Nağdız Hesablaşmalar

mallara görə nağd pul ödənilmədən həyata keçirilən hesablaşmalardır.
Nağd Yolla Sövdələşmədə Güzəştlər
Nağdsız Dövriyyə
OBASTAN VİKİ
Beynəlxalq hesablaşmalar
Valyutada pul tələbləri və öhdəlikləri dövlətlər, müxtəlif ölkələrin ərazisində yerləşən fiziki və hüquqi şəxslər arasında iqtisadi, siyasi, mədəni münasibətlərin əsasında yaranır. Beynəlxalq hesablaşmalar yuxarıda göstərilən pul tələbləri və öhdəlikləri üzrə ödəmələrin təşkili və tənzimlənməsini əks etdirir. Beynəlxaql hesablaşmalar bankların gündəlik fəaliyyətidir. Onlar dünya ictimaiyyəti tərəfindən işlənmiş və əksər ölkələr tərəfindən qəbul edilmiş şərt, norma və qaydalar əsasında beynəlxalq hesablaşmaları həyata keçirir, xaricə ödəmələr edirlər. Beynəlxalq hesablaşmalar sferasında bankların fəaliyyəti dövlətlər və beynəlxalq iqtisadi təşkilatlar tərəfindən tənzimlənir. Beynəlxalq hesablaşmalar əsasən nağdsız qaydada və banklar vasitəsilə həyata keçirilir. Bu zaman müxtəlif ölkələrin kredit təşkilatları, bankları arasında müxbir münasibətləri qurulur. Bu məqsədlə banklar hesabların (nostro – bankın digər banklarda hesabları, loro – digər bankların bankda hesabları) açılması barədə qarşılıqlı müxbir sazişləri imzalayırlar. Bu sazişlərdə hesablaşma qaydaları, komission mükafatlandırmanın həcmləri, həmçinin vəsaitlər xərcləndikcə müxbir hesabların yenidən vəsaitlə təmin edilməsi metodları öz əksini tapır. Banklar beynəlxalq hesablaşmaları özlərinin xarici filialları və bölmələri vasitəsilə də həyata keçirə bilərlər.
Beynəlxalq hesablaşmalar bankı
Beynəlxalq hesablaşmalar bankı (BHB) (ing. Bank for International Settlements (BIS)) — funksiyalarına mərkəzi banklar arasında əməkdaşlığı təşviq etmək və beynəlxalq maliyyə hesablaşmalarını asanlaşdırmaq daxil olan beynəlxalq maliyyə təşkilatı; Bundan əlavə, o, iqtisadi və monetar tədqiqatlar mərkəzidir. Aparıcı ticarət dövlətlərinin mərkəzi bankları onun təsisçiləridir, hər biri direktorlar şurasına öz nümayəndəsini təyin edir; şura ildə ən azı on dəfə toplanır. BIS-in baş ofisi Bazeldə yerləşir. Bankın məqsədi: …mərkəzi banklar arasında əməkdaşlığı təşviq etmək, beynəlxalq maliyyə əməliyyatları üçün yeni imkanlar yaratmaq və iştirakçı tərəflərlə müqavilələr əsasında ona həvalə edilmiş beynəlxalq ödəniş əməliyyatları üçün qəyyum və ya agent kimi çıxış etmək. BIS-in funksiyasının bir hissəsi əsasən Beynəlxalq Valyuta Fondu tərəfindən öz üzərinə götürülmüşdür. Bu gün onun fəaliyyətinin əsasını mərkəzi banklar arasında əməkdaşlıq təşkil edir. Bundan əlavə, BIS üzv ölkələrin mərkəzi banklarına geniş çeşiddə maliyyə xidmətləri göstərir (kreditlər verir, depozitləri qəbul edir, vasitəçi və ya zamin kimi çıxış edir). Bank nəzarəti üzrə Bazel Komitəsi 1974-cü ildə Beynəlxalq Hesablaşmalar Bankında yaradılmışdır ki, bu komitə bank tənzimlənməsini təkmilləşdirməyə yönəlmiş direktivlər və tövsiyələr hazırlayır və müxtəlif ölkələrdə maliyyə tənzimlənməsinə dair tələblərin unifikasiyası üzərində işləyir. Həmçinin BIS-in himayəsi altında Ödəniş Sistemləri Komissiyası, Qlobal Maliyyə Sabitliyi Komitəsi, Saxtakarlığa Qarşı Mübarizə Qrupu və bir sıra digər strukturlar fəaliyyət göstərir.