NOV

geomorfologiyada və geologiyada dik yamaclı, ensiz, uzun çökəklik. N. yerüstü və sualtı olmaqla müxtəlif mənşəli ola bilər: tektonik, erozion, deflyasion və s. желоб trench
NOOSFER
NOVVARİ ÇÖKƏKLİK
OBASTAN VİKİ
Nov boğazı
Nov boğazı (xorv. Novsko ždrilo) Velebitski boğazını Noviqad dənizi (körfəz) ilə birləşdirir. Uzunluğu 4 km, eni 30–400 m təşkil edir. Paq adasını sahildən ayırır. Boğaza Zimanya və bir sıra kiçik çaylar axır. Boğaz üzərində iki körpü vardır. "Masleniç körpüləri" köhnə və yeni olmaqla, birinci 1961-ci ildə tikilmişdir. 1961-ci ildə Noviqrad rayonu serblər tərəfindən işğal edilərkən körpü dağıdılır. Yenidən 2005-ci ildə yenidən bərpa edilmişdir. İkinci körpü köhnə körpü dağıldıqdan sonra tikilir (1993-1997).
Herseq Novi
Herseq Novi (mont. Херцег Нови, Herceg Novi) — Monteneqroda şəhər. Eyniadlı bələdiyyənin mərkəzidir. Əhalisi 12.739 nəfərdir. Adriatik dənizinin sahilində yerləşir.
Heydər Novruzov
Heydər Novruzov (tam adı:Novruzov Heydər Qulu oğlu; 1902, Təzəkənd, Naxçıvan qəzası – 5 yanvar 1938) — dövlət qulluqçusu, Azərbaycan Xalq Cümhuriyyətinin zabiti == Həyatı == Novruzov Heydər Qulu oğlu 1902-ci ildə Babək rayonunun Təzəkənd kəndində anadan olub. === Vəfatı === 5 yanvar 1938-ci ildə "Naxçıvan fəalları” adlı gizli əksinqilabi siyasi təşkilatın rəhbəri ittihamı ilə həbs edilərək, “xalq düşməni” kimi güllələnmişdir. === Təhsili === Tiflisdə (1924-27), Moskvada (1928-30) və Bakıda (1931-33) təhsil almış, tarixçi və iqtisadçı ixtisaslarına yiyələnmişdir. == Fəaliyyəti == === Hərbi fəaliyyəti === Azərbaycan Xalq Cümhuriyyəti dövründə zabiti kimi daşnakların Naxçıvan və Qarabağda azərbaycanlılara qarşı soyqırımın dəf olunmasında iştirak etmiş, sonralar Abbasqulu Şadlinskinin rəhbərlik etdiyi “Qırmızı tabor”un sıralarında vuruşmuşdur. === Əmək fəaliyyət === Azərbaycan. K(b)P Naxçıvan Vilayət Komitəsi təşkilat (1927-28) və aqrar (1929-30) şöbələrinin müavini, Noraşen (indiki Şərur) və Naxçıvan (indiki Babək) rayon partiya komitələrinin katibi, Masallı rayon İcraiyyə Komitəsinin sədri olmuşdur (1933-36). 1937-ci ildən Bakı şəhər Sovet sədrinin müavini idi. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002.
Hərbi Dəftərxana binası (Novoçerkassk)
Hərbi Dəftərxana binası — Rostov vilayəti Novoçerkassk şəhəri ərazisində yerləşən bina. Novoçerkassk şəhərinin mərkəzində, Ataman küçəsi və Pulatov prospektində qərarlaşır. Bina 1844-cü ildə inşa edilmişdir. Rus klassizmi stilində inşa edilmişdir. Bina mövcudluğunu qoruyub saxlayan qədim binalardan biridir. == Təsviri == Bina künçdə yerləşdiyindən onun hər iki üzü fasad sayılır. Bu fasadın əsas hissəsi Ataman küçəsinə baxır. Üç şərtəbəli bina şəhər ansamlı pozulmamaq şərti ilə işlənmişdir. Pəncərələrin kənaeları xüsusi elementlərlə işlənmişdir. Əsas girişin önündə dörd pəncərə vardır ki, onlarında yuxarı hissəsi üçkünc sirkul formasındadır.
