NALƏ

is. [ fars. ] Ah-zar, inilti, sızıltı, fəryad, fəğan.
Seyyid, aşiq olanı bilmişəm aşiqlər işin; Ah imiş, nalə imiş, giryə imiş, şivən imiş. S.Ə.Şirvani.
Məsum uşaqların naləsi, məzlum anaların fəryadı göylərə səda salmışdı. S.S.Axundov.

□ Nalə etmək (çəkmək, qoparmaq) – fəryad etmək, inləmək, ağlamaq.
[Dərviş:] Qızım, neçə gün və neçə gecədir sən burada nalə edirsən?… Ə.Haqverdiyev.
Fəqət yenə ana qəlbi ayrılmamış övladından; Gecə-gündüz çörək deyib nalə çəkmiş hər laylası. S.Vurğun.

◊ Naləsi ərşə çıxmaq – ucadan ağlamaq, ah-zar etmək, fəryad etmək.
[İmran:] O gün, yadındadırmı, göz ağrısından nalən ərşə çıxmışdı. S.S.Axundov.

Этимология

  • NALƏ Farsca nalidən (ağlamaq) feili ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
NALBƏND
NALQIRAN

Значение слова в других словарях