Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Avaz
TRT Avaz — Avaz — Tovuz rayonu ərazisində dağ.
Avaz Otar
Avaz Otar (15 avqust 1884, Xivə — 1919, Xivə) — özbək şairi. == Həyatı == Avaz Otar 1884-cü ilin avqust ayında Xivədə dünyaya gəlmişdir. Atası, sənət və ədəbiyata olan həvəsi səbəbiylə zamanında olduqca tanınmış bir şəxs idi. "Bərbərlik etməsi səbəbiylə xalq arasında "Usta Otar" ünvanı ilə anılmaqda və zamanının öndə gələn sənətçi və elm adamlarıyla yaxın münasibətlər qurmaqdaydı. Onun evində əsasən Agəhi, Kamil Xarəzmi, Mütrib Xanəxarabi, Bəyani və başqa şairlərin iştirakıyla ədəbi sohbətlər aparılırdı. Bu məclislərdə təbii ki, gənc Avaz da iştirak etməkdəydi." Bu ədəbi söhbətlər daha o yaşlarda Avaz Otarın təqip edəcəyi yolu böyük ölçüdə təyin etmişdi. Onun ədəbiyata olan ilgisi uşaq deyilə biləcək yaşlarda başlamışdı. Avaz Otarın mədrəsə təhsili aldığı illərdə ədəbiyata olan ilgisi daha da artmışdı. "Avazın ədəbiyata olan həvəsi çox erkən yaşlarda başlayıb, mədrəsədə oxuduğu illərdə şərq ədəbiyatının seçkin təmsilçilərindən Hafiz Şirazi, Əbdürrəhman Cami , Lütfi və Əlişir Nəvailərin əsərləri ilə yaxından tanış oldu və onlardan təsirlənib eşq şeirləri yazmaya başladı." On dörd yaşında şeirlər yazmağa başlayan Avaz Otar, on səkkiz yaşına çatdığında xalq arasında artıq tanınır olmuşdu. Onun lirik şeirləri, sazəndə və xanəndələr tərəfindən bəstələnib söylənməyə başlandı.
TRT Avaz
Avaz – TRT-nin Balkanlar, Qafqaz və Orta Asiyada verilişləri yayımlanan ortaq türk kanalı. Altı dildə (Azərbaycan dili, qazax dili, qırğız dili, özbək dili, türkmən dili, türk dili) iyirmi dörd saat ərzində yayımlanan kanalda türk dövlətlərinin öz dilində türk xalqlarının tarixi haqqında filmlər, verilişlər nümayiş etdirilir. Bundan başqa, türk mədəniyyəti, adət-ənənəsi bu kanal vasitəsilə dünyaya çatdırılır.
Avazat
Avazat — orta əsrlər Azərbaycan və Yaxın Şərq musiqisində Şahnaz, Mayə, Səlmək, Novruz, Gərdaniyyə, Güvaşt avazlarının məcmusu. Hazırda Azərbaycan musiqisində avazatların bəzisi muğam möbəsi (Mayə), bəzisi isə muğam (Şahnaz) kimi məşhurdur.
Avazenik
Avazenik — 1728-ci ildə İrəvan əyalətinin Dərəçiçək nahiyəsində kənd. == Toponimik izah == XVIII əsrin ortalarına aid ermənicə mənbədə Avazank kimidir (150, 362). Azərbaycanca Avazan kənd adının ermənicə yazılış formasıdır. XX əsrin 50-ci illərində kənd dağılmışdır.