II Novuxodnosor
II Novuxodnosor və ya II Nəbükadnessar (Akkadca: 𒀭𒀝𒆪𒁺𒌨𒊑𒋀 - Nabû-kudurri-uṣur İvrit dili: נְבוּכַדְרֶאצַּר - Nəḇūḵaḏreʾṣṣar və ya נְבוּכַדְנֶאצַּר - Nəḇūḵaḏneʾṣṣar; Müqəddəs Arami dili: נְבוּכַדְנֶצַּר - Nabḇūḵaḏneṣṣar) - e.ə. 605-562-ci illərdə hakimiyyətde olmuş Babil hökmüdarı. == Həyatı == II Novuxodnosor, Yeni Babil İmperiasının qurucusu və Keldani sülaləsinin ilk hökmüdarı Nabopolassarın oğludur. Atasının dövründə, Assuriyalılara qarşı müharibələri davam etdirən orduda xidmət etmişdir. Aşşurlarla müttəfiq olan Misir fironu II Nexoyu Karxemiş döyüşündə məğlub edən Novuxodnosor, irəliləyişə davam etmiş və Assuriya və Fələstin torpaqlarını almışdır. Atasının ölümündən sonra Babilə qayıdır və padşah olur. Hakimiyyətinin ilk illərində müxtəlif ekspedisiyalar təşkil edərək hökmranlığını artırmışdır və e.ə. 601-ci ildə Misir üzərinə hərəkətə keçmişdir. Eramızdan əvvəl 597-ci ildə Babil dövlətinin hakimiyyəti altında olan Yəhuda dövlətinin üsyanı ilə Qüdsü ələ keçirdib. Eramızdan əvvəl 586-cı ildə Qüds xalqının yenidən üsyanından sonra Qüdsü geri alan Novuxodnosor, şəhər və Süleyman məbədini dağıtdırıb.
Jan Jorj Nover
Jan Jorj Nover (fr. Jean-Georges Noverre; 29 aprel 1727[…], Paris – 19 oktyabr 1810[…], Sen-Jermen-an-Le) — Fransa baletmesyteri. == Həyatı == Jan Jorj Nover 29 aprel 1727-ci ildə Fransanın paytaxtı Paris şəhərində anadan olmuşdur. O, 1743-cü ildən rəqqas, 1755-ci ildən isə London, Paris, Vyana, Ştutqart teatrlarında baletmeyster kimi fəaliyyət göstərmiişdir. Balet sənətinin islahatçısı olan Nover rəqs divertismentlərini süjetli baletlə əvəz etmişdir. O, baletin məzmununu açaraq, onu dramatik, plastik obrazlarla ifadə etmişdir. Nover Avropa baletinin inkişafında böyük rol oynamışdır. Jan Jorj Nover 19 oktyabr 1810-cu ildə, 83 yaşında İl-de-Frans vilayətində yerləşən Sen-Jermen-аn-Le kommunasında vəfat etmişdir. == Əsas əsərləri == Les Fêtes Chinoises (Paris 1754) (mus. Jean-Philippe Rameau) La Fontaine de jouvence (Paris 1754) La Toilette de Vénus (Lyon 1757) (mus.
Katalin Novak
Katalin Novak (mac. Veresné Novák Katalin Éva; 6 sentyabr 1977, Seqed) — Macarıstan siyasətçisi və dövlət xadimi, 10 mart 2022-ci ildə Macarıstanın prezidenti. Katalin Novak Fides partiyasının, 2018-ci ildən Macarıstan Milli Assambleyasının üzvüdür. Keçmişdə — Ailə və Gənclər Məsələləri üzrə Dövlət Katibi (2014–2020), Ailə İşləri üzrə Nazir (2020–2021) olmuşdur. Fəxri Legion Ordeninin Cəngavəri (2019), Polşa Respublikasına xidmətlərinə görə ordeninin komandiri (2019) kimi fəxri adlara sahibdir. == Bioqrafiya == 6 sentyabr 1977-ci ildə Macarıstan Xalq Respublikasının Seqed şəhərində anadan olmuşdur. 1996–2001-ci illərdə Korvina Universitetinin İqtisadiyyat fakültəsində oxumuş, iqtisadiyyat üzrə bakalavr dərəcəsi almışdır. 2001–2004-cü illərdə Seqed Universitetinin Hüquq fakültəsində və Paris West-Nanterre-la-Defence Universitetində hüquq təhsili alıb. O, həmçinin Parisdə Siyasi Araşdırmalar İnstitutunda təhsilini davam etdirir. 2001–2003-cü illərdə Xarici İşlər Nazirliyinin müxtəlif idarələrində çalışır.
