neogen

neogen
neofrost
neogenez
OBASTAN VİKİ
Neogen
Neogen dövrü — Kaynozoy erasının əvvəlindən etibarən ikinci geoloji dövr. Davametmə müddəti təqribən 23 milyon ildir. Miosen Piasenziya Zanklin Pliosen Messin Torton Serravalli Langi Burdiqal Aquitan Neogen dövrü Alp qırışıqlıq sisteminin formalaşmasının sonu və müasir vəziyyətə yaxın oroqrafiyanın tədricən yaranması dövrüdür. Bu dövrdə ən yüksək dağ silsilələri-Alplar, Balkanlar, Atlas, Apennin, Kiçik Asiya, Krım, Qafqaz, Himalayların formalaşması başa çatır. Eyni zamanda, iri qırışıqlıq vilayətləri Sakit okeanın kənarlarında - Anadır, Kamçatka, Saxalin, Yaponiya, Filippin və Yeni Qvineyada, Kordilyerlərin və And dağlarının sahilyanı hissələrində yaranmışdır. İntensiv dağəmələgəlmə prosesi güclü vulkanik fəaliyyət ilə müşayiət olunmuşdur. Şaquli ehtizazi hərəkətlər nəticəsində bir çox hövzələrin ölçüləri və forması get-gedə dəyişilmiş, onların okeandan təcrid olunması intensivləşmişdir. Neogen dövrü sonunda dağlıq rayonlarda buzlaşmaya səbəb olmuş soyuqlaşma baş vermişdir. Yerüstü fauna və floranın inkişafında böyük dəyişikliklər olmuşdur. Hazırda mövcud olan məməlilərin fəsilələri və bir sıra cinsləri: ayılar, kaftarlar, itlər, mastodontlar, nəhəng pələnglər, gərgədanlar, marallar, kəllər, hipparionlar, gəmiricilər, meymunlar, o cümlədən insanabənzər meymunlar meydana gəlmişdir.
Neogen dövrü

Digər lüğətlərdə