1. Zaman və ya məkan daxilində bilavasitə göz qabağında olmayan, yaxud uzaq olan şeyi göstərir, həm də ismə konkretlik verir (bu müqabili). O kitablar mənimdir.
2. Qoşa olan iki şeyin ikincisini göstərir (bu biri müqabili). Yolun o tərəfində. Gölün o sahili.
3. İs. mənasında. Haqqında danışılan, göz qabağında olmayan və ya uzaqda olan hadisə, şey. O mümkün deyil.
◊ O biri – 1) başqa, digər, özgə, o.
2) gələn, növbəti, sonrakı. O biri dəfə gələrəm;
3) ertəsi, sabahı. O biri gün onu görmədim.
O cümlədən – çox şey və ya çox adam arasından bir şeyi və ya bir adamı ayırıb göstərmək üçün işlədilir. Hamı, o cümlədən mən də orada idik.
O gün olmaz (olmayıb) – həmişə, hər gün. O gün olmaz bizə gəlməsin.
O halda – o vəziyyətdə, o zaman.
…haqqında danışsaq, …gəlincə, …gəldikdə.
O ki var – çox, həddən artıq; lap çox.
Onunla bərabər – eyni zamanda, yanaşı olaraq, birlikdə.