olan işdir (adi işdir)

after all, it’s common practice / there’s nothing out of the ordinary in it дело житейское (что-либо обыкновенное, обыденное)
Olacağa çarə yoxdur.
Olan oldu, keçən keçdi.
OBASTAN VİKİ
Olan
Vimne (fr. və oks. Vimenet) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Lessak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12174. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 125 km şimal-şərqdə, Rodezdən isə 2 km qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 3165 nəfər təşkil edirdi. 2007-ci ildə 1977 yaşda (15-64 yaş arasında) 1457 nəfər iqtisadi fəal, 490 nəfər hərəkətsiz (fəaliyyət göstərici 75,2%, 1999-cu ildə 68.1%) idi.
Hüseyn Olan
Hüseyn Olan (1959, Bitlis ili) — əczacı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Hüseyn Olan 1959-cu ildə Bitlis ilində anadan olub. Egey Universiteti Əczaçılıq Bölməsindən məzun olub. 35 il Bitlisdə əczacı olaraq çalışıb. Van Əczaçılar Palatasında vəzifələrdə təmsil olunub. 2007-2009-cu illərdə T. C. Əczaçılar Birliyinin Təftiş Şurasının üzvü, 2009-2011-ci illərdə isə T. C. Əczaçılar Birliyinin İdarə Komitəsinin üzvü olub. 2007-ci ildə Barış Məclisinin qurulmasında yer alıb. Siyasi fəaliyyətinə 1981-ci ildə və 1996-cı ildə bir il müddətinə azadlıqdan məhrum edilib. 2014-cu ildə Bitlis bələdiyyəsinin sədri seçilib. 2016-cı il noyabrın 25-də həbs edilib və əvəzinə qəyyum təyin edilib.
Adi
Adi - daima rast gəlinən, sistemə salınmış, insanlarda təəccüb doğurmayan, təkrarlanan, ənənələri olan, nadir halda dəyişilən, rastlaşanda maraq doğurmayan, heç nə ilə seçilməyən hal, vəziyyət, insan, situasiya və s. Fəlsəfə Filologiya Qeyri-adi С.И.Ожегов. Словарь русского языка. Москва, изд. "Русский язык", стр.377.
Ermənistanda olan məscidlər
1915-ci ildə Zəngəzur və İrəvan quberniyasının ərazisində 382 şiə məscidi, 9 sünni məscidi fəaliyyət göstərib. İrəvan quberniyasında məscidlərin artma dinamikası 1904-cü ildə 201, 1911-ci ildə 342, 1915-ci ildə 382 şəklində olub. Bu artım dinamikası bölgədə müsəlman əhalisinin sürətlə artmasından və bu ərazidə müsəlman ruhanilərinin güclü mövqeyindən xəbər verir. Məhəllə məscidləri Zəngəzurun Şəki, Vaqudi, Mərdhuz, Qarraq, Saldaş, Karkyal, Ağbəs, Ağbağ, Hacıəmi, Ballıqaya, Karkas, Çaralı, Xardcmaqlı, Dəstəkərd, Qalacıq, Cicimli 1, Cicimli 2, Qaroaçalı, Seydlər, Mollalar, Təzə Kilsə, Nərcan, Zor, Əfəndilər, Pasan, Xurtekes, Hacıqəmbər, Qarabağlar, Dəmirçilər, Dondarlı, Kurdaluq, Ulaclı, Saraclı, Dərzili, Oxçi, Kaqlar kəndlərində fəaliyyət göstərib. Ümumilikdə İrəvan quberniyasının Eçmiədzin uyezdində 36 məhəllə məscidi, Sürməli uyezdində 47 məhəllə məscidi, Şərur-Dərələyəz uyezdində 63 məhəllə məscidi, Novobayəzed uyezdində 14 məhəllə məscidi, İrəvan uyezdində 54 məhəllə məscidi fəaliyyət göstərib. Bu məscidlərdə quberniyada anadan olanların, ölənlərin, evlənənlərin, boşananların qeydiyyatı aparıb. Hər məhəllənin mollası qubernator tərəfindən təyin olunub. İrəvan şəhərinin özündə isə XX əsrin əvvəlinə kimi Qədim Şəhər, Çame, Hacı Novruzəlibəy, Hacı İmamverdibəy, Mirzə Səfibəy, Hacı Cəfərbəy məscidləri fəaliyyət göstərib. İrəvanın Came məscidi kompleksində iri mədrəsə binası da mövcud olub. Bu tarixi abidələrin əksəriyyəti ermənilər tərəfindən vəhşicəsinə məhv edilib, yaxud mənşəyi dəyişdirilib.
