Nəğməkar torpaq (film, 1981)
Nəğməkar torpaq — Azərbaycan istehsalı sənədli film.
== Məzmun ==
Azərbaycanın incəsənət ustalarının iştirakı ilə çəkilmiş bu film kino dili ilə Azərbaycanın rəngarəng və günəşli palitrasını tamaşaçılara təqdim edir. Filmdə muğam musiqisi, müasir estrada mahnıları və xalq melodiyaları əsasında yaradılmış caz kompozisiyaları səslənir.
== Film haqqında ==
Filmdə "Arşın mal alan" bədii filmindəki kadrlardan istifadə edilmişdir.
Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.
Film 1-ci kateqoriyaya layiq görülmüşdür.
== Filmin heyəti ==
=== Filmin üzərində işləyənlər ===
Ssenari müəllifi: Vaqif Səmədoğlu, Ruslan Şahmalıyev
Quruluşçu rejissor: Ruslan Şahmalıyev
Quruluşçu operator: Kənan Məmmədov
Bəstəkar: Tofiq Quliyev
Musiqi rəhbəri: Tofiq Quliyev
Redaktor: Faiq Dərgahov
Səs operatoru: Akif Nuriyev
Quruluşçu rəssam: Fikrət Əhədov
Filmin direktoru: Tələt Rəhmanov, İbrahim Səfərov
Mətni oxuyan: Şahmar Ələkbərov
Musiqilərindən istifadə edilən bəstəkarlar: Üzeyir Hacıbəyov, Sergey Raxmaninov, Aleksandr Skryabin, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Emin Sabitoğlu, Polad Bülbüloğlu, Müslüm Maqomayev, Elza İbrahimova, Mehriban Əhmədova
=== Rollarda ===
Zilli Namazov — neftçi (titrlərdə yoxdur)
Vəliəhd Vəliyev — neftçi (titrlərdə yoxdur)
=== Filmdə iştirak edənlər ===
Niyazi
Rəşid Behbudov
Müslüm Maqomayev
Lütfiyar İmanov
Zeynəb Xanlarova
Fərhad Bədəlbəyli
Habil Əliyev
Polad Bülbüloğlu
Gülarə Əliyeva
Xuraman Qasımova
Flora Kərimova
Akif İslamzadə
Aşıq Hüseyn Saraclı
Xeyransa Məmmədova
Üzeyir Hacıbəyov Adına Azərbaycan Dövlət Simfonik Orkestri
Mirzə Fətəli Axundov Adına Azərbaycan Dövlət Opera və Balet Teatrı
Azərbaycan Dövlət Rəqs Ansamblı
"Qaya" Vokal-İnstrumental Ansamblı
"Qarabağ bülbülləri" ansamblı
== Sponsor ==
Mərkəzi Televiziya (Moskva)
== Mənbə ==
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".