Kazak Jdanovun binası (Novoçerkassk)
Kazak Jdanovun binası — Rostov vilayəti Novoçekassk şəhəri ərazisində iki mərtəbəli bina. Bina XX əsrin əvvəllərində inşa edilmişdir. Bina Novoçekassk şəhəri Prosveşeniya küçəsi, ev 120 ünvanında yerləşir. Bina Rusiya Federasiyasının regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. == Tarixi == Bina Novoçerkassk şəhərində 1910-cu ildə inşa edilmişdir. Prosveşeniya küçəsi ev 120 ünvanında yerləşən binanın əvvəlki ünvanı Yamskaya küçəsi, ev 16 olmuşdur. İlk əvvəllər burada XIX əsrin sonları XX əsrin əvvəlləri taxtadan inşa edilmiş bir bina vardı. Binanın həyətində tövlə vartı. 1897-ci il məlimstına görə mülkin sahibi kazak Pavel Stepanoviç Jidkov olmuşdur. XX əsrin əvvəllərində binanın sahibi kazak Jdanov Vasileviç Vasileviç olmuşdur.
Kisutske Nove Mesto
Kisutske Nove Mesto (slovak. Kysucké Nové Mesto, alm. Kischützneustadt/Oberneustad‎, mac. Kiszucaújhely) — Slovakiyanın şimali-şərqində şəhər. Əhalisi 16 min nəfərdir. Şəhər Kisutsa çayının sahilində və Kisutse Beskid dağlarının yamaclarında yerləşir. == Tarix == Kisutske Nove Mesto ilk dəfə olaraq IV Belanın 1244-cü il məktubunda Yesenin adı ilə qeyd olunur. Kral bu əraziləri Monqol-tatar istilasından xilas etdiyi üçün zadəgan nəslindən olan Buqomirə hədiyyə verir. Kisutske azad şəhər hüquqlarını 1325-ci ildə əldə edir. XIX əsrə qədər Kisutske əkinçilik və sənətkarlıqla məşğul olan kiçik bir qəsəbə idi.
Kərim Novruzov
Ağakərim (tam adı: Kərim Novruzov; 1 may 1964, Maştağa, Bakı, Azərbaycan SSR) — Azərbaycan meyxanaçısı. == Həyatı == === Erkən illəri === 1964-cü ildə Bakının Maştağa kəndindən anadan olmuşdur. 1981-ci ildə 209 saylı orta məktəbi bitirmişdir. Təhsil illərində onda ədəbiyyata həvəsi bu fənnin müəllimi Seyidxanım Yəhyayeva oyatmışdır. === Yaradıcılığı === Meyxana marağı qonşusu Ağasəlim Çıldağın audio kasetlərindən sonra yaranıb. 1991-ci ildə Azərbaycan Respublikası üzrə keçirilən meyxana müsabiqəsinin qalibi, 1993-cü ildə isə Əliağa Vahidə həsr olunmuş Qəzəlxan festivalının ən yüksək mükafatı olan qızıl medalı alıb. 2001-ci ildə "Bu gedər, o biri gələr" adlı albomu işıq üzü görmüşdür. === Şəxsi həyatı === Bir müddət diabetdən əziyyət çəkən meyxanaçı, 2017-ci ilin mart ayında insult keçirib. 2021-ci ilin dekabr ayında 2-ci dəfə insult keçirib.
