Nematodlar
Yumru qurdlar (lat. Nematoda) — heyvanlar aləminə aid heyvan tipi.
Yumru qurdlar tipinin xarakter xüsusiyyətləri aşağıdakılardır:
İlk bədən boşluğuna (prosel) malikdir;
Bədən formaca uzunsov olub, buğumlara bölünməyib və eninə kəsiyi dairəvidir.
Həzm sistemi ön, orta və arxa bağırsaqdan ibarət olub, anal dəliklə qurtarır.
Ağız dəliyi bədənin ön hissəsində yerləşir.
Dəri-əzələ kisəsi qismən reduksiya etmişdir (həlqəvi əzələ sistemi reduksiya edib).
Tənəffüs və qan-damar sistemi yoxdur.
Cinsi dimorfizmə malikdir.
İfrazat sistemi bəzilərində protonefridial tipdə olub, xüsusi quruluşlu kanalcıqdan, bəzilərində dəri vəzilərinin şəkildəyişməsi kimi olur, bəzilərində isə heç yoxdur.
Sinir sistemi tam və qeyri-tam udlaqətrafı sinir halqasından və ondan çıxan sinir sütunlarından ibarətdir.