NÜMAYƏNDƏLİK

сущ. представительство:
1. выполнение обязанностей представителя, обладание правами представителя. Daimi nümayəndəlik постоянное представительство (постпредство)
2. учреждение, представляющее чьи-л. интересы. Diplomatik nümayəndəlik дипломатическое представительство, ticarət nümayəndiliyi торговое представительство
3. порядок выборов представителей. Nümayəndəlik normaları нормы представительства
NÜMAYƏNDƏ
NÜMAYİŞ
OBASTAN VİKİ
Nümayəndəlik
Nümayəndəlik — mülki hüquqda bir şəxsin (nümayəndənin) digər şəxs (təmsil olunan) adından və onun xeyrinə əqd bağlaması və ya digər hüquqi hərəkətlər etməsi. Bu, təmsil olunan üçün mülki huquq və vəzifələri yaradır, dəyişdirir və xitam edir. Nümayəndəlik, şəxsin bir sıra səbəbdən (vaxtın olmaması, azixtisaslı olması və s.) müstəqil olaraq öz mülki (əsasən əmlak) hüquq və vəzifələrini həyata keçirə bilmədiyi zaman yaranır. Həm fəaliyyət qabiliyyətli vətəndaşlar, həm də hüquqi şəxslər nümayəndə ola bilər. Nümayəndəlik etibarnaməyə, qanuna, yaxud inzibati akta əsasən yaranır.
Nümayəndəlik yoxdursa, vergi də yoxdur
"Nümayəndəlik yoxdursa, vergi də yoxdur" və ya "nümayəndəlik olmadan vergi də yoxdur" (ing. No taxation without representation) — Amerika inqilabı dövründə yaranan amerikalı kolonistlərin Britaniyaya qarşı əsas şikayətlərindən birini ifadə edən siyasi sloqan. Belə ki, bir çox kolonist Britaniya Parlamentində nümayəndəlikləri olmadan parlamentin onlara tətbiq etdiyi vergilərin (Möhür aktı kimi) konstitusiyaya zidd olduğunu qeyd edirdi.
Albaniyanın diplomatik nümayəndəliklərinin siyahısı
Albaniyanın diplomatik nümayəndəliklərinin siyahısı (alb. Lista e misioneve diplomatike të Shqipërisë) - Albaniyanın xarici ölkələrdə yerləşən diplomatik nümayəndəliklərinin siyahısını özündə birləşdirir. Siyahıda fəxri konsul vəzifəsinə sahib şəxslərin yaşadığı ölkələr qeyd edilməyib. Albaniyanın dünyanın dörd qitəsində yerləşən 43 səfirliyi və 6 müvəqqəti akkreditə olunmuş nümayəndəliyi mövcuddur. 2013-cü ildə keçirilmiş seçkilərdən sonra ölkənin Xarici İşlər Naziri Dmitri Buşati hökumətin iqtisadi böhran səbəbindən bəzi ölkələrdə yerləşən səfirliklərini bağladığını açıqlamışdır. 2014-cü ildə Albaniya Kuala-Lumpur (Malayziya), Lissabon (Portuqaliya), Sarayevo (Bosniya və Herseqovina) və Yeni Dehli (Hindistan) də yerləşən səfirliklərini bağlamışdır.
Andorranın diplomatik nümayəndəliklərinin siyahısı
Andorranın diplomatik nümayəndəliklərinin siyahısı (isp. Misiones diplomáticas de Andorra) — Andorra Knyazlığının xarici ölkələrdə yerləşən diplomatik nümayəndəliklərinin siyahısını özündə birləşdirir. Andorra kiçik ölkə olduğundan xarici ölkələrdə digər Avropa ölkələrinə nisbətən məhdud sayda səfirlik və konsulluq şöbələri fəaliyyət göstərir. Avropa İttifaqı, Benilüks ölkələri və Almaniya ilə münasibətlərin tənzimlənməsinə Belçikanın paytaxtı Brüssel şəhərində yerləşən səfirlik nəzarət edir.
