Oktober

der; -s, - oktyabr ayı
Oktave
Oktoberrevolution
OBASTAN VİKİ
Oktoberfest
Oktoberfest — Almaniyanın Bavariya vilayətinin Münhen şəhərində hər il ənənəvi formada keçirilən pivə festivalı. Oktoberfest bayramı sentyabr ayının sonlarına yaxın oktyabr ayının ilk həftəsində təşkil edilir və 16 gün davam edir. Turistlərlə birlikdə bayramda hər il 6 milyondan çox şəxs iştirak etməkdədir. Yerli əhali tərəfindən Theresienwiese olaraq adlandırılan bayramın qısaldılmış adı Wiesn formasındadır. Oktoberfest Bavariya mədəniyyətinin ayrılmaz tərkib hissələrindən biri kimi böyük məşhurluq əldə edərək 1810-cu ildən bəri ənənəvi formada təşkil edilən festivaldır. Dünyanın müxtəlif şəhərlərində Münhendə keçirilən Oktoberfestdən ilhamlanaraq bənzər pivə festivalları keçirilməkdədir. Münhen şəhərində keçirilən Oktoberfest 16 gün davam edir və oktyabr ayının ilk bazar günündən etibarən başlayır. 1994-cü ildə Almaniya Demokratik Respublikası ilə Almaniya Federativ Respublikasının birləşməsi nəticəsində Oktoberfestin başlanma tarixi dəyişdirilmişdir. Birləşmədən sonra festival oktyabrın biri və ya ikisi, ən geci isə ayın üçü başlayır. Festivalın ilk günü bazar gününə düşdüyündən, adətən, 18 gün davam edir.
Oktoberfest terror hücumu
Oktoberfest terror hücumu (alm. Oktoberfestattentat‎) - Almaniyada fəaliyyət göstərən radikal sağ terror qrupları tərəfindən törədilmiş terror aktı. Oktoberfest terror hücumu 1980-cı ilin 26 sentyabr tarixində Oktoberfest festivalının hər il ənənənvi formada təşkil edildiyi Münhen şəhərində baş vermişdir. Baş verən terror hücumu nəticəsində 13 nəfər həlak olmuş və 211 nəfər isə yaralanmışdır. Oktoberfest terror hücumu Qərbi Almaniyada yaşanmış ən genişmiqyaslı terror aktlarından biri hesab olunur. Hadisənin törətməkdə günahlandarılan Gundolf Köhler adlı 21 yaşlı alman tələbə hadisə yerində baş verən partlayış zamanı həlak olmuşdur. Köhlerin partlayıcı qurğunu insanların çox olduğu məkana yerləşdiyi məlumdur. Gundolf Köhler tək başınamı, yoxsa qrup şəklində hərəkət etdiyi bu günə qədər müəyyənləşdirilə bilməyib.