Fanodan olan atlet
Fanodan olan atlet, Qalib Gənclik və ya Lisippo di Fano — Qalib Gəncliyin tədqiqi və konservasiyası 1980-ci ildən 1990-cı illərə qədər davam edir və klassik bürünc üzərində araşdırmalara və qədim Aralıq dənizi mütəxəssislərinin Getty Muzeyi ilə əməkdaşlığına əsaslanır. Bütün heykəl bir parçada töküldü; bu tökmə texnikası "itirilmiş mum" üsulu adlanır. 1972-ci ildə Münhen qalereyasının sahibi Heinz Herzer və Volker Kinnius Rudolph Stappın konservasiya layihəsi haqqında hesabat yazdılar. Rudolph Stapp qədim tunclar üzrə ixtisası ilə tanınan Victorious Youth ilə heykəl üzərində işlərə başladılar. Tuncdan qabığı çıxarmaq üçün metalda müxtəlif cızıqlar buraxdılar. Heykəli təmizləmək üç ay çəkdi. Egey və Aralıq dənizi sahillərində çoxlu sualtı tunclar aşkar edilmişdir; 1900-cü ildə dalğıclar Antikythera gəncliyini və Stoik portretinin başını , Antikiterada , 1926-cı ildə Cape Artemision Poseydonunu , 1996-cı ildə Xorvatiya Apoxyomenosunu və 1999-cu ilə qədər müxtəlif bürüncləri tapdılar. Fanodan olan atlet heykəli isə 1964-cü ilin yayında İtaliyanın Adriatik sahillərində Fano dənizində , italyan balıqçı trol gəmisinin torlarına ilişərək tapıldı.
Gecəqondudan olan milyonçu
Xarabalıqdan çıxmış milyonçu (ing. Slumdog Millionaire) — hindistanlı yazıçı Vikas Svarupun "Q & A" romanı əsasında 2008-ci ildə çəkilmiş Böyük Britaniya filmi. Bu filmdə Mumbayın yoxsul məhəlləsindən olan Camal Malik adlı gənc oğlan “Kim milyonçu olmaq istəyir?” televiziya şousunda 2 milyon rupi qazanaraq insanları heyrətə gətirir. Dələduzluq ittihamları ilə üzləşən Camal, polisə keşməkeşli acı həyat hekayəsini bölüşür. Denni Boylun rejissorluq etdiyi bu filmin baş rolunda İngiltərə aktyoru Dev Patel çəkilmişdir. Film Hindistanda lentə alınıb. Xarabalıqdan olan milyonçu — Internet Movie Database saytında.
