Neid

der; -(e)s paxıllıq, qibtə, gicik, qısqanma, büxl, dargözlülük, həsəd
nehmen
neiden
OBASTAN VİKİ
Velimir Neidhardt
Velimir Neidhardt (d. 7 oktyabr, 1943, Zaqreb, Xorvatiya) — memar, professor, Xorvatiya Elmlər və İncəsənət Akademiyasının həqiqi üzvü, Sloveniya Elmlər və İncəsənət Akademiyasının müxbir üzvü. Velimir Neidhardt 7 oktyabr, 1943-cü ildə Xorvatiyanın paytaxtı Zaqrebdə anadan olub. Neidhart Zaqreb Universitetinin Memarlıq Fakültəsinin professorudur. 1995–1999-cu illərdə Xorvatiya Memarlar Assosiasiyanın prezidenti olub. 1991-ci ildən bəri Xorvatiya Elmlər və İncəsənət Akademiyasının həqiqi üzvüdür. 2015-ci ilin iyun ayından bəri o həm də, Sloveniya Elmlər və İncəsənət Akademiyasının müxbir üzvüdür. Neidhardtın ən mühüm işi Zaqrebdə Milli və Universitet Kitabxanasının binasıdır. Hotel Lapad (I. Kolbax və B. Şavora ilə birgə; Dubrovnik, 1969) Hotel Begova Ledina (Makarska, 1969) Bit Pazar Alış-Veriş Mərkəzi (I. Franić ilə birgə; Skopye, 1970) Alış-Veriş Mərkəzi (Mrkonjiç Grad, 1972) Siti Sentr layihəsi (Lj. Luliç və J. Nosso ilə birgə; Banja Luka, 1973–79) Nyu Zaqreb Siti Sentr layihəsi (L. Şverer və B. Velniç ilə birgə; 1971) Fransa Respublikası Meydanı (I. Franiç ilə birgə; Zaqreb, 1977) Hamma Sentr (Z. Krznariç ilə birgə; Əlcəzair, 1984) Telekommunikasiya Binası (Şibenik, 1980) Milli və Universitet Kitabxanası (M. Hržiç, Z. Krznariç və D. Mans ilə birgə; Zaqreb, 1978–95) Zaqreb urban aksis (1981–85) Ina Trgovina binası (Zaqreb, 1985–89) Exportdrvo Offis binası (Zaqreb, 1985) Adriatik Boru Kəməri Qərargahı (Zaqreb, 1989–91) Dünya Ticarət Mərkəzi (Z. Krznariç və D. Mans ilə birgə; Zaqreb, 1991) Metropolitan aksis(Z. Krznariç və D. Mans ilə birgə; Zaqreb, 1992) M. Con Yevangelist Kilsəsi (Zaqreb, 1991) Parish kilsəsi (Zagreb, 1994) Badel Şəhər Bloku (M. Beqoviç və D. Mans ilə birgə; Zaqreb, 1992–96) Xorvatiya Hökumət Mərkəzi (Zaqreb, 1996) 2001-ci ildə Vukiç Fedya memarın fəaliyyəti ilə bağlı əsər yazıb.