında namizədlik dissertasiyasını müdafiə edərək "Pedoqoji elmlər namizədi" alimlik dərəcəsinə layiq görülmüşdür. (diplom KO № 044690) 2009-cu ildə Professor elmi adına layiq görülmüşdür.. Ailəlidir, iki oğlu var. 1982–1990-cı illərdə Ağır atletika idman növü üzrə SSRİ yığma komandasının elmi-kompleks qrupunun rəhbəri. 1992–1994-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsində baş mütəxəssis vəzifəsində işləmişdir. 1994–1996-cı illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində baş təlimatçı vəzifəsində işləmişdir.
Elnur Alıyev (əməkdar məşqçi)
Tofiq Abasov (əməkdar məşqçi)
Tofiq Abasov (tam adı Tofiq Teymur oğlu Abasov; d.11 yanvar 1924; Bakı – ö.21 fevral 2005; Bakı) – Azərbaycan idmançısı, Azərbaycan SSR əməkdar bədən tərbiyəsi və idman xadimi (1964), SSRİ əməkdar məşqçisi (1960), professor (1988). Tofiq Abasov 11 yanvar 1924-cü ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. 1951-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitunu bitirmişdir. Tofiq Abasov həmçinin Böyük Vətən müharibəsi iştirakçısı olmuş, 2005-ci il fevral ayının 21-də Bakı şəhərində vəfat etmişdir. 1952–77-ci illərdə Respublikanın basketbol yığma komandasının baş məşqçisi, 1976–96-cı illərdəə isə Azərbaycan Basketbol Federasiyasının prezidenti olmuşdur. 1947–51-ci illərdə basketbol üzrə dəfələrlə Azərbaycan çempionu olmuşdur. Qırmızı Bayraq, I dərəcəli "Vətən müharibəsi" ordenləri ilə təltif olunmuşdur.
Elşad Quliyev (baş məşqçi)
Elşad Əhməd oğlu Quliyev (4 noyabr 1976, Sisian rayonu) — keçmiş Azərbaycan futbolçusu, baş məşqçi. Futbolçu kimi müdafiəçi mövqeyində oynamışdır. Elşad Quliyev 1976-cı il noyabrın 24-də Qarakilsə rayonunda anadan olmuşdur. 1993-cü ildə orta məktəbi bitirdikdən sonra həmin ildə bakalavr təhsili üzrə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olmuş və 1997-ci ildə təhsilini başa vurduqdan sonra, həmin ildə həmin akademiyada magistr dərəcəsi üzrə təhsilə başlamış və 1999-cu ildə məzun olmuşdur. 2000–2003-cü illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Ailəlidir, 2 övladı var. Elşad Quliyev hərbi xidmətini başa vurduqdan sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında müəllim kimi əmək fəaliyyətinə başlamışdır. Elşad Quliyev 1992–1994-cü illərdə Birinci Liqada Məşəl FK-da çıxış etmişdir. Daha sonra Yüksək Liqada 1994–1998-ci illər ərzində Fərid Bakı FK-da, 1998–2000-ci illərdə isə MOİK Bakı FK-da çıxış etmişdir. Ardınca Futzal Liqada 2000–2005-ci illərdə Gömrükçü MFK-da çıxış etmiş və 2 dəfə Azərbaycan Kubokunu qaldırmışdır.