Avazlar
Avazlar — Azərbaycan Respublikasının Laçın rayonu Hoçaz kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Bu kəndin adı Avaz adlı bəyin yaşadığı ərazi mənasında Avazlar toponimi kimi formalaşmıdır. Avaz bəy əslən Cənubi Azərbaycanın Xoy şəhərindəndir. XIX əsrin birinci yarısında o indiki Avazlar kəndinin ərazisinə köçmüş və yurd salmışdır. Kənd ərazisində Qızıl qaya adlanan ərazidə, dar bir kahada məskunlaşmışdır. Sonra həmin kahadan yuxarı hissədə başqa yerlərdən gəlmiş ailələr məskunlaşmışdır. Balaca, dar kaha olan bu ərazini insanlar "Avazdar" olaraq nişan vermişdir. "Avaz", "dar" Avaz yaşayan dar (kaha) yer mənasını ifadə edirdi. Sovet dövründə Avazdar toponimi orfoqrafik səhv qəbul edildiyindən, kəndin adı səbəbi bilinmədən Avazlar olaraq rəsmiləşdirilmişdir. Avaz bəy, el arasında "Avaz pəhləvan", "tək Avaz" kimi adlarla da tanınmış və yaddaşlarda qalmışdır.
Çorşənbi Avazxanoviç Çorşənbiyev
Çorşənbi Çorşənbiyev Avazxanoviç (15 may 1995, Xoroq) tacikistanlı qarışıq döyüş sənəti idmançısı. 10 fevral 2021-ci il tarixindən etibarən Fight Nights Global döyüşçüsüdür. IFFCF-MMA Dünya Kuboku Çempionu (2015), MMA döyüşçüsü, eyni zamanda çılpaq yumruqlarla çıxış edir. "URJ" ləqəbi ilə çıxış edir (pamir ləhcəsində "Qurd" sözü olaraq tərcümə olunur). == Uşaqlıq və gənclik == 15 may 1995-ci ildə Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətinin cənub-qərb hissəsində yerləşən Xorog şəhərində dünyaya gəlib. İdman karyerasına atasının rəhbərliyi altında başladı. Paxlavanov Avazxan Çorşənbiyeviç kiçik yaşlarından onu və qardaşını atletika üzrə məşq etdirdi. Atanın özü bir idmançı idi, atletika ilə məşğul idi və uşaqlarının da onun yolunu davam etdirməsini istəyirdi. 2013-cü ildə məktəbi bitirdikdən sonra atasından nümunə götürərək həyatını idmana həsr etmək qərarına gəldi, lakin fərqli bir istiqamət seçdi. Əməkdar məşqçi — Alidodov Xuşomad Xudodoviçin rəhbərliyi altında karate ilə məşğul olmağa başladı (məşqçi o vaxt 3-cü dan qara kəmər sahibi idi).
Araz
Araz — Türkiyə, İran, Azərbaycan və Ermənistan əraziləri və sərhədləri ilə axan çaydır. Çay öz mənbəyini Türkiyə ərazisindəki (Cadılar yurdu Nəzrin Bingöl massivi) Ərzurum dağlarından götürür. Azərbaycan Respublikası və İran ərazilərindən keçərək, Azərbaycanın Sabirabad şəhəri yaxınlığında Suqovuşan adlanan ərazisində Kür çayı ilə birləşib Xəzər dənizinə tökülür. Bu çay iki Azərbaycanı — Cənubi Azərbaycan ilə Şimali — Azərbaycan Respublikasını bir-birindən ayıran çay olaraq, hər iki tərəfin mədəniyyətində əks olunur. == Toponimi == Araz çayının adı ilk dəfə Hekatey (er.əv. VI əsr) Herodot (er.əv.V əsr) tərəfindən çəkilmişdir. Araz adının mənbələlərdə ilk dəfə bu əsrlərdə qeyd olunması heçdə onun həmin əsrlərdə yaranması demək deyildir. Sadəcə olaraq bu barədə tarixi mənbə yoxdur. Er.əv.VIII əsrə aid Urartu dilində aid mənbədə (Urartu çarı I Arkiştinin-er.əv..785-753-cü illər arasında yazdırdığı kitabədə) Araz çayı Muna adlandırılır. Məhz bu çar ilk dəfə Muna çayını keçərək indiki Ermənistan ərazisinə hərbi səfər etmişdir.Tədqiqatçılar Muna adının mənasını aça bilməmişlər.
