Ukraynanın diplomatik nümayəndəliklərinin siyahısı. Ukraynanın xarici siyasət prioritetlərinin reallaşdırılması və milli maraqlarının təminatı üçün 1992-ci ildə 18 ölkədə səfirlik fəaliyyətə başlamışdır. Bu ölkələrə Böyük Britaniya, İtaliya, Kanada, Almaniya, ABŞ, Polşa, Rusiya, Avstriya, Belçika, Belarus, Yunanıstan, Gürcüstan, İsrail, İran, Rumıniya, Macarıstan, Finlandiya, Çexiya aiddir. Həmçinin, Ukraynanın Nyu-York, Çikaqo və Münhendə Baş Konsulluqları açılmışdır. 1993-cü ildə 15 ölkədə səfirlik işə başlamışdır. Bu ölkələrə Argentina, Bolqarıstan, Qvineya, Estoniya, Misir, Hindistan, Çin, Litva, Moldova, BƏƏ, Slovakiya, Özbəkistan, Fransa, İsveçrə aiddir. Həmçinin, Torontoda da Baş Konsulluq fəaliyyətə başlamışdır. 1994-cü ildə Ukraynanın Qazaxıstan, Kuba Respublikası, Türkiyədə səfirlikləri, Qdansk və İstanbulda isə Baş Konsulluqları işə başlamışdır.
2019-cu ilin yanvar ayına əsasən Ukraynanın aşağıdakı diplomatik nümayəndəlikləri mövcuddur[1]:
Seçkilər zamanı Ukraynanın bir çox səfirlikləri və konsulluqlarında müvafiq seçki dairəsinə uyğun seçki məntəqələri yaradılır.