Kərim bəy Novruzov
Kərim bəy Mirzə Baba bəy oğlu Novruzov (1838-?) — Rusiya İmperator Ordusunun zabiti, Rusiya-Osmanlı müharibəsinin qəhrəmanı, polkovnik. == Həyatı == Kərim bəy Mirzə Baba bəy oğlu 1838-ci ildə Yelizavetpol qəzasının Qovlar kəndində anadan olmuşdu. Tiflis kadet korpusunda oxumuşdu. 1854-cü ildə vəkil kimi Zaqafqaziya atlı alayında hərbi xidmətə başlamışdı. 3 iyun 1856-cı ildə fərqləndiyinə görə praporşik rütbəsinə layiq görülmüşdü. 28 oktyabr 1878-ci ildə podpolkovnik, 24 dekabr 1886-cı ildə polkovnik rütbəsi almışdı. 1914-cü il sentyabrın 17-də Müqəddəs Georgi ordeninin o zamanlar sağ qalmış ən qocaman daşıyıcısı polkovnik Kərim bəy Novruzov Rusiya İmperatorunun saray qrenaderlar potasının (Rusiya imperatorları yanında fəxri keşikçi (qarovul) xidmətini daşıyan xüsusi hərbi hissə) komandiri vəzifəsinə təyin olunmuşdu[1]. == Mükafatları == Kərim bəy mayor rütbəsində 31 iyul 1877-ci ildə 3-cü dərəcəli "Müqəddəs Georgi", Osmanlı müharibəsində 17 may 1877-ci ildə, Bəyli Əhməd ətrafında 2 silah və Musa Kunduxovun nişanını almışdı. 3 aprel 1878-ci ildə, Osmanlı savaşında Alacin civarında fərqləndiyi üçün "igidliyə görə" yazılı qızıl qılıncla təltif olunmuşdu.
Manaf Novruzov
Manaf Novruzov (tam adı: Manaf Əbdülrəhim oğlu Novruzov; 26 dekabr 1926, Naxçıvan) — həkim-terapevt, Tibb elmləri doktoru, professor. == Həyatı == Novruzov Manaf Əbdülrəhim oğlu 26 dekabr 1926-cı ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. === Təhsili === 1944-cü ildə Naxçıvan Müəllimlər İnstitunun tarix fakültəsini bitirmişdir. 1952-ci ildə Azərbaycan Dövlət Tibb İnstitunu bitirmişdir. == Fəaliyyəti == === Elmi fəaliyyəti === 1962-ci ildə SSRİ Elmlər Akademiyası Vərəm Xəstəlikləri İnstitunun aspiranturasını bitirmişdir. Tibb elmləri doktoru (1970), prof.(1975).150-dən çox elmi əsərin, vərəmlə mübarizəyə dair yaddaş kitabçalarının, elmi-kütləvi filmin ssenari müəllifidir. === Əmək fəaliyyəti === Noraşen (indiki Şərur) rayonun mərkəzi xəstəxanasının baş həkimi (1955–58), Bakı şəhər 4saylı vərəm xəstəxanası baş həkiminin müavini və şöbə müdiri (1958–59), Azərbaycan Elmi-Tədqiqat Vərəm xəstəlikləri İnstitutunda baş elmi işçi (1963–68), təşkilat şöbəsinin müdiri (1970–81), elmi işlər üzrə direktor müavini (1981–95) işləmişdir. 1995-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş ftizio-pulmonoloqu, respublika ftiziatr və pulmonoloq həkimləri assosiasiyasının prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Respublikasında vərəm xəstəlikləri üzrə milli əlaqələndiricisi olub. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı.
Mirvari Novruzova
Novruzova Mirvari Balaqardaş qızı (17 aprel 1923, Bakı - 20 mart 1994, Bakı) — azərbaycanlı aktrisa, Azərbaycan SSR əməkdar artisti (1949). == Həyatı == Mirvari Novruzova 17 aprel 1923-cü ildə Bakı şəhərində anadan olub. 1942-ci ildə Bakı Teatr Texnikumunu bitirmişdir. 1939-cu ildən Azərb. Dövlət Dram Teatrında fəaliyyət göstərmişdir. 1949-cu ildə Azərbaycan SSR-nin əməkdar artisti adı alıb. 20 mart 1994-cü ildə Bakı şəhərində vəfat edib. İlk rolu "Eşq və intiqam tamaşasında" (S.S.Axundov) Qəmər obrazı olmuşdur. Digər rolları: Həcər ("Qaçaq Nəbi", S.Rüstəm), Xuraman ("Vaqif", S.Vurğun), Gülnisə ("Solğun çiçəklər", C.Cabbarlı), Ceyran xala, Zalxa ("Nişanlı qız", "Toy", S.Rəhman), Tükəz ("Hacı Qara", M.F.Axundov), Hafizə ("Pəri-cadu", Ə.B.Haqverdiyev), Zeynəb ("Dumanlı Təbriz", M.S.Ordubadi), Teklə ("Xanuma", A.Saqareli), Qadın ("Qadın faciəsi", F.Q.Lorka) və s. Aktyor Əli Zeynalovun həyat yoldaşı olmuşdur.
