Nebelverfer
Nebelverfer (ing. Smoke Mortar, azərb. Tüstü minaatanı) — İkinci Dünya Müharibəsi zamanı almanların istifadə etdiyi minaatan topu. Onlar əvvəlcə Wehrmachtın “tüstü qoşunlarına” (Nebeltruppen) hazırlanmış və onların istifadəsi üçün təyin edilmişdirlər. Onun məqsədi tüstü bombalarını atmaqdır. Onlar 15 sm-lik tüstü bombalarından istifadə edirdilər. Nebelverfer üçün əvvəldən yüksək dağıdıcılıq qüvvəsi olan mərmilər hazırlansa da, onlar ilk növbədə zəhərli qaz və tüstü mərmilərini dağıtmaq üçün nəzərdə tutulmuşdurlar. Əvvəlcə 15 ilə 32 santimetr arasında dəyişən müxtəlif reaktiv yaylım atəşi sistemləri ilə əvəz edilməzdən əvvəl iki fərqli minaatan döyüş meydanlarına cəlb edilmişdir. Raketlərin nazik divarları eyni çəkidə olan artilleriya və hətta minaatan mərmilərindən daha böyük miqdarlarda qaz, maye və ya yüksək partlayıcı materialın atılmasına imkan verməklə böyük üstünlüyə malik idi. Nebelverfer, Balkan Cəbhəsi istisna olmaqla, İkinci Dünya Müharibəsi illərində Alman ordusunun hər bir hərbi əməliyyatında istifadə edilmişdir.