Obduksiya
Obduksiya (rus. обдукция, ing. obduction, lat. obductio - örtmək) — okean litosferinin materik tavaları kənarının ("yeni qlobal tektonika" nəzəriyyəsinə müvafiq) üstəgəlməsi.
== Haqqında ==
Obduksiya bir litosfer plitəsinin digərinin üzərinə hərəkətidir. Subduksiya prosesinin əksi. Okean tipli plitənin qitə plitəsi altına gömülməsi (subduksiya) prosesində birincinin bütün kütləsi "udula" bilmədiyi halda, "artıq qalan" hissəsi qonşu plitənin üzərinə aşıb, tökülür. Müasir geodinamik rekonstruksiyaya əsaslanaraq, tədqiqatçılar belə fikrə gəliblər ki, Göyçə-Həkərə melanj zonası obduksiya nəticəsində yaranmışdır.
== İstinadlar ==
== Mənbə ==
Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.