Aval
Aval (fr. aval, ehtimala görə ərəb. حوالة‎) — vekseli imzalamış şəxsin və ya veksel üzrə öhdəlik daşıyan digər şəxslərin öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürən şəxsin veksel zəmanəti. Avalist vərəqçi ilə bərabər məsuliyyət daşıyır və onun öhdəliyi, hətta onun zəmanət verdiyi öhdəlik forma qüsurundan başqa hər hansı səbəbdən etibarsız olduğu halda da etibarlıdır. Bu baxımdan aval əsas öhdəliyə münasibətdə əlavə (aksesuar) olan təminata deyil, bank təminatına tam bərabərdir. Avalistin məsuliyyəti onun zəmanət verdiyi şəxslə birgə və bir sıra məsuliyyət daşıyır. Aval vekselə və ya çekə yazmaqla həyata keçirilir; o, öz adını ödəyicinin adına aid edir, bunun üzərinə “aval başına” (yaxud “aval üçün hesab” və ya hər hansı ekvivalent düstur) sözlərini əlavə edir və aval verənlərə imza qoyur. Lakin avalın etibarlılığı üçün vekselin və ya çekin üz tərəfində yalnız avalistin imzası kifayətdir, əgər bu imza ödəyici və ya veksel sahibi tərəfindən qoyulmursa. Aval kimin üçün verildiyini göstərməlidir. Belə bir əlamət olmadıqda çekin siyirtməsi və ya çekmecesi üçün verilmiş sayılır.
Avan
Avan (Ermənistan)
Avar
Avar dili — Qafqazda yaşayan xalqlardan biri olan avar xalqının dili. Avarlar (qafqazdilli) — Dağıstan Respublikasında ən böyük, Azərbaycanda sayca altıncı böyük etnik qrup. Avarlar — Avar xaqanlığını quran türk xalqı. Avar xaqanlığı — bugünkü Macarıstan, Slovakiya, Rumıniya və Serbiya torpaqlarında 562-823-cü illər arasında hökm sürən Türk dövləti. Ağ Hunlar — Hunların qərb qolu. Jujan xaqanlığı — Şimali Çin çöllərində türk dövləti.
Avaş
Avaş — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Yardımlı rayonunun Avaş kəndi Kürəkçi kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Avaş kənd Soveti yaradılmışdır. == Toponimikası == XIX əsrin ortalarında Pirembel kəndindən çıxmış ailələrin Avaş adlanan yerdə məskunlaşması nəticəsində bu kənd yaranmışdır. Türk dillərində və monqol dilində ablav (aş) sözü "qoruq", "uzaq", "yaşayış məskənindən kənar", "boş yer" və "sakitlik" kimi izah olunur. XIX əsrin əvvəllərində İrəvan xanlığının Göyçə mahalında Abaş kəndi də mövcud idi. Avaş eyni zamanda Həbəşistanda dağ dərəsinin və çayın adıdır. == Coğrafiyası və iqlimi == Kənd Viləşçayın sahilində yerləşir.
Ayaz
Ayaz — kişi adı və təxəllüs.
Evaz
Evaz-İranın Fars ostanının Laristan şəhristanının Evaz bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 14,315 nəfər və 3,297 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Əçomi xalqından ibarətdir, Açomi dilində danışırlar və şafi sünni müsəlmandırlar.
Araz (qəsəbə)
Araz — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində qəsəbə.
