NÖQTƏSİ-NÖQTƏSİNƏ

bax nöqtəbənöqtə.
NÖQTƏLƏMƏK
NÖMRƏ
OBASTAN VİKİ
Atəş nöqtəsi
Atəş nöqtəsi — şərti olaraq ətrafın qoruyucu xüsusiyyətlərinə istinad edərək taktiki cəhətdən sərfəli atəş mövqeyində müdafiə məqsədi ilə düşmənə ayrı bir atəş vasitəsilə qarşılıq (pulemyot, minaatan, qumbaraatan, topçu silahı və s.) ifadə edən müəyyən bir termindir. Atəş nöqtəsinin döyüşə hazır olması atəş gücü atəş mövqeyi tutduqda, hesablanmasına döyüş tapşırığı verildiyi, atəş məlumatları və döyüş sursatları hazırlandığı, kamuflyaj edildiyi və təhlükəsizlik təşkil edildiyi zaman meydana gəlir. Bütün digər atəş nöqtələrinə əlavə olaraq müasir istehkam fərqləndirir: uzunmüddətli atəş nöqtəsi - qarnizonlarının qorunması və maddi-texniki dəstəyi üşün nəzərdə tutulmuş, əlavə möhkəm materiallardan (polad, dəmir-beton) düzəldilən və döyüş sahəsini izləmək üçün xüsusi avadanlıqla (periskoplar, su boruları, havalandırma sistemləri, siqnalizasiya, rabitə, həyat dəstəyi və s.) təchiz edilmiş atəş nöqtəsi; taxtadan ibarət yeraltı atəş nöqtəsi - mühəndis-istehkam birlikləri tərəfindən qırıntı materiallarından sahə müdafiə strukturları kimi tez bir zamanda qurula bilən atəş nöqtəsi.
Ferma nöqtəsi
Ferma-Toriçelli nöqtəsi ABC üçbucağının daxilində elə F nöqtəsinin yerləşməsi haqqında məsələni tələb edirdi ki, FA+FB+FC cəmi minimal olsun. == Tarixi == Həndəsədə çox gözəl bir teoremin adı Fermanın ilə bağlıdır. Bu üçbucaqda Ferma-Toriçelli nöqtəsinin tapılmasıdır. Bu nöqtə keçmişin ən böyük 3 riyaziyyatçısının adı ilə bağlıdır. İlk dəfə onun haqqında Pyer Fermanın işlərində danışılır. O, ABC üçbucağının daxilində elə F nöqtəsinin yerləşməsi haqqında məsələni tələb edirdi ki, FA+FB+FC cəmi minimal olsun. İsveçrə alimi Yakob Şteyner bu məsələyə daha ümumi halda baxmışdır: o, 3 məntəqəni birləşdirən ən qısa yol şəbəkəsinin tapmağa çaışırdı. Məlum olur ki, şəbəkə mütləq bir nöqtədə birləşən düzxətli yollardan ibarət olmalıdır, belə ki, yollardan biri nöqtəyə çevrilə bilər. Belə qoyuluşda məsələ sırf praktiki əhəmiyyət daşıyır, məsələn, naqil şəbəkələrinin çəkilişində belə bir məsələni həll etmək lazım gəlir. == Nöqtənin qurulması == Fermanın klssik məsələsinin həlli üçün belə bir fiziki modeli bu formada qurmaq olar: Hər hansı lövhə üzərində bir üçbucaq çəkək.
Feynman nöqtəsi
Feynman nöqtəsi — pi ədədinin 762-ci rəqəm sırasındakı altı dəfə təkrarlanan doqquz rəqəmi. Amerika fiziki Riçard Feynman (d. 1918 — ö. 1988) adını daşıyır. O, pinin bu mövqedəki rəqəmlərini yadda saxlamaq istəyirdi. Mühazisəsini bitirdikdə isə "doqquz, doqquz, doqquz, doqquz, doqquz, doqquz və sair" deyirdi. Hər halda güman edirdi ki, pi ədədi rasionaldır..