Güclü olan haqlıdır
Güclü olan haqlıdır və ya Güclü olan istədiyini əldə edər həm təsviri, həm də göstərişli mənaları ilə əxlaqın mənşəyi haqqında aforizmdir Təsviri olaraq, bu fikir cəmiyyətin doğruya və yanlışa baxışının hakimiyyətdəkilər tərəfindən müəyyən edildiyini və "Tarixi qaliblər yazır " kimi bir məna daşıdığını iddia edir. Yəni, bütün insanların yaxşı və pis haqqında şəxsi fikirləri olsa da, ancaq maneələri və düşmənləri dəf edəcək qədər güclü olanlar öz ideyalarını həyata keçirə, öz standartlarını bütövlükdə cəmiyyətə diktə edə bilər. Montaque kratokratiyanı (yun. κρατερός krateros "güclü" deməkdir) fiziki zorakılıq və ya demaqoq manipulyasiya yolu ilə nəzarəti ələ keçirmək üçün kifayət qədər güclü olanlar tərəfindən məcburi gücə əsaslanan bir hökumət modeli kimi təyin edirdi. Bu fikir totalitar rejimlərin kredosu kimi təsvir edilir. Sosioloq Maks Veber "İqtisadiyyat və cəmiyyət" əsərində dövlətin gücü ilə onun mənəvi nüfuzu arasındakı münasibətləri təhlil edirdi . Beynəlxalq siyasətin realist alimləri bu ifadəni hakimiyyətin suveren dövlətlər arasında münasibətləri müəyyən etdiyi " təbiət qanunu" kimi təsvir etmək üçün istifadə edirlər.
Endre Adi
Endre Adi (mac. Ady András Endre; 22 noyabr 1877[…] – 27 yanvar 1919[…], Budapeşt) — Macar şairi və jurnalisti. Bir çoxları tərəfindən 20-ci əsr Macarıstan poeziyanın dahilərindən hesab olunan Endre Adi sosial tərəqqiyə və inkişafa olan inamına, eləcə də, müasir Avropa təcrübəsinin fundamental dəyərlərini öz poeziyasında geniş şəkildə tətbiq etməsinə görə tanınır: sevgi, müvəqqətilik, iman, fərdi və vətənpərvərlik. Endre Adi 1877-ci ildə Silaq medyesinin Keyaş rayonunda (o dövrdə Avstriya-Macarıstanın bir hissəsi idi; indi macar dilində Keyaş və rumın dilində Adi Endre adlanan və Rumıniyanın Satu-Mare medyesində yerləşən kənddir) anadan olmuşdur. Yoxsul kalvinist ailəsinə mənsub idi. Ailənin ikinci övladı idi. İlona adlı böyük bacısı gənc yaşlarında vəfat etmişdi. Yazıçı və şair olan Marişka Adi onun bacısı qızı idi. 1892-1896-cı illərdə Zaleuda Kalvinist kollecində oxudu. 1896-cı ilin 22 martında Szilágy qəzetində ilk poeması olan Zaleu əsərini nəşr etdirdi.
Məlik Adi
Məlik Adi — Dövlət qarşısındakı xidmətlərinə və sədaqətinə görə 1607-ci ildə I Şah Abbasın xüsusi fərmanı ilə Buduq kəndinin sahibi olmuşdur.
Qeyri-adi
Qeyri-adi — nadir halda rast gəlinən, sistemə salınmamış, insanlarda təəccüb doğuran, təkrarlanmayan, ənənələri ya az, ya heç olmayan, tez-tez dəyişilən, rastlaşanda maraq doğuran, istisna, standartdan fərqlənən, qeyri-adiliyi ilə seçilən hal, vəziyyət, insan, situasiya və s. Fəlsəfə Filologiya Adi С.И.Ожегов. Словарь русского языка. Москва, изд. "Русский язык", стр.348.
Adi aksis
Adi aksis (lat. Axis axis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin aksis cinsinə aid heyvan növü. Aksislər Himalay və Seylonun dağətəyi meşə zonalarında yaşayır. Bu marallara artıq tez-tez Hindistanda da rast gəlinir və onların sayı artmaqdadır. Ermənistan meşələrinə müvəffəqiyyətlə uyğunlaşdırılıb.
Adi dioskoreya
Adi dioskoreya (lat. Dioscorea communis) — bitkilər aləminin dioskoreyaçiçəklilər dəstəsinin dioskoreyakimilər fəsiləsinin dioskoreya cinsinə aid bitki növü.