Azərbaycan Xalq Cümhuriyyətindəki diplomatik nümayəndəliklər
Azərbaycan Xalq Cümhuriyyətindəki diplomatik nümayəndəliklər — Azərbaycan Xalq Cümhuriyyəti dövründə xarici dövlətlərin Azərbaycandakı diplomatik heyətləri. == Bakıda == Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda xarici diplomatik nümayəndəliklər fəaliyyətə başladılar. Faəliyyət göstərən diplomatik nümayəndəliklər və nümayəndələrinin siyahısı: Birləşmiş Krallıq Vitse konsul - Gevelke Yerləşdiyi ünvan - Kladbişenskaya küçəsi 11 ünvanındakı Rus-Asiya bankının dəftərxanası Belçika Konsul - Ayvazov Yerləşdiyi ünvan - Qorçakovskaya küçəsi 19 Yunanıstan Konsul-Kusis Yerləşdiyi ünvan - Qoqolevskaya və Molokanskaya küçələrinin tinində Gürcüstan Demokratik Respublikası Diplomatik nümayəndə - N.S.Alşibay Yerləşdiyi ünvan - Telefonnaya (indiki Yusif Məmmədəliyev) küçəsi Qrifonlu ev Ermənistan Diplomatik nümayəndə - Q.A.Bekzadyan Yerləşdiyi ünvan - 28 May küçəsi, 5 Danimarka Konsul - E.F.Biyerinq Yerləşdiyi ünvan - Birjevaya küçəsi, 32. Elektriçeskaya Sila şirkətinin binası İtaliya Konsul - L.Qrikurov Yerləşdiyi ünvan - Molokanskaya küçəsi, 35. Litva Konsul agent - V.İ.Miskeviç Yerləşdiyi ünvan - Pozenovskaya küçəsi, 15 İran Baş konsul - Səədül-Vəzir Yerləşdiyi ünvan - Qubernskaya küçəsi Polşa Konsul-agent - S.Rılski Yerləşdiyi ünvan - Politseyskaya küçəsi, 15 ABŞ Vitse-konsul - Randolf Yerləşdiyi ünvan - Krasnovodskaya küçəsi, 8 Ukrayna Vitse-konsul - Qolovan Yerləşdiyi ünvan - İstiqlaliyyət küçəsi, 8. Mirzəbəyov qardaşlarının evi Finlandiya Konsul-agent - Vegelius Yerləşdiyi ünvan - Balaxanı ərazisi. Nobel qardaşlarının ofisi Fransa Konsul-agent - Yemelyanov Yerləşdiyi ünvan - Vodovoznaya küçəsi İsveçrə Konsul - Klottyu Yerləşdiyi ünvan - Birjevaya küçəsi, 14 İsveç Konsul - R.K.Vanderpluq Yerləşdiyi ünvan - Qubernskaya küçəsi == Digər dövlətlər == Yaponiya hökuməti Azərbaycanla diplomatik münasibətlər yaratmağa hazır olduğunu bildirmiş, Antuan Delabus başda olmaqla Vatikan da öz nümayəndələrini Bakıya göndərmişdi. == Qeydlər == == Həmçinin bax == Azərbaycan Xalq Cümhuriyyətinin xaricdəki nümayəndəlikləri == Ədəbiyyat == Aзepбaйджанская Pecnублика (1918-1920), Документы и материалы. 1918-1920 rr., Б., 1998; Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920-ci illər), B., 1993.
Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik nümayəndəlikləri
Azərbaycan Xalq Cümhuriyyətinin xaricdəki nümayəndəlikləri — Azərbaycan Xalq Cümhuriyyəti Hökumətini xarici dövlətlərdə təmsil edən diplomatik missiyalar. == Osmanlı imperiyası == Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik münasibətlər yaratdığı və dostluq müqaviləsi bağladığı ilk dövlət Osmanlı imperiyası olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Osmanlı imperiyası ilə geniş və hərtərəfli diplomatik münasibətlər yaratmaq üçün Əlimərdan bəy Topçubaşovu 1918-ci ilin avqustunda fövqəladə elçi və səlahiyyətli nazir kimi İstanbula göndərmiş və ona diplomatik nümayəndə kimi bütün səlahiyyət və hüquqlar verilmişdi. Əlimərdan bəy Topçubaşov Azərbaycan nümayəndə heyətinin başçısı kimi Paris sülh konfransına (1919–1920) yola düşənə qədər, İstanbulda olduğu müddətdə, Osmanlı sultanı, Osmanlı dövlətinin baş naziri, xarici işlər, ədliyyə, hərbi, maliyyə nazirləri ilə, həmçinin xarici dövlətlərin Türkiyədəki nümayəndələri ilə görüşmüş, geniş diplomatik danışıqlar aparmış, beynəlxalq sülh konfransına hazırlıqla bağlı məsələləri müzakirə etmiş etmişdir. Əlimərdan bəy Topçubaşov İstanbuldakı Antanta dövlətlərinin diplomatik nümayəndələrinə Azərbaycan Xalq Cümhuriyyəti adından memorandum təqdim etmişdir. Cənubi Qafqazın hər üç millətinin mənafeyinin ədalətlə nəzər alındığı bu memorandumun surətləri erməni və gürcü nümayəndələrinə də təqdim olunmuşdu. Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi missiyaya Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin nümayəndəsi Səlim bəy Behbudov, Əlimərdan bəy Topçubaşovun iki katibi (Mustafa bəy Vəkilov və Rəşid bəy Topçubaşov) daxil idilər. Azərbaycan Xalq Cümhuriyyətinin İstanbulda diplomatik nümayəndəsi Yusif bəy Vəzirov (Çəmənzəminli), onun müavini və maliyyə müşaviri isə Cahangir bəy Qayıbov idi. === Batum === Azərbaycan Xalq Cümhuriyyəti illərində Batumda baş konsulu Mahmud bəy Əfəndiyev olmuşdu. == Paris Sülh Konfransı == 1918-ci ilin dekabrında Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti Paris sülh konfransında iştirak etmək üçün tam səlahiyyətli və geniş hüquqa malik olan nümayəndə heyəti göndərmək haqqında qərar qəbul etdi.
Azərbaycan Xalq Cümhuriyyətinin xaricdəki nümayəndəlikləri

Azərbaycanda yerləşən diplomatik nümayəndəliklər
ABŞ
Azərbaycanda yerləşən diplomatik nümayəndəliklərin siyahısı
ABŞ
Azərbaycandakı diplomatik nümayəndəliklərin siyahısı
ABŞ
Azərbaycanın daimi nümayəndəlikləri
== Avropa ==
Azərbaycanın daimi nümayəndəliklərinin siyahısı
== Avropa ==
Azərbaycanın diplomatik nümayəndəliklərinin siyahısı
== Avropa ==
Bakıda xarici diplomatik nümayəndəliklər (AXC)
Azərbaycan Xalq Cümhuriyyətindəki diplomatik nümayəndəliklər — Azərbaycan Xalq Cümhuriyyəti dövründə xarici dövlətlərin Azərbaycandakı diplomatik heyətləri. == Bakıda == Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda xarici diplomatik nümayəndəliklər fəaliyyətə başladılar. Faəliyyət göstərən diplomatik nümayəndəliklər və nümayəndələrinin siyahısı: Birləşmiş Krallıq Vitse konsul - Gevelke Yerləşdiyi ünvan - Kladbişenskaya küçəsi 11 ünvanındakı Rus-Asiya bankının dəftərxanası Belçika Konsul - Ayvazov Yerləşdiyi ünvan - Qorçakovskaya küçəsi 19 Yunanıstan Konsul-Kusis Yerləşdiyi ünvan - Qoqolevskaya və Molokanskaya küçələrinin tinində Gürcüstan Demokratik Respublikası Diplomatik nümayəndə - N.S.Alşibay Yerləşdiyi ünvan - Telefonnaya (indiki Yusif Məmmədəliyev) küçəsi Qrifonlu ev Ermənistan Diplomatik nümayəndə - Q.A.Bekzadyan Yerləşdiyi ünvan - 28 May küçəsi, 5 Danimarka Konsul - E.F.Biyerinq Yerləşdiyi ünvan - Birjevaya küçəsi, 32. Elektriçeskaya Sila şirkətinin binası İtaliya Konsul - L.Qrikurov Yerləşdiyi ünvan - Molokanskaya küçəsi, 35. Litva Konsul agent - V.