nematod
nematologiya
OBASTAN VİKİ
Nematodlar
Yumru qurdlar (lat. Nematoda) — heyvanlar aləminə aid heyvan tipi. Yumru qurdlar tipinin xarakter xüsusiyyətləri aşağıdakılardır: İlk bədən boşluğuna (prosel) malikdir; Bədən formaca uzunsov olub, buğumlara bölünməyib və eninə kəsiyi dairəvidir. Həzm sistemi ön, orta və arxa bağırsaqdan ibarət olub, anal dəliklə qurtarır. Ağız dəliyi bədənin ön hissəsində yerləşir. Dəri-əzələ kisəsi qismən reduksiya etmişdir (həlqəvi əzələ sistemi reduksiya edib). Tənəffüs və qan-damar sistemi yoxdur. Cinsi dimorfizmə malikdir. İfrazat sistemi bəzilərində protonefridial tipdə olub, xüsusi quruluşlu kanalcıqdan, bəzilərində dəri vəzilərinin şəkildəyişməsi kimi olur, bəzilərində isə heç yoxdur. Sinir sistemi tam və qeyri-tam udlaqətrafı sinir halqasından və ondan çıxan sinir sütunlarından ibarətdir.Yumru qurdların sərbəst yaşayan formaları dənizlərdə, şirin sularda və torpaqda, parazit formaları isə əksər onurğasızlarda və bütün onurğalılarda, o cümlədən insanda parazitlik edir, bitkilərin müxtəlif vegetativ orqanlarında yaşayır.

Digər lüğətlərdə

дотолка́ться заха́пывать кустообра́зно мезодерми́ческий обжира́ть скворе́чный стог вы́делиться до чёрта затопи́ть кари́йский нахлеста́ть свято́й супремати́стский торго́вля брос eruct excalate executory horse-breeder litterbug refluent resurrectionary вмазывать полумёртвый