Adi durnabalığı
Adi durnabalığı (lat. Esox lucius) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin durnabalığıkimilər dəstəsinin durnabalığılar fəsiləsinin durnabalığı cinsinə aid heyvan növü. Ortasaylı, yerli aborigen növdür. Yanaqları pulcuqlarla tam örtülüdür. Bədənin yan tərəflərində boz və ya zeytuni rəngdə ləkələr olur. Bu ləkələr köndələn, bəzən çəpəki zolaqlar əmələ gətirir. Şirin su balığıdır. Azərbaycan sularında ovlanan durnabalıqlarının iri fərdlərinin uzunluğu 80 sm-ə, kütləsi 5 kq-a çatır. Bütün şirin sularda, çay və göllərdə, bəzən şortəhər sularda yaşayır. Azərbaycanda əksər fərdləri 5–6 ilə qədər yaşayır.
Adi güləvər
Adi güləvər (lat. Centaurea benedicta) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü. Centaurea benedicta var. benedicta Centaurea benedicta var. kotschyi (Sch.Bip.) Ghaz.
Adi holosentr
Adi holosentr (lat. Holocentrus adscensionis) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin holosentrkimilər dəstəsinin holosentrlər fəsiləsinin holosentr cinsinə aid heyvan növü.
Adi indri
Adi indri (lat. Indri indri) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin i̇ndrilər fəsiləsinin i̇ndri cinsinə aid heyvan növü.
Adi jenşen
Adi jenşen (lat. Panax ginseng) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin jenşen cinsinə aid bitki növü. Jenşen bitkisi haqqında ilk tarixi məlumat e. ə. I əsrə aid olan və "Şennunbentsao" adlanan dərman maddələri haqda qədim çin yazısında qeyd olunub. Buna baxmayaraq şərq təbabətində onun istifadəsinin 4-5 min illik tarixi var. Tibb tarixində jenşen qədər əfsanəvi ikinci bir bitki olmayıb. İnsanlar onun nəinki bütün xəstəliklərin çarəsi olduğuna, həmçinin ölən adama həyat qaytardığına inanırdılar. Əhali arasında ona "həyat kökü", "dünyanın möcüzəsi", "ölməzlik zərbəsi" kimi adlar verilmişdi. Bitkinin belə qeyri-adi şöhrəti “jenşen qızdırmasının” yaranmasına və bir çox cinayət və bədbəxtliklərə səbəb olmuşdur.
Adi koala
Adi koala (lat. Phascolarctos cinereus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin i̇kikəsicidişlilər dəstəsinin koalalar fəsiləsinin koala cinsinə aid heyvan növü. Koalalar əsasən Avstraliyanın Adaliyade meşəliklərindən Keyp Yorka yarımadasının cənub hissəsinə qədər yerləşən ərazidə yaşayırlar. XX əsrdən etibarən Avstraliyada yaşayan koalaların kütləvi ovlanması nəticəsində sayları ciddi şəkildə azalmışdır. Koala sözü dharuk dilindən olan "gula" sözündən törəmişdir. Avstraliyada yaşayan aborigen xalqların dilində bu söz müxtəlif şəkildə ifadə olunmuşdur: Kanberra bölgəsində Ngunnavalda "gula" formasında adlandırılmışdır. Yeni Cənubi Uelsdə "kullavines" formasında adlandırılmışdır. Mürrey bölgəsində yaşayan yerli aborigenlər tərəfindən "karbors" formasında adlandırılmışdır. Koalanın adlandırılmasında istifadə olunan digər adlar: "banqaroos", "koolevongs", "narnagoons" və "kolos". Koalalar nadir hallarda su içir.
Adi lan
Adi lan (lat. Dama dama) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin lan cinsinə aid heyvan növü.