İ.Miskeviç Yerləşdiyi ünvan - Pozenovskaya küçəsi, 15 İran Baş konsul - Səədül-Vəzir Yerləşdiyi ünvan - Qubernskaya küçəsi Polşa Konsul-agent - S.Rılski Yerləşdiyi ünvan - Politseyskaya küçəsi, 15 ABŞ Vitse-konsul - Randolf Yerləşdiyi ünvan - Krasnovodskaya küçəsi, 8 Ukrayna Vitse-konsul - Qolovan Yerləşdiyi ünvan - İstiqlaliyyət küçəsi, 8. Mirzəbəyov qardaşlarının evi Finlandiya Konsul-agent - Vegelius Yerləşdiyi ünvan - Balaxanı ərazisi. Nobel qardaşlarının ofisi Fransa Konsul-agent - Yemelyanov Yerləşdiyi ünvan - Vodovoznaya küçəsi İsveçrə Konsul - Klottyu Yerləşdiyi ünvan - Birjevaya küçəsi, 14 İsveç Konsul - R.K.Vanderpluq Yerləşdiyi ünvan - Qubernskaya küçəsi == Digər dövlətlər == Yaponiya hökuməti Azərbaycanla diplomatik münasibətlər yaratmağa hazır olduğunu bildirmiş, Antuan Delabus başda olmaqla Vatikan da öz nümayəndələrini Bakıya göndərmişdi. == Qeydlər == == Həmçinin bax == Azərbaycan Xalq Cümhuriyyətinin xaricdəki nümayəndəlikləri == Ədəbiyyat == Aзepбaйджанская Pecnублика (1918-1920), Документы и материалы. 1918-1920 rr., Б., 1998; Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920-ci illər), B., 1993.
Ermənistanın diplomatik nümayəndəliklərinin siyahısı
Ermənistanın diplomatik nümayəndəliklərinin siyahısı (erm. Հայաստանի դիվանագիտական ներկայացուցչությունների ցանկ[խմբագրել) Ermənistan Respublikasının xarici ölkələrdə yerləşən diplomatik nümayəndəliklərinin siyahısını özündə birləşdirir. Rusiya, Fransa, İran, ABŞ, Livan, Argentina və Ukrayna kimi erməni diasporunun aktiv olduğu ölkələrdə Ermənistanın səfirlikləri mövcuddur. Ümumilikdə ölkənin 4 qitədə, 42 səfirliyi və 8 konsulluğu mövcuddur. Dağlıq Qarabağın işğal edilməsinə görə Ermənistan Pakistan tərəfindən müstəqil dövlət kimi tanınmır.
Türkiyənin diplomatik nümayəndəliklərinin siyahısı
Türkiyənin diplomitik missiyalarının siyahisı — Türkiyə Respublikasının ölkələr arasında 1924-cü ildə 39 diplomotik əlaqəsi olmasına baxmayaraq, hal-hazırda isə 228 rəsmi ölkələrlə diplomatik əlaqələri var. Bunlardan 134 konsulluq, 12 daimi nümayəndəlik, 81 baş konsulluq ofisləri fəaliyyət göstərir. Türkiyə Respublikası Ermənistanla hələ də heç bir diplomatik əlaqə qurmur.
Ukraynanın diplomatik nümayəndəliklərinin siyahısı
Ukraynanın diplomatik nümayəndəliklərinin siyahısı. Ukraynanın xarici siyasət prioritetlərinin reallaşdırılması və milli maraqlarının təminatı üçün 1992-ci ildə 18 ölkədə səfirlik fəaliyyətə başlamışdır. Bu ölkələrə Böyük Britaniya, İtaliya, Kanada, Almaniya, ABŞ, Polşa, Rusiya, Avstriya, Belçika, Belarus, Yunanıstan, Gürcüstan, İsrail, İran, Rumıniya, Macarıstan, Finlandiya, Çexiya aiddir. Həmçinin, Ukraynanın Nyu-York, Çikaqo və Münhendə Baş Konsulluqları açılmışdır. 1993-cü ildə 15 ölkədə səfirlik işə başlamışdır. Bu ölkələrə Argentina, Bolqarıstan, Qvineya, Estoniya, Misir, Hindistan, Çin, Litva, Moldova, BƏƏ, Slovakiya, Özbəkistan, Fransa, İsveçrə aiddir. Həmçinin, Torontoda da Baş Konsulluq fəaliyyətə başlamışdır. 1994-cü ildə Ukraynanın Qazaxıstan, Kuba Respublikası, Türkiyədə səfirlikləri, Qdansk və İstanbulda isə Baş Konsulluqları işə başlamışdır. 2019-cu ilin yanvar ayına əsasən Ukraynanın aşağıdakı diplomatik nümayəndəlikləri mövcuddur: 83 səfirlik. Liviya və Suriyada yerləşən səfirliklər bu ölkələrdəki təhlükəli vəziyyətlə əlaqədar uyğun olaraq Tunis və Livana köçürülmüşdür; 22 Baş konsulluq; 11 konsulluq; 112 fəxri konsulluq; 8 beynəlxalq təşkilatlarda daimi nümayəndəlik.