Araz (supermarket)
== Tarixçə == Araz Supermarketlər Şəbəkəsi 2011-ci ildə 4 mağaza ilə fəaliyyətə başlamışdır. Araz-ın əsas prinsipi qida və qeyri-qida məhsullarını yüksək keyfiyyətlə və ən sərfəli qiymətlə istehlakçıya çatdırmaqdır. Supermarket modelinin Azərbaycanda ilk təmsilçilərindən olan "Araz" öz portfelində 600-dən çox şəxsi məhsula malikdir, eyni zamanda bir çox özəl və yerli brend məhsullarını müştərilərinə təqdim etməyi hədəfləyir. Araz Supermarketlər Şəbəkəsi 2022-ci ilin yanvarına Azərbaycan üzrə 170-dən artıq mağaza ilə xidmət göstərir. O, həmçinin "İstehlak Malları Forumu"nun – (İstehlak Malları Forumu) üzvüdür. Ətraf mühitin mühafizəsinə həssaslıqla yanaşan şirkət, uzunmüddətli istifadə üçün qarğıdalı və kartofdan hazırlanmış ECO çantaları istehlakçılara təqdim edir. Araz Supermarketi Yenidənqurma və İnkişaf Bankları ilə əməkdaşlıq edir. Nüfuzlu "Retail Asia" təşkilatı Sinqapur Pərakəndəçilər Assosiasiyası (Singapore Retailers Association — SRA) ilə birlikdə Asiya qitəsi üzrə dayanıqlı inkişaf nümunəsi göstərən və müştərilərinə unudulmaz təcrübə yaşadan 38 şirkətin siyahısını açıqladı. Pandemiyanının fəsadlarını fürsətə çevirməyi bacaran, yeni mağaza konspetini tətbiq edən, müştəri mərləzli və fərdiləşdirilmiş xidmət konsepsiyasını ortaya qoyan, şəxsi markalarını genişləndirən və elektron kommersiyaya investisiya qoyan şirkətlər arasında "Retail Asia Awards-2021"-in qalibləri müəyyən olundu. 12–16 iyul tarixinlərində keçirilən tədbirdə "Araz Supermarket" MMC Azərbaycan üzrə "İlin qida və içki pərakəndəçisi" mükafatına layiq görüldü.
Araz Abdullayev
Araz Abdullayev (18 aprel 1992[…], Bakı) — Azərbaycanlı futbolçu, Boluspor klubunun və Azərbaycan milli futbol komandasının oyunçusu. == Karyerası == Araz Abdulla oğlu Abdullayev 1992-ci ilin 18 aprel tarixində Bakı şəhərində anadan olub. Gənc yaşlarında Neftçi klubunun akademiyasında futbolla məşğul olub. Daha sonradan komandanın əvəzedici heyətində oynayıb. 5 oktyabr 2008-ci il tarixində 16 yaşlı Araz Abdullayev, Neftçi klubunun əsas heyətində debüt etməklə peşəkar karyerasına başlayıb. Növbəti 3 mövsüm ərzində Araz Neftçi klubunun əsas heyətində 32 oyun keçirərək 2 qol vurur və Azərbaycan çempionatının qalibi olur. 2010-cu ildə Araz Abdullayev İngiltərənin Everton klubunun maraq dairəsinə düşür. 2011-ci ilin yanvar ayında Araz Abdullayev, Everton klubu ilə 3 illik müqavilə bağladı. Bundan sonra Everton klubu, Arazın İngiltərədə iş icazəsi alması üçün onu yenidən icarə əsasında mövsümün sonuna qədər Neftçiyə transfer etdi. Müqavilə ilə Evertona məxsus olan Araz Abdullayev, daha sonradan 2012-ci ildə Yunanıstan liqasında çıxış edən Panionios klubuna icarəyə verildi.
Araz Ağalarov
Ağalarov Araz İsgəndər oğlu (8 noyabr 1955, Bakı, Azərbaycan SSR, SSRİ) — iqtisad elmləri doktoru. Ümum-Rusiya Azərbaycan Konqresinin vitse-prezidenti. == Həyatı == Araz Ağalarov 1955-ci il noyabrın 8-də Bakıda anadan olmuşdur. 1977-ci ildə Bakı Politexnik Universitetinə qəbul olmuş, 1982-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib. Elə həmin il Moskvaya gedərək aspiranturaya daxil olub. 1977–1983-cü illər isə Elmi-Tədqiqat İnstitutunu bitirib. 1983–1987-ci illərdə SSRİ Həmkarlar İttifaqlarının Ümumittifaq Mərkəzi Şurası yanında Ali Məktəbin dinləyicisi olub. Ümum ittifaq Həmkarlar İttifaqı Mərkəzi Şurasında işləməyə başlayıb. 1988-ci ildə kooperativ hərəkatı başlayanda kiçik müəssisə yaradaraq sərgi fəaliyyəti ilə məşğul olub. == Fəaliyyəti == 1990-cı ildə ilk dəfə Rusiyada ABŞ-dən olan tərəfdaşları ilə Comtech adlanan kompüter texnologiyaları sərgisi təşkil edib.