Mirvarid Novruzova
Novruzova Mirvari Balaqardaş qızı (17 aprel 1923, Bakı - 20 mart 1994, Bakı) — azərbaycanlı aktrisa, Azərbaycan SSR əməkdar artisti (1949). == Həyatı == Mirvari Novruzova 17 aprel 1923-cü ildə Bakı şəhərində anadan olub. 1942-ci ildə Bakı Teatr Texnikumunu bitirmişdir. 1939-cu ildən Azərb. Dövlət Dram Teatrında fəaliyyət göstərmişdir. 1949-cu ildə Azərbaycan SSR-nin əməkdar artisti adı alıb. 20 mart 1994-cü ildə Bakı şəhərində vəfat edib. İlk rolu "Eşq və intiqam tamaşasında" (S.S.Axundov) Qəmər obrazı olmuşdur. Digər rolları: Həcər ("Qaçaq Nəbi", S.Rüstəm), Xuraman ("Vaqif", S.Vurğun), Gülnisə ("Solğun çiçəklər", C.Cabbarlı), Ceyran xala, Zalxa ("Nişanlı qız", "Toy", S.Rəhman), Tükəz ("Hacı Qara", M.F.Axundov), Hafizə ("Pəri-cadu", Ə.B.Haqverdiyev), Zeynəb ("Dumanlı Təbriz", M.S.Ordubadi), Teklə ("Xanuma", A.Saqareli), Qadın ("Qadın faciəsi", F.Q.Lorka) və s. Aktyor Əli Zeynalovun həyat yoldaşı olmuşdur.
Mirzə Hacı bəy Novruzov
Mirzə Hacı bəy Əli bəy oğlu Novruzov (20 iyul 1832, Qovlar – 14 fevral 1902) — Rusiya İmperator Ordusunun zabiti, general-leytenant. == Həyatı == Gürcüstan Mərkəzi Dövlət Arxivində saxlanan "Əlahiddə Qafqaz Hərbi Dairəsinin generallara və zabitlərə məxsus 1894-cü və 1899-cu illərin sənədləri"ndə general-leytenant Mirzə Hacı bəyin 1832-ci ildə anadan olduğu göstərilir. Zadəgan nəslindən olduğuna görə o, Peterburqdakı Paj hərbi korpusunda təhsil almışdır. 1849-cu il iyunun iyirmi dördündə ilk zabit rütbəsilə təltif olunub. Sənədlərdə göstərilir ki, Mirzə Hacı bəy 1862-ci il, avqustun iyirmi altısında on altıncı Nijeqorod draqun alayına divizion komandiri təyin olunub. 1875-ci il, noyabrın iyirmi beşinədək yenə də polkovnik rütbəsində 44-cü Nijeqorod draqun alayında şimal ehtiyat eskadronunun süvari komandiri vəzifəsində çalışmışdır. Həmin il xidmət yeri Əlahiddə Qafqaz Hərbi Dairəsinə dəyişdirilən polkovnik Mirzə Hacı bəy Novruzov 43-cü Tver draqun alayının komandiri təyin olunmuşdur. General Mirzə Hacı bəy Novruzov 1849-cu ildə Macarıstanda Viloqoş qalası uğrunda gedən ağır döyüşlərdə və 1877–1878-ci illərdə Rusiya-Türkiyə müharibəsində iştirak etmişdir. Sonuncu müharibədəki əla döyüş xidmətlərinə görə 1878-ci il, dekabrın on üçündə ona general-mayor rütbəsi verilmişdir. Süvari qoşunlarında nümunəvi zabit kimi xidmət edən Mirzə Hacı bəy Novruzova məxsus sənədlərdə göstərilir ki, ona imperiyanın kavaler ordenləri məhz döyüşlərdə göstərdiyi igidliyə görə verilmişdir.
