NADİ

bağıran, çağıran, çığıran, qışqıran; rus.“Nadya” adının ixtisar forması.
NACİYYƏ
NADİM
OBASTAN VİKİ
Yunus Nadi Abalıoğlu
Yunus Nadi Abalıoğlu (türk. Yunus Nadi Abalıoğlu) — türk jurnalisti, yazıçı, siyasi xadim. Rodosda Süleymaniyyə mədrəsəsində oxumuş, Qalatasaray liseyini və hüquq məktəbini bitirmişdir. 1900-cü ildə “Məlumat” qəzetində fəaliyyətə başlamış, hakimiyyət əleyhinə yönəlmiş yazılarına görə həbs olunmuşdur. “Rumeli” (1910) və “Təsviri-əfkar” qəzetlərinin baş redaktoru olmuşdur. "İttihad və Tərəqqi" partiyasının xadimləri ilə yaxınlıq etmiş, 1918-ci ildən Türkiyədə nəşr olunan "Təsviri-əfkar", "Yeni gün" və s. qəzetlərdə Türkiyə-Azərbaycan əlaqələrinə dair yazıların müəllifi kimi tanınmışdır. 1918-ci il iyulun 4-də "Təsviri-əfkar" qəzetində dərc olunmuş "Qafqazlılar və Türkiyə" adlı məqaləsində Batum sülh konfransında Azərbaycan və Türkiyə nümayəndələri arasında aparılmış danışıqlar və əldə edilmiş razılaşma haqqında geniş məlumat verilir. Müəllif Azərbaycan türklərinin istiqlal mübarizəsini ön plana çəkərək, Qafqazın Türkiyə üçün əhəmiyyətini vurğulayırdı. 1918–1920 illərdə “Yeni gün” qəzetini buraxmış, nəşrini Ankarada davam etdirmişdir.
Elçin Nadirov
Fade to Black (Nadir Rüstəmli mahnısı)
Fade to Black (azərb. Soluruq‎) – Azərbaycanı 2022 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Nadir Rüstəmlinin müsabiqədə ifa etdiyi mahnı. Mahnının sözləri və musiqisi Andreas Stone, Anderz Wrethov, Sebastian Schub, Thomas Stengaard-ə aiddir. Nadir Rüstəmli 2022-ci ildə "Səs Azərbaycan" mahnı müsabiqəsinin qalibi olmuşdur.
Fədail Nadirov
Fərid Nadirov
Hüseyn Nadim Naxçıvani
Hüseyn Nadim Naxçıvani (Hüseyn Abdulla oğlu Mehdiyevin təxəllüsü; 1871, Naxçıvan rayonu – 1927, Naxçıvan rayonu, Naxçıvan MSSR) — şair. == Həyatı == İlk təhsilini mollaxanada almış, sonra Cəlil Məmmədquluzadənin müəllim olduğu məktəbdə oxumuşdur. Atasını erkən itirdiyindən təhsilini davam etdirə bilməmiş, şəxsi mütaliə yolu ilə ərəb və fars dillərini, İslam tarixini və Şərq klassiklərinin əsərlərini öyrənmişdir. 1918–20-ci illərdə Azərbaycanda milli azadlıq hərəkatında iştirak etmiş, partizan dəstəsində daşnaklara qarşı vuruşmuş, Ələngəz dağı ətrafında ağır yaralanmış və sonralar həmin yaradan da vəfat etmişdir. == Fəaliyyəti == Nadim Naxçıvani ədəbi irsinin xeyli hissəsi itsə də, qalan şerləri onun 19-cu əsrin sonu – 20-ci əsrin əvvəllərində Azərbaycan şeirinin inkişafına töhfə vermiş sənətkarlardan olduğunu göstərir. Əsərlərinin böyük bir qismi klassik üslubda yazılmış dini məzmunlu şeirlərdən (mərsiyə, növhə, sinəzən, qəsidə) ibarətdir. Aşiqanə qəzəl və qoşmaları, ictimai məzmunlu didaktik və satirik şeirləri də var. Bəzi qəzəllərində tərənnüm olunan mücərrəd eşqdən fərqli olaraq, əsasən, real, həyati gözəllikləri vəsf etmişdir. bu cəhət onu Molla Pənah Vaqif və Qasım bəy Zakir realist üslubuna yaxınlaşdırır. İctimai məzmunlu şeirlərində xalq, vətən məhəbbəti başlıca yer tutur.
