Namizədlik minimumu
Namizədlik minimumu – ali məktəblərdə və elmi-tədqiqat institutlarında aspirantların və dissertantların elmlər namizədi alimlik dərəcəsi almaq üçün müdafiədən əvvəl verdikləri imtahan; Hal-hazırda, xarici (ingilis, fransız, alman və s.) dillərdən biri, informatika və dissertasiya mövzusuna uyğun olan ixtisas fənni üzrə keçirilir. Namizədlik minimumlarını (xarici dil, informatika və ixtisas fənni) verən şəxs namizədlik dissertasiyası müdafiə etmək hüququna malikdir.
R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.