G nöqtəsi
G nöqtəsi — Qadınlarda göbəyin aşağı hissəsi hesab edilən G nöqtəsi ən ehtiraslı yeridir. Alman həkim Ernst Qrefenberqin araşdırmasına görə, bu hissə beyinlə əlaqədardır. Oranı astaca sığallamaq sinirləri sakitləşdirir, beyinə siqnal göndəririr. Bu hissəyə edilən masaj ehtirası ikiqat artırır. G nöqtəsi qadınlarda klitorisdən sonra cinsi doyumun ən sıx hiss edildiyi, vaginanın 2–3 sm iç hissəsində yerləşən sinir toxumasıyla zəngin bir anatomik sahədir. İlk dəfə 1950-ci ildə Dr. Ernest Grafenberg tərəfindən tərifi verildiyi üçün onun adının baş hərfi ilə adlandırılmışdır. Cinsi xəbərdarlıq ilə birlikdə G nöqtəsində olan sıxılmalar və qadınlarda cinsi doyum və orqazm baxımından əhəmiyyətli funksiyalara malikdir. G nöqtəsi vagina girişindən 3–4 sm qabaqda, üst divarda olan və barmaqla toxunulduğunda diqqətə çarpan hala gələn erogen bir bölgədir. Bu bölgədə "skene" vəziləri dediyimiz ifrazat etmə qabiliyyətinə sahib vəzlər toplu olaraq yerləşir və buna görə burada bir qabarıqlıq meydana gəlir.
Kvant nöqtəsi
Kvant nöqtəsi (quantum dots) - çox kiçik yarımkeçirici hissəcikdir və yalnız bir neçə nanometr ölçüsündə olur.Belə kiçik olmaları onların optik və elektronik xassələrini digər daha böyük hissəciklərin xassələrindən fərqli edir.Onlar hal-hazırda nanotexnalogiyanın mərkəzində dayanır.Kvant nöqtələrinin əksər növləri özlərinə elektrik və ya işıq qəbul etdikdə xüsusi tezlikdə işıq emissiya edirlər.Bu tezliklər dəqiqliklə nöqtələrin ölçüsünü ,formasını və materialını dəyişə bilir və xassələr kvant nöqtələrinin tətbiqlərini artırır. Kvant nöqtəsi kifayət qədər kiçik olmalıdır ki, kvant effektləri özünü göstərsin.
Küri nöqtəsi
Küri nöqtəsi və ya Küri temperaturu ( T C {\displaystyle T_{C}} ) — ferromaqnit maddələrin kimyəvi xassələrinin dəyişmə nöqtəsi və ya temperaturudur. Bu temperaturdan yuxarı, ferromaqnit maddələr maqnitliyini itirir və paramaqnitli olur. "Küri nöqtəsi" anlayışı ferromaqnitlərin bu xassəsini kəşf edən fransız alimi Pyer Kürinin şərəfinə adlandırılmışdır. Maqnetit üçün Küri nöqtəsi 5800 C, pirrotin üçün 3000 C, hematit üçün 6750 C. Küri nöqtəsidə istilik tutumu, istilik keçirmə və başqa fiziki xassələr kəskin dəyişir. Sinonim: Küri temperaturu. == İstinadlar == == Ədəbiyyat == Horst Stöcker: Taschenbuch der Physik, 4. Auflage, Verlag Harry Deutsch, Frankfurt am Main 2000, ISBN 3-8171-1628-4 Hans Fischer: Werkstoffe in der Elektrotechnik, 2. Auflage, Carl Hanser Verlag, München/Wien 1982 ISBN 3-446-13553-7 Werner Schröter, Karl-Heinz Lautenschläger, Hildegard Bibrack: Taschenbuch der Chemie, 9. Auflage, Verlag Harry Deutsch, Frankfurt am Main 1981, ISBN 3-87144-308-5 Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Kəsilmə nöqtəsi
==Kəsilmə nöqtəsi== Kəsilmə nöqtəsi-– proqramın vəziyyətinin, dəyişənlərin qiymətlərinin proqramçı tərəfindən öyrənilməsi məqsədilə proqramın çalışmasının durdurulduğu nöqtədir. Kəsilmə nöqtəsi sazlanma prosesində qoyulur və istifadə olunur: bunun üçün proqramın mətnində bir neçə yerdə hər hansı keçid, çağırış və ya tələ (HOOK) komandası qoyulur ki, idarəetməni sazlama proqramına ötürsün == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Nemo nöqtəsi
