NƏQŞİBƏNDİLƏR

ən çox yayılmış sufi təriqətlərindən birinin davamçılarıdırlar. Təriqətin adı Məhəmməd Bəhaəddin Nəqşibənd Buxari ilə bağlıdır. Nəqşibəndilər öz mənəviyyat yollarını Əbu Bəkr Siddiq və Əli ibn Əbu Taliblə bağlayırlar. Təriqətin hər hansı bir mərkəzi yoxdur. Nəqşibəndilər daha çox ağ rəngli baş örtükləri geyinirlər. Nəqşibəndi təriqətinin 11 əsas müddəası vardır: 1. Vuquf-i zəmani. Hər bir anı faydalı keçirilməli, ona şükür edilməlidir. Boş keçən vaxt üçün insan üzülməlidir. Mənəvi “yolçu” hər bir yaşadığı dəqiqənin dəyərini bilməlidir; 2. Vuquf-i ədədi. Zikr deyiləndə insanın bütün varlığı yalnız Allaha yönəlməli, diqqət yalnız ona yetirilməlidir. Çünki, mənəvi təcrübənin faydası zikrlərin sayında deyil, onların mahiyyətindədir; 3. Vuquf-i qəlbi. Zikr edəndə bütün düşüncələr Allaha yönəlməli, başqa heç bir şey insanın ürəyində olmamalıdır. İnsan Allahı bütün varlığı ilə yad etməlidir; 4. Xoş dar-dəm. Allahın yaxınlığını duymaq. Bunu duymadan nəfəs də almaq olmaz; 5. Nəzər bər-qədəm. Yeriyərkən ayaq barmaqlarının ucuna baxmaq. Çünki, insanın ətrafına baxdıqca günah qazana bilər; 6. Səfər bər-vətən. İnsanlardan ayrılıb Allaha yaxınlaşmaq. Çünki, insanın həqiqi vətəni budur. Bunu edərkən o əskikliklərdən qurtarıb yüksək əxlaq sahibi olur; 7. Xəlvət dər-əncumən. Cəmiyyətdə yaşayarkən dünyadan ayrılmaq. Bu zaman insanın bədəni gündəlik dünya işləri ilə məşğul olsa da, onun ruhu Allahladır.
NƏQŞİBƏND BƏHAƏDDİN
NƏSAİ ƏHMƏD
OBASTAN VİKİ
Nəqşibəndilər
Nəqşibəndilik (fars. نقشبندی‎) — sufizmin əsas sünni təriqəti. Adı Bəhaəddin Nəqşbənd Buxaridən götürülmüşdür. Nəqşibəndi ustadları sünni İslamın birinci xəlifəsi Əbu Bəkr və sünni İslamın dördüncü xəlifəsi Əli vasitəsilə İslam peyğəmbəri Məhəmmədə qədər öz nəsillərini izləyirlər. Əli və Əbu Bəkr vasitəsilə 6-cı İmam Cəfər əl-Sadiq vasitəsilə bu ikili nəslə görədir ki, orden (təriqət) “iki okeanın yaxınlaşması” və ya “Cəfər Sadiqin sufi ordeni” kimi də tanınır. Nəqşibəndilik təriqətinin banisi Məhəmməd Bəhaəddin 718-ci ildə Buxaranın sonralar Kəsri-Arifan adlanan kəndlərindən birində anadan olmuşdur. Nəqşibənd ("naxış vuran" deməkdir) uşaq ikən Xacəqan təriqəti şeyxlərindən Məhəmməd Baba Səmmasi (ö. 740/1339) tərəfindən mənəvi övladlığa götürmüş, onun tərbiyəsi ilə məşğul olmağı müridi Əmir Gülala həvalə etmişdir. Öz növbəsində Məhəmməd də, Əmir Gülalın elmindən bəhrələnərək onun təriqətinə bağlanmışdır. Lakin qaynaqlarda Nəqşibəndin gerçək şeyxinin, özündən xeyli əvvəl vəfat etmiş Əbdülxaliq Qicduvani olduğu bildirilmişdir.