II Nadir şah
II Nadir şah Əfşar —(d. ? -ö. 1805) Əfşarlar İmperiyasının 5-ci və sonuncu şahənşahı (1796–1805). == Həyatı == Şahrux şahın üçüncü oğlu Nadir mirzə Məşhəd şəhərində dünyaya gəlmişdi. Saray təlim-tərbiyəsi, təhsili almışdı. Ağaməhəmməd xan Xorasana hücum edərkən əfqanların yanına qaçmışdı. Şahın ölümündən sonra Xorasana qayıdıb, ətrafına adamlar yığmağa başladı. Azərbaycanda baş verən qarışıqlıq və qardaşı Hüseynqulu xanın iğtişaşı Fətəli şahın başını qatmışdı. Nadir mirzə gücünü artırıb səltənətə yiyələnmək istədi.
II Nadir şah Qırxlı-Avşar

II Nadir şah Əfşar

Kənan Nadirli
Mehman Nadirov
Mehman Qəhrəman oğlu Nadirov (1960, Puşkin rayonu) — səs mühəndisi, səs rejissoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2009) Evlidir, 3 övladı var. == Fəaliyyəti == 1983-cü ildən "Azərbaycanfilm" kinostudiyasında müxtəlif vəzifələrdə çalışmışdır. Hazırda Səsyazma-montaj sexlərinin rəisi və səs rejissorudur. Mehman Nadirov bir çox filmlərdə səs rejissoru kimi fəaliyyət göstərmişdir. == Ad == Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi (2009) == Filmoqrafiya == Səs mühəndisi kimi Yalan (film, 2005) (tammetrajlı bədii film) Səs rejissoru kimi İstanbul reysi (film, 2010) (tammetrajlı bədii film) Biz birlikdə qalib gələcəyik (film, 2011) Tərsinə çevrilən dünya (film, 2011) (tammetrajlı bədii film) İlahi məxluq (film, 2011) (tammetrajlı bədii film) Balaca ev (film, 2012) Axırıncı dayanacaq (film, 2014) (tammetrajlı bədii film) Yarımçıq xatirələr (film, 2015) (tammetrajlı bədii film) Qatil (film, 2015) (tammetrajlı bədii film) Səs operatoru kimi IX korpus (film, 2012) (qısametrajlı sənədli film) Çölçü (film, 2012) (tammetrajlı bədii film) "Ağ-qara" gecələr (film, 2013) (tammetrajlı bədii film) Digər Xeyirxah kirpi (film, 2009) (cizgi filmi) Vəsiyyət (film, 2011) (qısametrajlı bədii film) Tırtılın arzusu (film, 2010) (cizgi filmi) İstədiyin yar (film, 2012) Nizami (film, 2012) (qısametrajlı sənədli film) Balaca ev (film, 2013) (cizgi filmi) Mahmud və Məryəm (film, 2013) (tammetrajlı bədii film) Qisas almadan ölmə.
