Nivasiya (qar eroziyası)
Nivasiya, qar eroziyası (rus. нивация, ing. nivation) — ekzogen relyef əmələgətirici proses, əsasən qütb, subqütb və yüksək dağlıq rayonlarda qarın təsiri altında baş verir. Bunun üçün havanın temperaturunun suyun donma həddi ətrafında tərəddüdü və ərimiş qar suyunun olması vacib şərtdir.