Araz Baxşəliyev
Araz Budaqov
Araz Məhəmməd oğlu Budaqov (7 dekabr 1938 – 27 may 2021) — terapevt-həkim, müəllim, SSRİ səhiyyə əlaçısı, Azərbaycan SSR-in Sabirabad rayonunun Surra Kənd Zəhmətkeş Deputatları Sovetinin deputatı, Tibb İşçiləri Həmkarlar İttifaqı Sabirabad rayon Komitəsinin sədri. == Həyatı == === Ailəsi === Araz Budaqov 7 dekabr 1938-ci ildə Ağdam rayonunun Umudlu kəndində kolxozçu ailəsində dünyaya gəlmişdir. Atası Məhəmməd İsmayıl oğlu Budaqov, anası Ceyran Ağa qızı Hüseynova olmuşdur. Sonradan atası Budaqova Gülxar Qasım qızı ilə ailə həyatı qurmuş və o, Araza analıq etmişdir. Ailəsindəki 10 uşaqdan (7 oğul, 3 qız) ən böyüyü olmuşdur. 1978-ci ildə həmkarı, tibb bacısı Əliyeva Şəlalə Ərəstun qızı ilə ailə quran Araz həkimin bu evlilikdən 4 qızı və 1 oğlu dünyaya gəlmişdir. Qızlarının hər biri ali təhsillidir və müəllimlik peşəsinə yiyələniblər. Araz Budaqovun 12 nəvəsi var və bu nəvələrdən oğlunun son beşiyi onun adını daşıyır. === Vəfatı === Araz həkim 27 may 2021-ci ildə Sabirabad rayonunun Surra kəndində dünyasını dəyişmişdir. May ayının 28-də isə rayonun Axısxa kənd qəbirstanlığında dəfn olunmuşdur.
Kazım Ayvaz
Kazım Ayvaz (türk. Kazım Ayvaz; 10 mart 1938, Rizə – 18 yanvar 2020, İsveç) — Türkiyə güləşçisi (yunan-roma güləşi), Olimpiya çempionu, iki qat dünya çempionu. == Bioqrafiyası == Rizə yaxınlığındakı Çataldere kəndində anadan olub. 1953-cü ildə İstanbulda güləşlə məşğul olmağa başladı. 1957-ci ildə Adriatik Kubokunda "bürünc" qazanaraq beynəlxalq aləmdə ilk debütünü etdi. 1958-ci ildə dünya çempionu adını qazandı. 1959-cu ildə Balkanlar çempionatda "qızıl" qazandı, 1960-cı ildə isə ikinci oldu. 1960-cı ildə Romada keçirilən Yay Olimpiya Oyunlarında 79 kiloqram çəki dərəcəsində (orta çəki) mübarizə aparırdı. İlkin olaraq yarışda 24 nəfər güləşçi mübarizə aparırdı. Dördüncü turdan sonra Kazım Ayvaz digər iki iştirakçı ilə birinci yeri bölüşdürürdü.
Mira Avad
Mira Ənvər Avad (Ərəbcə:ميرا عوض, İvrit: מירה עווד; 11 iyun 1975) — Fələstin müğənnisi, aktrisası. == Həyatı == Mira Avad 11 iyun 1975-ci ildə anadan olmuşdur. Təl-Əviv-də yaşayır. Achinoam Nini ilə birlikdə İsraili 2009 Avroviziya Mahnı Müsabiqəsində "There Must Be Another Way" (Azərbaycan dilində:"Başqa Bir Yolu Olmalı") mahnısı ilə təmsil etmişdir. I yarımfinalda 75 xal toplayaraq 7–ci olmuş və finala keçmişdir. Finalda isə 53 xalla 16–cı olmuşdur.