Mir Nadir Zeynalov
Mirnadir Mirəli oğlu Zeynalov (12 noyabr 1942, Bakı – 10 mart 2021, Bakı) — Azərbaycan rəssamı, Azərbaycan Respublikasının xalq rəssamı (2006). Mirnadir Zeynalov 12 noyabr 1942-ci ildə Bakının Buzovna kəndində doğulmuşdur. 1963-cü ildə ilk peşə təhsili olan Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, daha sonra isə 1973-cü ildə Moskva Poliqrafiya İnstitutunun Qrafika fakültəsini bitirmişdir. Azərbaycan Rəssamlar İttifaqının və "Yeni Era" Ümumdünya Sənət Akademiyasının həqiqi üzvü olmuşdur. Rəssam 10 mart 2021-ci ildə 78 yaşında vəfat etmişdir. Mirnadir Zeynalovun peşəkar boyakarlıq karyerası 1970-ci illərdən başlamışdır. O, Abşeron rəssamlıq məktəbinin görkəmli nümayəndələrindən, xüsusilə, Cavad Mircavadov, Qorxmaz Əfəndiyev, Kamal Əhmədov, Ənvər Əsgərov, Nazim Rəhmanov, Fərhad Xəlilov kimi rəssamlardan təsirlənmişdir. Rəssamın əsərlərində doğulub böyüdüyü Abşeronun sərt təbiətinin, mənzərələrinin əks olunması mühüm yer tutur. Bunlardan "Tək ağac" (1974), "Köhnə kənd" (1989) əsərlərini xüsusilə fərqlənirlər. Rəssam öz karyerasının ilk illərində realizm üslubunda, sonralar abstrakt tablolar yaratmağa başlamışdır.
Mirzə Baxış Nadim
Mirzə Baxış Nadim (1785, Nəvai, Cavad qəzası – 1880, Nəvai, Cavad qəzası) — Azərbaycan şairi. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov və institutun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Raqub Kərimov indiyədək cəmi bir neçə şeiri məlum olan XIX əsrdə yaşamış görkəmli satirik şair Mirzə Baxış Nadimin Əlyazmalar İnstitutunda iki əlyazma şeir toplusunu aşkar etmiş, buradakı əsərləri bir kitab halında tərtib etmiş, Mirzə Baxışın qeyri-mətbu şeirləri barədə geniş məqalə yazaraq mətbuata təqdim etmişlər. Bu əsərləri ətraflı nəzərdən keçirdikdən sonra məlum olur ki, Mirzə Baxış Nadim satirik şair omaqla yanaşı bir sıra gözəl lirik və dini şeirlərin də müəllifi olmuşdur. Tədqiqatçılar bu fikirdədirlər ki, Mirzə Baxış Nadimin əsərlərinin bəzi əlyazmaları indiyə qədər əhalidə qalmışdır, onlar da üzə çıxarıldıqdan sonra şairin ədəbi irsi barədə, onun ədəbiyyat tariximizdəki mövqeyi barədə daha ətraflı fikir söyləmək mümkün olacaqdır.
Məhəmməd Nadir Rzayev
Məhəmməd Nadir şah
Məhəmməd Nadir Şah (9 aprel 1883 – 8 noyabr 1933 və ya 9 noyabr 1933, Kabil) — 1929 ilə 1933-ci illər arasında vəzifə yerinə yetirmiş olan Əfqan kralı. Məhəmməd Nadir 1929-cu ildə Əfqanıstan kralı oldu və 1933-cü ildə öldürülməsinə qədər taxtda qaldı. Məhəmməd Nadir, taxtı ələ keçirmək öncə üçüncü Anqlo-Əfqan Döyüşündə (1919) əhəmiyyətli bir rol oynadı. Ondan dərhal sonra, Kral Amanullah ilə anlaşılmazlıqlar səbəbindən, Məhəmməd Nadir, Fransada sürgündə yaşamaq üçün Əfqanıstandan ayrıldı. Həbibulla Kalakani üsyanı və Kral Amanullah (Yanvar 1929) taxtdan endirilməsindən sonra, Nadir Fransadan ayrıldı və Kalakani qarşısında döyüşə hazırlanmaq üçün Hindistana getdi. Məhəmməd Nadir, Hindistandan gələn İngilis və müxtəlif tayfa dəstəyi ilə Kalakaniyi geri itələmişdir və 1929-cu ilin oktyabr ayında Kabili ələ keçirdi. Daha sonra Kalakaniyi əsir alaraq edam etdirdi. Ancaq Kalakani yandaşlarını aldadaraq onu həbsə attırdığını söylərək ikinci bir üsyanın qarşısını aldı. Kral olduqdan sonra, Kral Amanullahı taxta geri istəyən insanlara qarşı döyüşdü . Bundan başqa Kral Amanullah göstərilən modernizasiya planlarından bir çoxu əksyanma oldu.