Nemo nöqtəsi və ya çatılmayan nöqtə — dünya okeanı üzərində quruya ən uzaq olan yer Nemo nöqtəsinə indiyə qədər insan ayağının dəymədiyi üçün belə adlandırılmışdır. Belə ki, "Nemo" sözü latın dilində "heç kim" deməkdir. Nemo nöqtəsi uzun müddət müəyyən edilməmişdir. Yalnız 1992-ci ildə xorvat-kanadalı araşdırma mühəndisi olan Hrvoye Lukatela buna nail olmuşdur. Belə ki, o həmin il "Hipparchus" adlandırdığı geo-kosmik aparatla okeanın orta nöqtəsini müəyyən etmişdir. Bunun üçün Hrvoye Lukatela dünyanın səthinin 3 ölçülü olduğu üçün, mərkəzdəki nöqtənin də 3 ayrı quru parçasından eyni məsafədə olmalı olduğunu nəzərə alıb. Beləliklə dünyadakı fərqli nöqtələri araşdıraraq, Nemo nöqtəsini müəyyənləşdirmişdir. Nemo nöqtəsi Sakit okeanda 48°52.6′ cənub və 123°23.6′ qərb koordinatlarındadır. Bu nöqtə özünə ən yaxın olan üç quru ərazisindən 2688 kilometr uzaqda yerləşir. Ona yaxın quru əraziləri bunlardır: Şimal istiqamətində yerləşən, üstündə insan yaşamayan Pitkern adalarının daxilindəki Düsi adası; Şimal-şərq istiqamətində yerləşən Pasxa adasının Motu Nui hissəsi; Cənub istiqamətində yerləşən, Atlantik okean sahillərindəki Maher adası.
Polka nöqtəsi
Polka nöqtəsi eyni ölçülü dairələrdən ibarət bir nümunədir. Polka nöqtələri adətən uşaq geyimləri, oyuncaqlar, mebellər, keramika və Mərkəzi Avropa xalq sənətində görünür, lakin onlar geniş kontekstlərdə görünür. Naxış nadir hallarda rəsmi kontekstlərdə görünür və ümumiyyətlə çimərlik paltarları və alt paltarları kimi daha əyləncəli geyimlərlə məhdudlaşır. Bəzən daha rəsmi geyimlərdə ağ-qara kiçik nöqtələr görünür. Çox güman ki, bu termin polka rəqsinin populyarlığına görə yaranıb, eyni zamanda naxışın dəb halına gəlməsi, eyni zamanda dövrün bir çox digər məhsulları və modası da "polka" adını qəbul etdi. 1962-ci ildə DC Comics qeyri-müntəzəm ölçülü və fərqli rəngli nöqtələrlə Polka-Dot Man-ı təqdim etdi. 1975-ci ildən bəri, illik Tour de France velosiped turnirinin Dağ mərhələlərində liderə ağ-qırmızı rəngli Polka nöqtəli forma verilir. Bəzi insanlar polka nöqtələrini 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində paltarlarının əksəriyyətində, eləcə də Karolina Herrera, Herrera For Men, Aquaflore və Flore ətir qutularında polka nöqtələrindən istifadə edən venesuelalı modelyer Karolina Herrera ilə əlaqələndirirlər. Yapon rəssamı Yayoi Kusamanın işinin çoxunda polka nöqtə motivi var və kriptovalyuta Polkadot öz adını dizayndan sonra alır. Polka nöqtəsi məşhur musiqidə də görünür.
Qaynama nöqtəsi
Qaynama nöqtəsi — buxar təzyiqi xarici təzyiqə bərabər olduqda mayenin əldə etdiyi temperatur. Yüksək buxar təzyiqi olan mayelər uçucudur və aşağı qaynama nöqtələrinə malikdir. Yüksək qaynama nöqtələri olan mayelərin, vakuum prosesi ilə buxar təzyiqini artıraraq otaq temperaturunda qaynadılması mümkündür.
