NƏLBƏKİVARİ MƏRƏ

(çökəklik) kiçik, qapalı, yastı, bəzən dairəvi çökəkcik, meşə-çöl, çöl və yarımsəhra vilayətlərin lyoss torpaqlarında geniş yayılmışdır. N. m. diametri 10-50 m-dən 100 m-ə, dərinliyi isə 1-1,5 m-dən 3-5 m-ə qədər olur. N. m.. müxtəlif proseslər nəticəsində (karst, termokarst və suffozion) əmələ gəlir. блюдца, западины padings, flat-bottom steppe depressions
NƏHƏNG ÇALA
NƏLBƏKİVARİ OYUQ
OBASTAN VİKİ
Mərə-mərə
Mərə-mərə və ya qığ mərə - Azərbaycanda əsasən uşaq və gənclər arasında geniş yayılmış ən qədim oyunlardan biri. Oyunda bir neçə nəfər iştirak edir. Onlar iki yerə bölünür. Oyunu keçirmək üçün adamların sayı qədər bir-birindən bir qarış aralı, balaca çalalar qazılır. Çöp tutulur, kim tapsa çalalardan birini mərənin hər iki üzündə məsafədə 5-6 addımlıqda cızıq çəkilir (və ya bir tərəfdə). Oyunçular ya bir tərəfdə və ya hər iki tərəfdə düzülüb oynayırlar. Halayçı birinci topu (yumağı) çalaların üzəri ilə diyirlədir. Top hansı oyunçunun mərəsinə düşsə, o cəld topu götürür, atmaqla dağılışıb qaçan oyunçulardan birinə vurmalıdır. Kimi vursa, o keşikçi dayanır. Əgər vurmasa, yenə özü durur.