Nanohissəciklər
Nanohissəcik - “Nano” cisimlər o obyektlərə deyilir ki, onların ölçüləri 1-100 nm diapazonunda olsun.Nano sözönü (nannos - karlik deməkdir) ixtiyari ölçü vahidinin milyardda bir hissəsi deməkdir: 1 nm=10–9 m.
Beynəlxalq İUPAC konvensiyasına əsasən ölçüləri 100 nm-dən kiçik olan quruluşların nanozərrəcik adlandırılması qəbul edilməsinə baxmayaraq, bu termin indi də elmi dairələr arasında birmənalı qarşılanmır.
Nanozərrəciklərin tərkibində təqribən 106 sayda atom olur.
Nanohissəciklərin növləri:
Nanozərrəciklər və nanoklasterlər
Füllerenlər
Nanoborular
Nanoiplər
Nanoməsaməli quruluşlar
Nanolaylar
nanosəthlər
Nanokristallik materiallar
Nanoquruluşların xarici quruluşuna görə növləri
1.Bütöv (və ya “xarici”)
Həcmli üçölçülü (3D) quruluşlar
Müstəvi ikiölçülü (2D) quruluşlar
Xətti birölçülü (1D) o quruluşlar
Sıfırölçülü (0D) quruluşlar
2.Məsaməli (və ya “daxili”)
Füllerenlər
Nanoborular
Nanoməsaməli materiallar
Molekulyar klasterlər
Liqandsız qaz klasterləri
Kolloid klasterləri
Matris klasterləri
Bərk nanoklasterləri [2]
Platin, palladium, rodium ve iridiumun nanohissəciklərinin alınması və tsiklooktenin, 1-dodesenin ve orto-xlornitrobenzolun katalitik hidrogenləşmə reaksiyasında istifadəsi barədə məlumatlar vardır. Nanohissəcikləri almaq üçün metal duzlarını spirtlərdə reduksiya edirlər. Nanohissəciklərin diametri iridium üçün 0.74 nm platin ve palladium üçün isə 2.2 nm təşkil edir. Metal nanohissəciklərini 1-vinilpirrolidonun akril turşusunda sopolimeri ilə stabilləşdirirlər.
Nanotexnologiya ilə dəm qazının karbon (IV) oksidə katalitik elektrokimyəvi (anod) oksidləşdirilməsi də mümkün olmuşdur. Elektronların dəm qazı molekulundan anodun səthinə keçidini sürətləndirən katalizator kimi dekantiol molekulları ilə örtülmüş 2-5 nm ölçülü qızıl nanohissəciklərinin ansamblı olmuşdur.
Palladium nanohissəcikləri (n=1-30) iştirakı ilə asetilenin benzola tsiklotrimerləşməsi reaksiyasını 27 °C temperaturda həyata keçirmək mümkün olmuşdur.