Yalan nöqtəsi
Yalan nöqtəsi (ing. Deception Point) — Den Braun tərəfindən yazılmış roman. Arktikada bəşəriyyətin gələcəyini dəyişməyə qadir olan nadir artefakt tapılır. Qeyri-adi tapıntının həqiqi olub-olmadıgını müəyyənləşdirmək üçün ora elmi ekspedisiya göndərilir. Ancaq ekspedisiya üzvləri tapıntı yerinə çatar-çatmaz bir-birinin ardınca həlak olurlar. Onları kim və niyə öldürür? Bəlkə onlar tapıntının sirrini açmaga çox yaxınlaşıblar? "Dan Brown Yalan nöqtəsi" (az.). qanun.az. 2016-03-06 tarixində orijinalından arxivləşdirilib.
Ərimə nöqtəsi
Xüsusi ərimə istiliyi — ərimə temperaturunda kütləsi 1 kq olan bərk kristal maddəni mayeyə çevirmək üçün lazım olan istilik miqdarına deyilir, λ=Q/m. Burada λ - xüsusi ərimə istiliyi, Q - istilik miqdarı, m - maddənin kütləsidir. BS-də ölçü vahidi 1 C\kq-dır. Xüsusi ərimə istiliyi maddənin növündən asılıdır. Ərimə nöqtəsi bərk və ya duru maddənin bəlli bir isti və ya soyuqluğa yetşəndə duru yada bərk bir maddəyə dönməsinə deyilir. Ərimə nöqtəsi ən məşhur olan maddə sudur. Xüsusi kristallaşma istiliyi - bərkimə temperaturunda 1 kq maddənin kristallaşması zamanı ayrılan istiliyə deyilir. İşarə olunması ,qiyməti və ölçü vahidi xüsusi ərimə istiliyi ilə eynidir. Maddənin bərk kristal halı daxili enerjinin minimumuna uyğundur. Kristala istilik verdikcə onun temperaturu yüksəlir.
Uzunmüddətli atəş nöqtəsi
Uzunmüddətli atəş nöqtəsi (rus. Долговременная огневая точка, DOT, bəzən "uzunmüddətli müdafiə nöqtəsi" də deyilir) — uzunmüddətli müdafiə və qorunan otaqdan (döyüş qazamatı) müxtəlif atəş silahlarını atmaq üçün davamlı materiallardan hazırlanmış ayrı bir kiçik kapital istehkam binası. DOTlar əsasən monolitik və ya yığma dəmir-beton, məhlul əsaslı daş, möhkəmlətmə və zireh örtüklü dəmir kirişlərdən tikilir. Tamamilə metaldan hazırlanmış atəş nöqtəsinə zirehli başlıq deyilir. Monolitik dəmir-beton ən çox istifadə ediləndir. Bu quruluşdan möhkəmləndirilmiş sahə sistemində tək və ya bir çox ola bilər. Digər uzunmüddətli istehkam tikililəri kimi, DOT da hərbi qulluqçuları düşmən atəşinə məruz qalmaqdan qoruyur (güllə, qəlpə, mina, mərmi və hava bombası partlayışları) və qarnizona düşmən üzərinə bu nöqtələrdən qala topları və pulemyot qurğuları vasitəsilə atəş etməyə imkan verir. Torpağa batmış tanklar (köhnəlmiş və ya müstəqil hərəkət etmək qabiliyyəti olmayan) bəzən DOT kimi, həmçinin təməllərə quraşdırılmış tank qüllələri (tank qülləsi qutuları) kimi istifadə olunurdu.
Yalan nöqtəsi (roman)
Yalan nöqtəsi (ing. Deception Point) — Den Braun tərəfindən yazılmış roman. Arktikada bəşəriyyətin gələcəyini dəyişməyə qadir olan nadir artefakt tapılır. Qeyri-adi tapıntının həqiqi olub-olmadıgını müəyyənləşdirmək üçün ora elmi ekspedisiya göndərilir. Ancaq ekspedisiya üzvləri tapıntı yerinə çatar-çatmaz bir-birinin ardınca həlak olurlar. Onları kim və niyə öldürür? Bəlkə onlar tapıntının sirrini açmaga çox yaxınlaşıblar? "Dan Brown Yalan nöqtəsi" (az.). qanun.az. 2016-03-06 tarixində orijinalından arxivləşdirilib.