Nadir İsrafilov
Nadir Şah
Nadir şah Əfşar (fars. نادر شاه‎; Nâdir şâh) 22 oktyabr 1688 və ya 6 avqust 1698, Dərgəz, Səfəvilər – 19 iyun 1747, Qoçan, Əfşarlar imperiyası) — Əfşar imperiyasının şahı (1736–1747) və Əfşarlar sülaləsinin banisi. Tarixdə, həmçinin Nadirqulu bəy və Təhmasibqulu xan adları ilə də tanınır. Hərbi nailiyyətlərinə görə bəzi tarixçilər ona "Şərqin qılıncı", "Şərqin Napoleonu" və "İkinci Makedoniyalı İsgəndər" kimi ləqəblər veriblər. Napoleon Bonapartın özü isə Nadir şaha heyran qalırdı, o, Fətəli Şah Qacara yazdığı məktubda Nadiri tərifləyir və özünü "İkinci Nadir" hesab edirdi. Nadir şah 1689-cu ilin noyabrında (bəzi mənbələrdə bu tarix 1688-ci il kimi verilmişdir) Xorasan vilayətinin Dərgəz mahalının Dəstgird kəndində köçəri maldarlıq ilə məşğul olan bir ailədə dünyaya gəlmişdir. Tarixçilər bu məşhur sərkərdənin hələ uşaq yaşlarından diribaş, hazırcavab, fərasətli və bacarıqlı olmasını qeyd edirlər. XVII əsrin sonu — XVIII əsrin əvvəllərində Səfəvilər dövləti qorxunc bir iqtisadi və siyasi böhran keçirirdi. Ölkənin mərkəzi və şərq hissəsi əfqanların işğalı altına düşmüşdü. Azərbaycan, Şirvan və bunlarla həmsərhəd ərazilər Osmanlı imperiyası tərəfindən işğal olunmuşdu.
Nadir Şah (tarixi roman)
Nadir Şah (tarixi roman) — Yunus Oğuz (Yunus İsaxan oğlu Əliyev) tərəfindən tarixi roman janrında yazılmış roman. Nadir Şah (tarixi roman) 2010-cu ildə Bakıda azərbaycan dilində "Apostrof" nəşriyyatında çap olunub. Kitabın ön sözünün müəllifi Atatürk Mərkəzinin direktoru, millət vəkili Nizami Cəfərovdur. Əsər böyük Azərbaycan hökmdarı Nadir şah Avşarın fəaliyyətindən bəhs edir! "Nadir Şah" romanı müxtəlif dillərə tərcümə olunub. 2014-cü il Dekabrın 24-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yazıçı Yunus Oğuzun "Nadir şah" romanı əsasında səhnələşdirilən "Nadir şah" tamaşasının premyerası keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə səhnələşdirilən "Nadir şah" tamaşasının quruluşçu rejissoru Gümrah Ömər, bəstəkarı Sərdar Fərəcov, rəssamı isə İlham Elxanoğludur. 1501-ci ildə qurulmuş Azərbaycan Səfəvilər dövlətinin süquta uğradığı, Nadir şahın siyasi səhnəyə çıxdığı dövrü təsvir edən əsər böyük sərkərdənin hakimiyyətə gəlməsindən, apardığı müharibələrdən, Azərbaycanı, türk dünyasını birləşdirmək istəyindən danışır. Müəllif əsərdə o dövrdə baş verən hadisələri müfəssəl təfsilatla verir, saray münaqişələrinin mahiyyətini ustalıqla açır, tarixin məişətinə daxil olmağı bacarır. Romanla Nadir şahı qanuni xanədanı-Səfəviləri devirməkdə suçlandıranlara cavab verən Yunus Oğuz böyük sərkərdənin hakimiyyətə gəlməsini tarixi qanunauyğunluq kimi səciyyələndirir.