Məmməd Araz
Məmməd Araz (doğum adı: Məmməd İnfil oğlu İbrahimov; 14 oktyabr 1933, Nursu, Naxçıvan MSSR – 1 dekabr 2004, Bakı) — Azərbaycan şairi, tərcüməçi, publisist, 1957-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının xalq şairi (1991), "İstiqlal" ordeni laureatı. == Həyatı == Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunda anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak etmişdir. Burada bəyənilən "Yanın, işıqlarım" şeiri 1952-ci ildə çap edilib. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959–1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali Ədəbiyyat Kurslarının müdavimi olub. Sonra "Ulduz" jurnalının məsul katibi, "Ədəbiyyat və incəsənət" qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olmuşdur. Məmməd Araz 1974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan Təbiəti" jurnalının baş redaktoru olub. Uzun müddət Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib.
Orxan Araz
Orxan Aras (türkcə:Orhan Aras) (1966, Quzugüdən) — Türkiyənin mühacir yazıçısı, tərcüməçisi və publisisti; Almaniya Yazarlar Birliyinin üzvü, Azərbaycan Yazıçılarlar Birliyi fəxri üzvü. == Həyatı == Orhan Aras 1966-cı ildə Türkiyənin Iğdır şəhərinin Quzugüdən kəndində anadan olmuşdur. Yazıçının mənsub olduğu Quzugüdənli əşirəti Prof. Faruq Sümərə görə, Səlcuqlularla birlikdə Anadoluya gəlmiş, Səfəvilər dönəmində Təbrizə köçmüş, 1560-cı illərdə təkrar Anadoluya geri dönmüşlər. Akademik Ziya Bünyadovun “İrəvannın icmal dəftəri” adlı araşdırmasında isə quzugüdənlilərin İrəvan əhalisi olaraq qeydə alındığı göstərilmişdir. Yazar ilk təhsilini Quzugüdən kəndində, orta təhsilini Iğdırda, internat məktəbini isə Ərzurum tamamlamışdır. 1982-ci ildə Almaniyaya mühacirət edən Orhan Aras öncə Bochum Universitesində Prof. Herman Varinin Türkoloji dərslərinə qatılmış, daha sonra İqtisadiyyat fakültəsini bitirmişdir. == Yaradıcılığı == Əsərlərini almanca yazan Azərbaycan yazıçısı Əsəd bəy (Qurban Səid) haqqında Berlində apardığı araşdırmalar və türkcə və almanca nəşr etdirdiyi “Əsəd bəyin həyatı və jurnalistliyi” adlı araşdırmasıyla 2016-cı ildə filologiya üzrə fəlsəfə doktoru adını almışdır. 2009-ci ildə “Platform” dərgisinin düzənlədiyi şeir yarışmasında “Ağlama nə olursun” şeiri ilə birincilik ödülü alan Orhan Aras, 2020-ci ildə Avropanın ən önəmli qurumlarından olan POYAD tarafından ilin yazıçısı seçilmişdir.
Quru Araz
Quru Araz - İrəvan quberniyasının Eçmiədzin qəzasında,indi Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 26 km məsafədə yerləşir. Toponim Azərbaycan dilində işlənən quru sözü ilə Araz çayının adı əsasında əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 19.IV.1950-ci il fərmanı ilə adı dəyişdirilib Yerasxaun (Quru Araz. Erməni dilində Araz Yerasx formasında işlədilir) qoyulmuşdur.
Ravaz (Çaldıran)
Ravaz (fars. روض‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 111 nəfər yaşayır (21 ailə).