Mirzə Novruzov
Mirzəmət Novruzov
Miçal Novak
Miçal Novak (26 oktyabr 1996) — Çexiyalı xizək yürüşçüsü. Miçal Novak Çexiyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Miçal Novak birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər klassik sprint yarışlarında iştirak etdi. Novak 3:28.33 saniyəlik nəticəsi ilə 80 atlet arasında 60-cı yeri tutdu və növbəti mərhələyə vəsiqə qazana bilmədi.
Müqəddəs Aleksandr Nevski kilsəsi (Novoçerkassk)
Müqəddəs Aleksandr Nevski kilsəsi (rus. Церковь Святого благоверного князя Александра Невского) — Rusiya, Rostov vilayətinin Novoçerkassk şəhərində pravoslav kilsəsi. Aleksander Nevski kilsəsi neo-Bizans üslubunda inşa edilmişdir. Kilsə 1500 nəfəri yerləşdirə bilər. == Tarix == 1805-ci ildə Novoçerkassk kafedralı qurulandan sonra, Voronej və Çerkasi Yepiskopu tərəfindən yeni bir Alexander Nevski Kilsəsinin inşası üçün şəhərdə bir yer müqəddəs edildi. Zamanla, məbədin inşası üçün yer dəyişdirildi və yenidən keşiş Vasili Rubaşkin tərəfindən təqdis edildi. Əvvəlcə kilsə memar Lavopier layihəsi əsasında ağacdan inşa edilmişdir. 29 iyun 1810-cu ildə memar Aleksey Oridovski taxta kilsəni Müqəddəs Aleksandr Nevskinin adına müqəddəs etdi. 1822-ci ildə kilsəyə eyni il 26 oktyabrda keşiş Yaqub Merhalev tərəfindən təqdis edilən Müqəddəs Böyük Şəhid Paraskeva adına bir ibadətgah bağlandı. 1827-ci ildə ataman Kuteynikov Novoçerkasskda Aleksander Nevskinin taxta kilsəsinin yerinə daş kilsə tikməyi təklif etdi.
Müqəddəs Dimitri kilsəsi (Novoçerkassk)
Müqəddəs Dimitri Kilsəsi ( rus. Свя́то-Дими́триевский храм) — Novocherkasskda Rus Pravoslav kilsəsi. Müqəddəs Dimitriyə həsr olunmuşdur. Kilsə şəhər qəbiristanlığında yerləşir və buna görə bəzən Müqəddəs Dimitri qəbiristanlığı kilsəsi adlanır. == Tarixi == 1810-cu ilin payızında, şəhər qəbiristanlığının yerində Müqəddəs Dimitrinin taxta bir kilsəsi təqdis edildi. Bu taxta kilsə 1861-ci ilə qədər mövcud idi. Don kazağı Ataman Çomutov və Novoçerkassk arxiyepiskopu Conun təşəbbüsü ilə 1857-ci ildə taxta kilsənin yerində yeni bir daş kilsənin inşaatı başladı. İnşaat Don kazakları və müxtəlif tacirlər tərəfindən maliyyələşdirilmiş və 1859-cu ildə tamamlanmışdır. Layihənin memarı məşhur memar İvan Valpred idi. 1901-ci ildə kilsənin tərkibində bir kilsə məktəbi açıldı və hələ də fəaliyyətini davam etdirir.
Məhəmməd Əmin Rəsulzadənin heykəli (Novxanı)
Məhəmməd Əmin Rəsulzadənin heykəli — Novxanı qəsəbəsində, ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin xatirəsinə ucaldılmış heykəl. Heykəl 1993-cü ildə heykəltaraş Cavanşir Dadaşov tərəfindən qranitdən hazırlanmışdır. == İdeya == Heykəlin heykəltaraşı Cavanşir Dadaşov heykəli yaratması fikri və prosesi barədə Azadlıq radiosunun İz verilişinə belə demişdir: Cavanşir Dadaşov 1990-cı ildə abidənin eskizləri üzərində işləyib: == Mənbə == Sevda İsmayıllı. "Rəsulzadənin Novxanıdakı abidəsi bir təsadüfi görüşdən yaranıb". azadliq.org. 2014-01-29. İstifadə tarixi: 2014-01-29.