Nadir Şükür oğlu Orucov
Nadir şah (dəqiqləşdirmə)
Nadir şah Əfşar — Əfşarlar şahənşahı. II Nadir şah Əfşar — Əfşarların Xorasan hakimi Nadir şah (pyes) — Nəriman Nərimanovun yazdığı dram əsəri. Nadir şah (film, 1968) — hind filmi. Məhəmməd Nadir şah — Əfqanıstan kralı.
Nadir şah (tarixi faciə)
Nadir şah (tarixi faciə) — Nəriman Nərimanov çar hökuməti orqanlarının təqiblərindən yaxa qurtarmaq üçün "Nadir şah" əsərində hadisələri Azərbaycanın XVIII əsr tarixindən — Şah Sultan Hüseyn Səfəvinin dövründən təsvir edir. Tarixi faciədə Nadir amansız quldur, yenilməz sərkərdə, müdrik dövlət başçısı kimi verilmişdir. "Nadir şah"da XVIII əsr hadisələri təsvir olunsa da, XIX əsrin ictimai ruhu, əsarətdən səbri tükənmiş xalqın qəzəb və nifrəti, oyanma əlamətləri öz ifadəsini tapmışdır. Nəriman Nərimanovun "Nadir şah" tarixi faciəsində hadisələr Şah Sultan Hüseyn Səfəvinin hakimiyyəti dövründən başlayır. Dramaturq İranda hökm sürən özbaşınalığı və zülmü Şah Sultan Hüseynin dövlət başçısı kimi zəif olması ilə izah edir. Şah Sultan Hüseyn bütün gününü eyş-işrətdə keçirir. O, dövlətin daxili və xarici vəziyyətindən tamamilə xəbərsizdir. Bütün dövlət işlərini birinci vəziri Ədhəm xanın ixtiyarına vermişdir. Hakimiyyət başına keçmək arzusunda olan Ədhəm Şah Sultan Hüseynin ona olan etimadından və zəifliyindən sui-istifadə edir, ölkədə baş verən hadisələri ondan gizlədir, beləliklə, dövlətin iqtisadi və müdafiə qüdrətinin zəifləməsinə imkan yaradır. Odur ki, yerli hakimlər mahallarda özbaşınalıq edir.
Nadir şah Avşar
Nadir şah Əfşar (fars. نادر شاه‎; Nâdir şâh) 22 oktyabr 1688 və ya 6 avqust 1698, Dərgəz, Səfəvilər – 19 iyun 1747, Qoçan, Əfşarlar imperiyası) — Əfşar imperiyasının şahı (1736–1747) və Əfşarlar sülaləsinin banisi. Tarixdə, həmçinin Nadirqulu bəy və Təhmasibqulu xan adları ilə də tanınır. Hərbi nailiyyətlərinə görə bəzi tarixçilər ona "Şərqin qılıncı", "Şərqin Napoleonu" və "İkinci Makedoniyalı İsgəndər" kimi ləqəblər veriblər. Napoleon Bonapartın özü isə Nadir şaha heyran qalırdı, o, Fətəli Şah Qacara yazdığı məktubda Nadiri tərifləyir və özünü "İkinci Nadir" hesab edirdi. Nadir şah 1689-cu ilin noyabrında (bəzi mənbələrdə bu tarix 1688-ci il kimi verilmişdir) Xorasan vilayətinin Dərgəz mahalının Dəstgird kəndində köçəri maldarlıq ilə məşğul olan bir ailədə dünyaya gəlmişdir. Tarixçilər bu məşhur sərkərdənin hələ uşaq yaşlarından diribaş, hazırcavab, fərasətli və bacarıqlı olmasını qeyd edirlər. XVII əsrin sonu — XVIII əsrin əvvəllərində Səfəvilər dövləti qorxunc bir iqtisadi və siyasi böhran keçirirdi. Ölkənin mərkəzi və şərq hissəsi əfqanların işğalı altına düşmüşdü. Azərbaycan, Şirvan və bunlarla həmsərhəd ərazilər Osmanlı imperiyası tərəfindən işğal olunmuşdu.