Araz Hacıyev
Araz Yaquboğlu (tam adı: Hacıyev Araz Yaqub oğlu; 1 avqust 1973, Yeni Daşkənd, Azərbaycan SSR) — tədqiqatçı, jurnalist, "Qızıl qələm" media mükafatı (2011) və Həsən bəy Zərdabi mükafatı (2023) laureatı, Laçın yurdu jurnalında baş redaktorun müavini, Azərbaycan Jurnalistlər Birliyinin (2023-cü ildən) və Azərbaycan Aşıqlar Birliyinin üzvü (2023-cü ildən). == Həyatı == Araz Yaquboğlu 1973-cü il avqustun 1-də Bərdə rayonunun Yeni Daşkənd kəndində ziyalı ailəsində anadan olub. Əslən Göyçə mahalının Daşkənd kəndindəndir. Atası Yaqub Hacıyev Bərdə rayonunda tanınmış mühəndislərdən olub. Araz Yaquboğlu 1980-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kənd orta məktəbinin I sinfinə getmiş və 1990-cı ildə həmin məktəbin XI sinfini bitirmişdir. 1989-cu ildə Bərdə rayonu üzrə keçirilən riyaziyyatdan fənn olimpiadasında I yeri tutmuşdur. Orta məktəbdə oxuyarkən 1989–1990-cı illərdə məktəbin komsomol təşkilat katibi olmuşdur. 2 avqust 1990-cı ildə ilk əmək fəaliyyətinə Azərbaycan SSR Sənaye Müəssisələri İstehsalat Birliyinin Bərdə Nüşabə Kooperativində fəhlə kimi başlamışdır. 1 fevral 1991-ci ildə iş yerini dəyişərək 9 №li Dəmir Beton Məmulatları Zavodunda çilingər işləmişdir. 1991-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun "İnşaat" fakültəsinə qəbul olmuşdur.
Avar Türkləri
Avarlar — V əsrdə Mərkəzi Asiyada meydana çıxmış iri tayfa ittifaqı. İttifaq tərkibində aparıcı rolu köçəri maldar türk tayfalar oynayırdılar. VI əsrin ortalarında Şərqi Avropaya gələn avarlar Xəzərin qərb sahilləri boyu çöllərə yayıldılar. Avarların ilk elçiləri 558-ci ildə Bizans imperiyasına — imperator I Yustinianın yanına gəlmiş, hərbi ittifaq bağlamağı təklif etmiş və məskunlaşmaq üçün onlara yer verilməsini xahiş etmişlər. Bizans avarlardan özünə düşmən olan türkdilli bulqar və sabir tayfalarına, habelə slavyanlara — antlara qarşı mübarizədə istifadə etmişdir. Avarlar 567-ci ildə german lanqobard tayfası ilə birlikdə Pannoniyanı tutdular. Burada bir neçə yürüşdən və yeni tayfaların birləşdirilməsindən sonra məşhur sərkərdə Bayanın başçılığı ilə Avar xaqanlığının əsası qoyuldu. Pannoniyada möhkəmləndirilmiş konsentrik çevrəli "xrinq" – lər qala sistemi yaradılmışdı Avarla Pannoniyadan slavyanlara, franklara, lanqobardlara. gürcülərə və digər tayfalara habelə onlara xərac verməyə başlayan Bvansa qarşı basqınlar edirdilər. Avarlar Frank dövlətinə də basqınlar edirdilər.
Avar Türkü
Avarlar — V əsrdə Mərkəzi Asiyada meydana çıxmış iri tayfa ittifaqı. İttifaq tərkibində aparıcı rolu köçəri maldar türk tayfalar oynayırdılar. VI əsrin ortalarında Şərqi Avropaya gələn avarlar Xəzərin qərb sahilləri boyu çöllərə yayıldılar. Avarların ilk elçiləri 558-ci ildə Bizans imperiyasına — imperator I Yustinianın yanına gəlmiş, hərbi ittifaq bağlamağı təklif etmiş və məskunlaşmaq üçün onlara yer verilməsini xahiş etmişlər. Bizans avarlardan özünə düşmən olan türkdilli bulqar və sabir tayfalarına, habelə slavyanlara — antlara qarşı mübarizədə istifadə etmişdir. Avarlar 567-ci ildə german lanqobard tayfası ilə birlikdə Pannoniyanı tutdular. Burada bir neçə yürüşdən və yeni tayfaların birləşdirilməsindən sonra məşhur sərkərdə Bayanın başçılığı ilə Avar xaqanlığının əsası qoyuldu. Pannoniyada möhkəmləndirilmiş konsentrik çevrəli "xrinq" – lər qala sistemi yaradılmışdı Avarla Pannoniyadan slavyanlara, franklara, lanqobardlara. gürcülərə və digər tayfalara habelə onlara xərac verməyə başlayan Bvansa qarşı basqınlar edirdilər. Avarlar Frank dövlətinə də basqınlar edirdilər.