İnternet mübadilə nöqtəsi
İnternet mübadilə nöqtəsi (ing. Internet exchange point; IX və ya IXP) — IP şəbəkəsinin ümumi əsasları. Bu, iştirakçı internet servis provayderlərinə (ISP) öz şəbəkələri üçün nəzərdə tutulmuş məlumatların mübadiləsinə imkan verir. IXP-lər ümumiyyətlə bir çox fərqli şəbəkələrə, yəni məlumat mərkəzlərinə əvvəlcədən mövcud əlaqələri olan yerlərdə yerləşdirilir. Burada onların iştirakçılarını birləşdirmək üçün fiziki infrastrukturdan (sviçlər) istifadə edilir. Təşkilati cəhətdən əksər IXP-lərin hər biri öz tərkib hissəsi olan iştirakçı şəbəkələrinin (yəni, həmin IXP-də iştirak edən ISP-lərin dəsti) hər biri müstəqil qeyri-kommersiya birlikləridir. IXP-lərə əsas alternativ ISP-lərin öz şəbəkələrini bir-biri ilə birbaşa birləşdirdiyi özəl peering adlanan qarşılıqlı əlaqədir. IXP-lər provayderin yuxarı axın tranzit provayderləri vasitəsilə çatdırılmalı olan trafik hissəsini azaldır. Beləliklə, onların xidmətlərinin hər bit üçün orta çatdırılma dəyərini azaldır. Bundan əlavə, IXP vasitəsilə mövcud yolların sayının artması marşrutlaşdırma səmərəliliyini (marşrutlaşdırıcılara daha qısa yollar seçməyə imkan verməklə) və xətaya dözümlülüyünü artırır.
İnternet mübadiləsi nöqtəsi
İnternet mübadilə nöqtəsi (ing. Internet exchange point; IX və ya IXP) — IP şəbəkəsinin ümumi əsasları. Bu, iştirakçı internet servis provayderlərinə (ISP) öz şəbəkələri üçün nəzərdə tutulmuş məlumatların mübadiləsinə imkan verir. IXP-lər ümumiyyətlə bir çox fərqli şəbəkələrə, yəni məlumat mərkəzlərinə əvvəlcədən mövcud əlaqələri olan yerlərdə yerləşdirilir. Burada onların iştirakçılarını birləşdirmək üçün fiziki infrastrukturdan (sviçlər) istifadə edilir. Təşkilati cəhətdən əksər IXP-lərin hər biri öz tərkib hissəsi olan iştirakçı şəbəkələrinin (yəni, həmin IXP-də iştirak edən ISP-lərin dəsti) hər biri müstəqil qeyri-kommersiya birlikləridir. IXP-lərə əsas alternativ ISP-lərin öz şəbəkələrini bir-biri ilə birbaşa birləşdirdiyi özəl peering adlanan qarşılıqlı əlaqədir. IXP-lər provayderin yuxarı axın tranzit provayderləri vasitəsilə çatdırılmalı olan trafik hissəsini azaldır. Beləliklə, onların xidmətlərinin hər bit üçün orta çatdırılma dəyərini azaldır. Bundan əlavə, IXP vasitəsilə mövcud yolların sayının artması marşrutlaşdırma səmərəliliyini (marşrutlaşdırıcılara daha qısa yollar seçməyə imkan verməklə) və xətaya dözümlülüyünü artırır.
Nəzər nöqtəsi (veriliş, 1999)
"Nəzər nöqtəsi" — 1999-cu ildən 2016-cı ilə qədər Azərbaycanın ANS TV kanalında yayımlanan və Azərbaycanda baş verən siyasi və ictimai hadisələr haqqıda tok-şou. Verilişin aparıcıları müxtəlif dövrlərdə Eynulla Fətullayev, Qənirə Paşayeva, Qənirə Ataşova, Eldəniz Elgün, İlhamiyyə Rza və Mirşahin Ağayev olub.
Təyinat nöqtəsi (film, 2000)
Aleks bütün siniflə 10 günlük Parisə dincəlməyə gedir. Hava limanında öyrənir ki, təyyarənin uçuş vaxtı onun doğum günü ilə eyni vaxta düşür. Daha sonra intuisiyasına güvənərək, o daha yeddi nəfərlə birlikdə təyyarəni tərk edir. Elə bu vaxt onların təyyarəsi partlayır. Sağ qalmış sərnişinlər sonradan bir-bir dəhşətli şəraitdə ölürlər. Aleks başa düşür ki, ölümü aldada bilməz. Bu, sadəcə, vaxt udmaqdan başqa bir şey deyil...
