Nankauri
Nankauri adası (ing. Nancowry, hind. नन्कोव्री) — Nikobar adaları arxipelaqının mərkəzi hissəsində yerləşən ada. Ada 11,7 km uzunluğa, 7,5 km enə malikdir. Sahəsi — 66,9 km². Maksimal hündürlüyü 162 metrdir. 2001-ci il siyahıya alınmasına görə adada 1111 nəfər yaşayır. Kar-Nikobar adasından təqribi 160 km cənub-şərqdə yerləşir.