Məktəb № 5 (Novoçerkassk)
Məktəb № 5 — Novoçerkassk şəhərinin ərazisində yerləşən təhsil ocağı. Təhsil ocağı 1907-ci ildə təsis edilmişdir. Məktəb Kuznesov uçilişinin binasında yerləşir. Binası XIX əsrin ikinci yarında şəhərin mərkəzində inşa edilmişdir. Məktəb binası Rusiyanın regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. Burada Sovet İttifaqı qıhrəmanı Qeorqi Aleksandroviç Sorokin təhsil almışdır. == Tarixi == Birinci dərəcəli uçiliş 1907-ci ildə tısis edilmişdir. Uçilişin hazırlanmasında əsas pay P. P. Litovun ürinə düşürdü. Ucilişin yerləşdiyi bina Ataman dalanı, Qorbatoy küçəsində yerləşirdi. Bina F. İ. Tkaçenkoya məxsus məxsus idi.
Məmməd Əmin Rəsulzadənin heykəli (Novxanı)
Məhəmməd Əmin Rəsulzadənin heykəli — Novxanı qəsəbəsində, ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin xatirəsinə ucaldılmış heykəl. Heykəl 1993-cü ildə heykəltaraş Cavanşir Dadaşov tərəfindən qranitdən hazırlanmışdır. == İdeya == Heykəlin heykəltaraşı Cavanşir Dadaşov heykəli yaratması fikri və prosesi barədə Azadlıq radiosunun İz verilişinə belə demişdir: Cavanşir Dadaşov 1990-cı ildə abidənin eskizləri üzərində işləyib: == Mənbə == Sevda İsmayıllı. "Rəsulzadənin Novxanıdakı abidəsi bir təsadüfi görüşdən yaranıb". azadliq.org. 2014-01-29. İstifadə tarixi: 2014-01-29.
Məmmədəli Novruzov
Məmmədəli Novruzov — Azərbaycanın dilçi alimi, türkoloq, türk dillərinin araşdırıcısı, filologiya elmləri doktoru, professor == Bioqrafiyası == 1956-cı il mart ayının 28-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndində doğulmuşdur. 1973–1978-ci ıllərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. 1981–1984-cü illərdə ADU-nun Türkologiya kafedrasının aspirantı olmuşdur. 1985-ci ildən BDU-nun Türkologiya kafedrasında baş müəllim, dosent işləmiş, 2006-cı ildən ömrünün sonuna qədər professor vəzifəsini tutmuşdur. 15 oktyabr 2021-ci ildə Bakı şəhərində vəfat etmişdir. == Təhsili == 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1989-cu ildə "Türk dillərində hal kateqoriyasının formalaşması və inkişafı mövzusunda namizədlik, 2003-cü ildə "Kəmiyyət anlayışının dildə ifadəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. == Tədqiqat sahəsi == Türkologiyanın ümumi nəzəri problemləri, qədim türk abidələri, müasir türk dillərinin fonetk, leksik və qrammatik quruluşu, türk əlifbaları sahələrində tədqiqat aparır. == Əmək fəaliyyəti == Bakı Dövlət Universiteti. 1985-ci ildən türkologiya kafedrasında çalışır."Türkologiyaya giriş", "Qədim türk dili", "Qədim türk yazılı abidələri", "Türk dillərində kəmiyyət *kateqoriyası", "Türk əlifbaları" fənlərindən mühazirə və seminar dərsləri aparır.
Məşədi Abış bəy Novruzov
N.İ. Lobaçevski adına Nijni Novqorod Dövlət Universiteti
Milli Tədqiqat N. İ. Lobaçevski adına Qorki Dövlət Universiteti (ННГУ) — Rusiyanın Nijeqorod vilayətinin ən böyük ali məktəbi, Rusiyanın milli tədqiqat universitetlərindən biri. Rusiyanın 100 aparıcı universitetinin rəqabət qabiləyyətinin yüksəldilməsi üçün proqramına daxildir.

Значение слова в других словарях