Offerte
Offizialverteidiger
OBASTAN VİKİ
Microsoft Office
Microsoft Office — tətbiqi proqram təminatının ofis paketi. Microsoft şirkəti tərəfindən Microsoft Windows və Apple Mac OS X əməliyyat sistemləri üçün yaradılmışdır. Bu proqram paketinə müxtəlif növ sənədlərlə işləmək üçün proqram təminatları daxildir: mətn prosessoru, elektron cədvəl, verilənlər bazası və s. Microsoft Office OLE obyektləri üçün serverdir. Visual Basic dilində yazılmış makrosları dəstəkləyir. Microsoft Office Word — mətn prosessoru. Müxtəlif sənədlərin hazırlanmasında və redaktəsində istifadə edilir. Microsoft Office Excel — cədvəl prosessoru. Microsoft Office Outlook — şəxsi kommunikator. Proqrama daxildir: təqvim, tapşırıqlar planı, elektron poçt, ünvanlar kitabçası.
Azersu Office Tower
Azersu Office Tower — Bakı şəhərində yüksək səviyyəli bina. Bina Azərbaycanın su ehtiyatlarının milli operatorunun qərargahını yerləşdirmək üçün nəzərdə tutulmuşdur. "Azərsu" ASC-nin hazırda fəaliyyət göstərdiyi ofis binası 20 Yanvar metrostansiyası yaxınlığında, Moskva prospektində yerləşir. Bu sahə isə tıxaclar ilə ağırlaşır. Bundan əlavə, şirkət əlavə ofisə ehtiyac duyur. Bu şərtlərə görə, Bakı şəhərinin futuristik yüksəkbucaqlı binalarının reallaşdırılması və paytaxtın biznes mərkəzi olmağının əsas yeri olan Heydər Əliyev prospektinin boş ərazilərində daha geniş yeni bina tikilməsi qərara alınıb. Bu prospekt əsasən mürəkkəb bir çoxmərtəbəli arxitektura ilə qurulduğu üçün, binanın qalan hissəsi ilə uğurla birləşə biləcək binanın dizaynını seçmək vacibdir. "Azərsu" ASC yeni ofis binasının dizaynını seçmək üçün memarlıq şirkətləri arasında tender keçirilmişdir. 9 avqust 2012-ci il tarixində Koreyanın Heerim Architects şirkəti tenderdə qalib gəldi ki, bu da yaxınlıqdakı bir göydələn ilə təmasda olan bir damla su şəklində bir bina layihəsi təklif etdi. 2013-cü il 15 martda bir başqa Koreya şirkəti, Halla E & C, proqramçı olaraq seçilmişdir.
Home Box Office
Home Box Office (abr. HBO; tələffüzü: eyç-bi-ou) — ABŞ kabel və peyk teleşəbəkəsi. Teleşəbəkənin sahibi «AT&T» şirkətinin bir mülkü olan «WarnerMedia» şirkətinin bir mülkü olan «Home Box Office, Inc.» şirkətidir. Teleşəbəkədə yayımlanan verilişlər əsasən bədii kinofilmlər, orijinal teleseriallar, eləcə də sənədli filmlər, komediya şouları və konsertlərdən ibarətdir. «HBO» ABŞ-dəki ən köhnə və uzun müddət fəaliyət göstərən kabel xidmətidir. Teleşəbəkə 8 noyabr 1972-ci ildə təsis edilmişdir. 2015-ci ildə «HBO» teleşəbəkəsinin qazancı 1.880.000.000 ABŞ dolları idi. Növbəti il 2016-cı ildə bu miqdar 1.930.000.000 ABŞ dolları olmuşdur. Həmin il «HBO» teleşəbəkəsinin dünyada 130.000.000 abunəçisi var idi. Teleşəbəkə «HBO Comedy», «HBO Latino», «HBO Signature» və «HBO Family» daxil olmaqla yeddi 24 saatlıq multipleks kanalı nümayiş etdirir.