ÇXR-nın diplomatik nümayəndəliklərinin siyahısı
ÇXR-nın diplomatik nümayəndəliklərinin siyahısı — Çinin xarici nümayəndələrinin siyahısıdır. Çin Xalq Respublikası, ölkənin bütün iqtisadi, ticari, siyasi, mədəni və hərbi əlaqələrini təmsil edən böyük bir diplomatik şəbəkəyə malikdir. 1970-ci illərə qədər dünyanın əksər ölkələriı Çin Xalq Respublikasına qarşı Çin Respublikasını tanıyıb, lakin bu gün Çin Respublikası ilə tam diplomatik əlaqələri olan bir neçə ölkə var . Ancaq Çin Respublikası ən çox dövlətlər ilə qeyri-rəsmi əlaqələr saxlayır.Çin Xalq Respublikasının başqa ölkələrdə fəxri konsulluğu yoxdur. 2015-ci ildə ən böyük xarici nümayəndəliyini Pakistanda açmışdır.
İslandiyanın diplomatik nümayəndəliklərinin siyahısı
İslandiyanın diplomatik nümayəndəliklərinin siyahısı (isl. Sendiráð Íslands) - İslandiyanın xarici ölkələrdə yerləşən diplomatik nümayəndəliklərinin siyahısını özündə birləşdirir. İslandiyanın Afrikada 3, Şimali Amerikada 2, Asiyada 3 və Avropa qitəsində 12 səfirliyi yerləşir. Farer adalarında ilk konsulluq şöbəsi yaratmış dövlət İslandiyadır. Ölkənin Danimarkanın ərazisi hesab olunan Qrenlandiyanın paytaxtı Nuuk şəhərində də konsulluq şöbəsi yerləşir. Kanadanın Manitoba əyalətinin mərkəzi Vinnipeq şəhərində yerləşən konsulluq şöbəsi fəaliyyət və əhəmiyyətinə görə daha önəmli hesab olunur.
İtaliyanın diplomatik nümayəndəliklərinin siyahısı
İtaliyanın diplomatik nümayəndəliklərinin siyahısı (it. Rappresentanze diplomatiche d'Italia) - İtaliyanın xarici ölkələrdə yerləşən diplomatik nümayəndəliklərinin siyahısını özündə birləşdirir. İtaliya dünya ölkələri arasında ən geniş diplomatik nümayəndəlik ofislərinə sahib olan ölkədir. İtaliya eyni zamanda sərhədləri daxilində səfirlik yerləşən yeganə ölkədir. Vatikanda ölkənin səfirliyi fəaliyyət göstərir.
Şimali Koreyanın diplomatik nümayəndəliklərinin siyahısı
Şimali Koreyanın diplomatik nümayəndəliklərinin siyahısı (kor. 조선민주주의인민공화국의 재외공관 목록) — Koreya Xalq Demokratik Respublikasının xarici ölkələrdə yerləşən diplomatik nümayəndəliklərinin siyahısını özündə birləşdirir. Koreya Xalq Demokratik Respublikası məhdud sayda xarici dövlətlərlə ikitərəfli və diplomatik əlaqələr saxlamaqdadır. Ölkənin Qərbi Avropada ilk səfirliyi İsveçin paytaxtı Stokholm şəhərində açılmışdır. Bu gün isə Vyana, Roma, Berlin, Varşava və Buxarest kimi şəhərlərdə səfirliklər mövcuddur. Şimali Koreyanın Afrikada 11, Cənubi Amerikada 5, Asiyada 18 və Avropada 13 səfirliyi fəaliyyətdədir. Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən səfirliklə yanaşı Nijni Novqorod, Naxodka və Xabarovsk şəhərlərində konsulluq şöbələri fəaliyyət göstərir. Çinin Honkonq və Şenyan şəhərlərində də, Pekində yerləşən səfirliyə tabe olan konsulluq şöbələri mövcuddur.