Nadir şah Qırxlı-Avşar

Nadir şah Əfşar

Nadir şah Əfşar: diplomatik yazışmalar (kitab)
Nadir şah Əfşar: diplomatik yazışmalar — AMEA-nın Əlyazmalar İnstitutunda saxlanılan mənbələr əsasında Nadir şah Əfşarın diplomatik irsinin toplandığı kitab. 2015-ci ildə AMEA-nın Əlyazmalar İnstitutunda saxlanılan mənbələr əsasında hazırlanmış kitab. Kitabda Azərbaycanın və Yaxın Şərqin siyasi tarixində iz buraxmış, Qərb tarixçilərinin "Şərqin Napoleonu" adlandırdıqları Nadir şah Əfşarın diplomatik irsi toplanmışdır. Kitabın elmi redaktoru Akademik Ramiz Mehdiyev, redaktoru Paşa Kərimov, fars dilindən tərcümə edib, nəşrə hazırlayan, qeydlərin müəllifi Rauf Şeyxzamanlı və şərhlər və tarixi məlumatların müəllifi isə Eldar Əmirov və Taleh Hacıyevdir. Burada Nadir şahın Hindistanın fəth edilməsindən sonra Rum padşahı Sultan Mahmud xana, Hindistan şahı Məhəmmədə, Molla Məhəmməd Zəkiyə, Məşhədin mütəvəllisi Mirzə Məhəmməd Rzaya və Qəndəharın fəth olunması münasibətilə qardaşı İbrahim xana yazdığı məktublar toplanıb.
Nadir şah Əfşarın Herat səfəri
Nadir xan Əfşarın Herat səfəri - 1730-cu ilin avqust ayəndan başlayan və Herat üzərində Səfəvi hakimiyyətinin yenidən bərqərar olması ilə nəticələnən səfər Nadir öz qoşunları ilə İraqda (bugünkü İranın cənub-qərbi nəzərdə tutulur) və Azərbaycanda Osmanlı qüvvələrinə qarşı ağır döyüşlər apararkən vaxtilə ondan ağır zərbə almış əbdali əfqanları Şah Təhmasib hakimiyyətinə itaət etməkdən boyun qaçırdılar. Mərkəzi hakimiyyətə qarşı istiqamətlənmiş bu qiyamın təhrikçiləri əslində gilzayi əfqanları idilər. Qəndahar hakimi Sultan Hüseyn Nadirə qarşı tək silah qaldırmağın mümkünsüz olduğunu başa düşərək ilk əvvəl Herat hakimi Allahyar xanı öz tərəfinə çəkməyə çalışdı. Lakin Allahyar xandan rədd cavabı aldıqdan sonra Sultan Hüseyn öz adamlarına Herat əhalisi arasında Nadir xana qarşı təbliğat aparmağı tapşırdı. Çünki, Herat camaatı da Allahyar xanın Nadirə qarşı sədaqətindən razı deyildi. Bu narazı əbdali əyanları toplanaraq Fərəh hakimi Zülfüqar xanı Herat hakimliyini öz əlinə almağa çağırdılar. “Aləm Ara-ye Naderi”nin verdiyi məlumata görə, Allahyar xanla Zülfüqar xanın atası arasında olan ixtilaflar da Zülfüqar xan tərəfdarlarının ona qarşı sərt mövqe tutmasına səbəb oldu. Bir tərəfdən Sultan Hüseynin fitnələri, digər tərəfdən də Zülfüqar xan tərəfdarlarının Allahyar xana qarşı sərt mövqeyi birləşərək Allahyar xanın Herat hakimliyindən devrilməsi ilə nəticələndi. Allahyar xan müqavimət göstərməyə çalışsa da bir nəticə hasil olmadı və o, Heratı tərk etmək məcburiyyətində qaldı. Ailəsini və uşaqlarını Maruçaq qalasına gətirib sonra oranın hakimi Mövcudqulu xanla birlikdə Məşhədə, Nadirin Xorasan hakimi təyin etdiyi İbrahim xanın yanına gəldi.

Значение слова в других словарях