Təyinat nöqtəsi 2 (film, 2003)
180 saylı hava reysinin qəzasından düz bir il keçir. Kimberli Korman dostları ilə şən həftəsonu keçirmək üçün şəhər kənarına yollanır. Ancaq heç təyinat yerinə çatmamış, yolda ağır avtomobil qəzasına düşürlər. Yük maşını yüksək sürət həddi olan avtomagistralda nəzarətdən çıxaraq zəncirvari qəzaya səbəb olur. Hadisə nəticəsində çox sayda sərnişin və sürücü həlak olur. Qurbanlar arasında Kimberli də var. Ancaq bir an sonra gözlərini açır və hələ də avtomobildə olduğunu görür. Qarabasmanın bir xəbərdarlıq olduğunu anlamağa başlayır. Kimberli yolu öz avtomobili ilə bağlamaqla qəzanın qarşısını alır və çox sayda insanın həyatını xilas edir. Habelə öncəki filmdən də məlum olduğu kimi, fələyə kələk gəlmək olmaz.
Təyinat nöqtəsi 3 (film, 2006)
Məzuniyyət gecəsi üçün təşkil edilən əyləncəyə qatılmaq üzrə lunaparka gedən Wendy, sürət qatarına mindikləri sırada xəyalla reallıq arasında qorxunc bir kabus görür. Bir neçə dəqiqə içində əyləncənin zirvəsini vəd edən qatar bir ölüm maşınına çevriləcək. Qatardan enmək istəyən Wendyə yoldaşı Kevin də qatılar ancaq gənclər arasındakı mübahisə/müzakirə kosmosun tərəfindən vəzifəlilər bir qrupu qatardan endirərlər. Öz aralarındakı döyüşə davam edən gənclər az sonra yoldaşlarının ölümünə şahid olmaqdan qaça bilməyəcəklər.
Təyinat nöqtəsi 4 (film, 2009)
Nick və yoldaşları həftəsonunda avtomobil yarışı izləməyə gedirlər. Bu sırada Nick yarışın edildiyi stadionda çox böyük bir qəza meydana gəldiyini, insanların öldüyünü və stadionun tamaşaçıların üzərinə yıxıldığını görər Nick bu gördüklərinin bir azdan yaşayacaqları bir fəlakət olduğunu fərqinə vararaq, 12 adamı özü ilə birlikdə stadiondan çıxmağa razı salar və beləcə qəzadan xilas olmuş olarlar. Amma ölüm yarım qalan işini bitirmək üçün geri dönər. Stadion qəzasından xilas olanları çox daha qorxunc qəzalar gözləməkdədir.
Təyinat nöqtəsi 5 (film, 2011)
Çoxsayda sərnişin və ekipaj üzvünün həlak olduğu 180 nömrəli hava reysində baş vermiş qəzadan 10 il sonra Sem Loutonu qorxulu yuxular və qarabasmalar təqib etməyə davam edir. Kütləvi insan ölümləri ilə nəticələnəcək hadisələri qabaqcadan görür. Vaxtında hərəkət etsə də, onlarla insanın həyatını xilas edə bilmir. Sağ qalan insanlar isə “alın yazısına” inanır. Onlar yaxşı bilir ki, fələyə kələk gəlmək olmaz. “Ölüm” tərəfindən təqib olunan bu insanların çox az vaxtı qalıb. İndi onların bütün ümidləri artıq bir neçə dəfə ölümü aldatmış Sem Loutonadır.
Qanlı yumruq 6: Hədəf nöqtəsi
"Qanlı yumruq 6: Hədəf nöqtəsi" (ing. Bloodfist 6: Ground Zero) — Don Vilsonun filmlərindən biridir. Agent Nik Korrinqan ABŞ hərbi bazasına məlumat paketi gətirmək üzrədir. Ancaq bu müddətdə hərbi baza Fouks adlı banda rəhbəri sayəsində ələ keçirirlir. Nik Fouks üçün böyük təhlükə törədəcəkdir. Bunun üçün Fouks onunla mübarizə aparmaq məcburiyyətindədir. Nik isə öz növbəsində hərbi bazanı azad etməlidir… Qanlı yumruq 6: Yerin səviyyəsi — Internet Movie Database saytında.

Значение слова в других словарях