NANOHİSSƏCİK

is. kim. fiz. Nanotexnologiya vasitəsilə alınmış nanoobyekt. Minik maşınları üçün indi nanohissəcik tərkibli elə rənglər alınır ki, bu rənglər su buraxmır, çirklənmir, cızılmır, parıldayır, günün müxtəlif vaxtlarında maşın müxtəlif rəngdə görünür.
NANOFAZALI
NANOQURULUŞ
OBASTAN VİKİ
Nanohissəciklər
Nanohissəcik - “Nano” cisimlər o obyektlərə deyilir ki, onların ölçüləri 1-100 nm diapazonunda olsun.Nano sözönü (nannos - karlik deməkdir) ixtiyari ölçü vahidinin milyardda bir hissəsi deməkdir: 1 nm=10–9 m. Beynəlxalq İUPAC konvensiyasına əsasən ölçüləri 100 nm-dən kiçik olan quruluşların nanozərrəcik adlandırılması qəbul edilməsinə baxmayaraq, bu termin indi də elmi dairələr arasında birmənalı qarşılanmır. Nanozərrəciklərin tərkibində təqribən 106 sayda atom olur. Nanohissəciklərin növləri: Nanozərrəciklər və nanoklasterlər Füllerenlər Nanoborular Nanoiplər Nanoməsaməli quruluşlar Nanolaylar nanosəthlər Nanokristallik materiallar Nanoquruluşların xarici quruluşuna görə növləri 1.Bütöv (və ya “xarici”) Həcmli üçölçülü (3D) quruluşlar Müstəvi ikiölçülü (2D) quruluşlar Xətti birölçülü (1D) o quruluşlar Sıfırölçülü (0D) quruluşlar 2.Məsaməli (və ya “daxili”) Füllerenlər Nanoborular Nanoməsaməli materiallar Molekulyar klasterlər Liqandsız qaz klasterləri Kolloid klasterləri Matris klasterləri Bərk nanoklasterləri [2] Platin, palladium, rodium ve iridiumun nanohissəciklərinin alınması və tsiklooktenin, 1-dodesenin ve orto-xlornitrobenzolun katalitik hidrogenləşmə reaksiyasında istifadəsi barədə məlumatlar vardır. Nanohissəcikləri almaq üçün metal duzlarını spirtlərdə reduksiya edirlər. Nanohissəciklərin diametri iridium üçün 0.74 nm platin ve palladium üçün isə 2.2 nm təşkil edir. Metal nanohissəciklərini 1-vinilpirrolidonun akril turşusunda sopolimeri ilə stabilləşdirirlər. Nanotexnologiya ilə dəm qazının karbon (IV) oksidə katalitik elektrokimyəvi (anod) oksidləşdirilməsi də mümkün olmuşdur. Elektronların dəm qazı molekulundan anodun səthinə keçidini sürətləndirən katalizator kimi dekantiol molekulları ilə örtülmüş 2-5 nm ölçülü qızıl nanohissəciklərinin ansamblı olmuşdur. Palladium nanohissəcikləri (n=1-30) iştirakı ilə asetilenin benzola tsiklotrimerləşməsi reaksiyasını 27 °C temperaturda həyata keçirmək mümkün olmuşdur.

Digər lüğətlərdə