Fərid İlyas oğlu Nadirov (21 sentyabr 2000; Hüngütlü, Göyçay, Azərbaycan — 13 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Fərid Nadirov | |
---|---|
Fərid İlyas oğlu Nadirov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Hüngütlü, Göyçay, Azərbaycan |
Vəfat tarixi | (20 yaşında) |
Vəfat yeri | Suqovuşan, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Göyçay Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020, 2021, 2021 |
Fərid Nadirov 2000-ci il sentyabrın 21-də Göyçay rayonunda anadan olub.[2] İlk orta təhsilini Göyçay şəhər Rəsul Rza adına 1 saylı tam orta məktəbdə alıb. Daha sonra Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə daxil olub.[3][4]
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ehtiram Məmmədov Suqovuşan döyüslərində savaşıb. Müharibə zamanı pulemyotçu kimi hərbi xidmətini yerinə yetirib. 13 oktyabr 2020-ci ildə Talış Suqovuşan istiqamətindəki döyüşlər nəticəsində şəhid olub. 28 noyabr 2020-ci ildə Göyçay Şəhidlər Xiyabanında dəfn edilmişdir.[5]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Nadirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[6]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fərid Nadirov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[7]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fərid Nadirov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[8]