Karl Nesselrode
Nesselrode Karl Vasilyeviç (alm. Karl Robert von Nesselrode; 13.12.1780-23.3.1862) – Rusiya imperiyasının xarici işlər naziri, kansleri, qraf.
Karl Nesselrode 1816-1856-cı illərdə Rusiyanın xarici işlər naziri olmuşdu. 1845 –ci ildən kansler idi. 1816-cı ildən İranla münasibətlər onun rəhbərliyi altında həyata keçirilirdi. Türkmənçay müqaviləsini Peterburqa gətirən A.S.Qriboyedov onun qəbulunda olmuşdu.. 1853-1856-cı illərdə Krım müharibəsində Rusiyanın diplomatik cəhətdən təcrid edilməsində mühüm rol oynamış, 40 ildən sonra vəzifəsindən uzaqlaşdırılmışdı.
Нессельроде К.В. Неизданное письмо графа КВ. Нессельроде к И.Ф. Паскевичу-Эриванскому от 11 мая 1829 г. / Сообщ. А.П.М./ Исторический вестник, 1890.