Microsoft Office 2021
Microsoft Office 2021 — Microsoft Office 2019-dan sonra istifadəyə verilən Microsoftun ofis paketinin versiyasıdır. Məhsul Windows 11 ilə birlikdə 5 oktyabr 2021 -ci ildə istifadəyə verildi. İlk öncə bu versiyanı Microsoft Office 2022 adı ilə buraxılması planlaşdırılırdı. LTSC versiyası üçün uzunmüddətli texniki dəstək 7 ildən 5 ilə qədər endirilərək , Windows 10 LTSC ilə bərabərləşdirildi. 2020-ci ilin sentyabr ayında Exchange komandasının bloqunda Microsoft Office-in abunə olmayan yeni versiyasının 2021-ci ilin ikinci yarısında Windows və Mac üçün buraxılacağı elan edildi . Microsoft Office rəsmi olaraq 2021-ci ilin fevralında elan edildi. Business Preview 2021-ci ilin aprelində əlçatan oldu. . Yeni Office proqramları indiyə qədər Microsoft 365 üçün hazırlanmış və artıq orada işləyən bəzi funksiyalara sahibdir. Excel cədvəllər arasında məlumatları müqayisə etmək üçün dinamik massivləri və XLOOKUP funksiyasını dəstəkləyir .
Microsoft Office Outlook
Microsoft Office Outlook - Microsoft Office paketinə daxil olan şəxsi kommunikator proqramıdır. Proqramlarda aşağıdakılar istifadə edilir: təqvim tapşırıqlar planı elektron poçt ünvanlar kitabçası. Bu proqramla elektron ərizə yollamaq mümkündür. Proqramı Outlook Express ilə qarışdırmaq lazım deyil. Outlook Express Elektron poçtun müştəriçisidir. 1998-2003-cü illərdə böyük tirajla satılmışdır.
An Officer and a Gentleman
Zabit və Centilmen, orijinal adı "An Officer and a Gentleman" olan 1982 tarixli klassik filmdir. Baş rollarda Richard Gere ve Debra Winger oynamışdırlar. Filmin rejissoru Taylor Hackforddur.
OfficeSuite
OfficeSuite — MobiSystems tərəfindən hazırlanmış platformalararası ofis dəsti proqramıdır. Onun Android, IOS və Microsoft Windows (PC) versiyaları mövcuddur və ən çox istifadə olunan Microsoft Office fayl formatları ilə uyğunluğuna geniş PDF imkanları da əlavə edir. Proqram təminatı Google Play-də 220 milyon dəfədən çox yüklənmişdir və dünyanın ən yaxşı Android biznes proqramları arasında yer alır. OfficeSuite, Sony, Amazon, Alcatel, Sharp, Toshiba, ZTE, Huawei, Kyocera və daha bir sıra digər şirkətlərin istehsalı olan məhsullarına əvvəlcədən quraşdırılır. == Tarix == Proqram ilk dəfə 2004-cü ildə Palm ƏS-nin tərkibində mobil proqram kimi bazara çıxarılmış, (köhnə MobiSystems proqramları olan Quick Spell, Quick Check və Quick Write proqramları da bu proqrama daxil idi), daha sonra — 2005-ci ildə isə Symbian ƏS ilə işləyən versiyası hazırlanmışdır. 2009-cu ilə qədər OfficeSuite əsasən bir oxuyucu kimi istifadə olunmuşdur. Daha sonra isə, MobiSystems şirkəti Android əsaslı ofis həlləri üçün Sony şirkətindən bir proqram tələbi almış, lakin bu iş üçün cəmi 12 həftə zaman verilmişdi. Göründüyü kimi, MobiSystem şirkətinin tərtibatçıları bu işdə müvəffəqiyyət əldə etmiş və Sony 2009-cu ildə bütün Android cihazlarında yeni hazırlanmış OfficeSuite proqramını əvvəlcədən quraşdırmışdır. Proqram 2013-cü ildə iOS-da istifadəyə verilmiş və Windows üçün ilk masa üstü müştəri versiyası isə 2016-cı ildə çıxarılmışdır. OfficeSuite Google Drive, Box, ICloud, OneDrive və daha çox bu kimi istənilən bulud provayderinə qoşulmaq imkanı ilə yanaşı, MobiSystemsin xüsusi bulud provayderi olan MobiDriveda da saxlama sahəsi təklif edir.

Digər lüğətlərdə