Şimali Makedoniyada diplomatik nümayəndəliklərin siyahısı
Şimali Makedoniyada diplomatik nümayəndəliklərin siyahısı — hazırda Şimali Makedoniyanın paytaxtı Skopyedə 32 səfirlik və müxtəlif ölkələrin 18 fəxri baş konsulluğu, var. Bir neçə başqa ölkənin nümayəndəlikləri digər ölkələrin paytaxtlarında, əsasən Vyana, Belqrad, Sofiya və Ankarada yerləşirlər Skopye Avropa İttifaqı (Deleqasiya) NATO (Deleqasiya) Skopye Avstraliya Belarusiya Belçika Kanada Danimarka Estoniya Finlandiya Qvineya İndoneziya Israil Latviya Litva Meksika Moldova Monqolustan Mərakeş Namibiya Peru Kumanovo Rumıniya Bitola Albaniya Avstriya Bosniya və Herseqovina Bolqarıstan Xorvatiya Fransa Yunanıstan Macarıstan Monteneqro Rumıniya Rusiya Serbiya Türkiyə Birləşmiş Krallıq Ukrayna Ohrid Polşa Rusiya Sloveniya Shtip Latviya Monteneqro Rumıniya Struga Kosovo Türkiyə Debar Kosovo Strumica Xorvatiya Braziliya İsrail Norveç (2012-ci ildə bağlanıb) Sofiya İsrailin Şimali Makedoniyadakı qeyri-daimi səfiri (Qüdsdədir) cənab. Dan Oryan bir reportajda İsrailin yaxın zamanda Skopyeda səfirliyini açacağını söylədi.
Ermənistanın diplomatik nümayəndəlikləri
Ermənistanın diplomatik nümayəndəliklərinin siyahısı (erm. Հայաստանի դիվանագիտական ներկայացուցչությունների ցանկ[խմբագրել) Ermənistan Respublikasının xarici ölkələrdə yerləşən diplomatik nümayəndəliklərinin siyahısını özündə birləşdirir. Rusiya, Fransa, İran, ABŞ, Livan, Argentina və Ukrayna kimi erməni diasporunun aktiv olduğu ölkələrdə Ermənistanın səfirlikləri mövcuddur. Ümumilikdə ölkənin 4 qitədə, 42 səfirliyi və 8 konsulluğu mövcuddur. Dağlıq Qarabağın işğal edilməsinə görə Ermənistan Pakistan tərəfindən müstəqil dövlət kimi tanınmır.
Vikimedia nümayəndəliklərinin siyahısı
Vikimedia nümayəndəlikləri — Vikimedia hərəkatının nümayəndələri tərəfindən yerli səviyyədə Vikimedia layihələrinin maraqlarını təbliğ etmək üçün yaradılmış mLink-interwikii və ya submLink-interwikii qeyri-kommersiya təşkilatlarıdır. Nümayəndəliklər Vikimedia Fondundan hüquqi olaraq müstəqildir, Əlaqələr Komitəsi (əvvəllər "Nümayəndəliklər Komitəsi" adlanırdı) tərəfindən qəbul edildikdən sonra fondla müqavilə bağlayır və Fondun vebsaytları üzərində nəzarətə malik olmur. Onlar regional konfranslar, təbliğat tədbirləri və Vikimaniya kimi qlobal tədbirlər təşkil edirlər. 2019-cu ilin avqust ayına olan məlumata görə, 38 ölkədə 40 tanınmış Vikimedia nümayəndəliyi var. Fuster Morell, mayo. The Wikimedia Foundation and the Governance of Wikipedia's Infrastructure // Geert Lovink; Nathaniel Tkacz (redaktorlar ). Critical Point of View: A Wikipedia Reader. Institute of Network Cultures. 2011. ISBN 978-90-78146-13-1.
Azərbaycanın diplomatik nümayəndəlikləri
== Avropa ==

Digər lüğətlərdə