Adi mayaotu
Adi mayaotu (lat. Humulus lupulus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin mayaotu cinsinə aid bitki növü. Çoxillik sarmaşan bitkidir. Gövdəsi sarmaşan, nadir hallarda səriləndir, dördtillidir, sivri kələkötür və uzunluğu 3-6 m-dir. Çoxillik, ikievli, lian olub, uzunluğu 3-6 m-dir. Gövdəsi boş oduncaqlı, altıüzlü, içiboş, kələ-kötür olub, qarmaqlıdır. Yarpaqları bütövkənarlı və ya üç-beş kürəkli, əsasından ürəkşəkilli dərin oyuqlu, qarşı-qarşıya dayanan, metal parıltılı, itiuclu, kənarları dişcikli və uzun saplaqlıdır. Bircinsiyyətli çiçəkləri zirvədə dikinə istiqamətdə yerləşir. Beşüzvlü çiçək yatağı sarımtıl-yaşıl rəngli olub, süpürgə çiçək qrupunda toplanan, dişicikləri şişkin uzunsov-ellipsşəkilli, açıq-yaşıl, nisbətən əyilmiş olmaqla sırğaşəkillidir. Pulcuqlu, şişkinlikli olub, daxili tərəfində kiçik vəzicikləri vardır.
Adi qamışfərəsi
Adi qamışfərəsi (lat. Gallinula chloropus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinin qamışfərəsi cinsinə aid heyvan növü.
Adi qaraqulaq
Adi qaraqulaq (lat. Caracal caracal) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin qaraqulaq cinsinə aid heyvan növü.
Adi qılquyruq
Adi qılquyruq (lat. Melanitta fusca) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qılquyruq cinsinə aid heyvan növü. İri dəniz ördəyidir.Erkəklərdə bədəninin ümumi rəngi qaradır, gözünün üstündə və qanadın üzərində ağ ləkə vardır. Dişilərinin rəngi tünd qəhvəyidir. Skandinaviyadan (Norveç və İsveç) Finlandiyaya və Estoniyaya qədər, eləcə də qərbi Sibirdən Yenisey çayına qədər yuvalayır. Qərbi Avropanın sahil zonalarında qışlayır, əsasən Baltik dənizdə. Azərbaycanda nadir qeydə alınan qışlayan və köçəri növdür. Ədəbiyyat məlumatlarına əsasən Abşeron sahillərində, adalarda, Qızılağac körfəzində və Ağgöl ərazisində müşahidə olunmuşdur. Sahilə yaxın dəniz sularında, sirin sulu göllər və çaylarda yuvalayır. Yuvasına sahilə yaxın torpağın üzərində, ot və kolların arasında qurur.
Adi qızartıotu
Adi qızartıotu (lat. Echium vulgare) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin qızartıotu cinsinə aid bitki növü. İkiillik bitkidir. Gövdəsi bir və ya bir neçə sayda, sadə və ya yuxarı hissədə budaqlanan, hündürlüyü (20) 30–50 (100) sm, xırda yumşaq bozumtul-ağ tüklüdür. Çiçək qrupu ensiz və seyrək süpürgəşəkilli, qıvrımlardan ibarətdir. Yarpaqları lansetvari, bir ədəd çıxıntılı orta damarlı, bozumtul və yarımsıxılmış və ya yarımaralı tükcüklüdür, aşağıdakılar çiçəkləmə zamanı solur, kürəkvari-lansetvari, uzunluğu 5–10 sm, eni 8–15 mm-dir, gövdə yarpaqları oturaq lansetvari və ya lansetvari-xətvari, yuxarıdakılar isə zəif enlənmiş qaidəli, iti ucludur. Qıvrımları boş dəstələrə, süpürgə şəklində yığılmışdır, uzunluğu 5–20 sm, eni 5–10 sm-dir. Kasacığın çiçəkləmə zamanı uzunluğu 5–7 mm-dir. Çiçək tacı göybənövşəyi və ya demək olar ki, göy rəngli, enli olmayan zəngşəkillidir. Fındıqçaları üçbölümlü-yumurtvari, boz rəngli, çox və sıx olmayaraq qabarcıqlıdır.
Adi saola
Adi saola (lat. Pseudoryx nghetinhensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin saola cinsinə aid heyvan növü. Bədəninin uzunluğu 180 sm, süysününün hündürlüyü 90 sm-ə, kütləsi isə 100 kq-a çatır. Bədənin dəki tüklər tünd-qəhvəyi rəngdə olub, hər nırnağının üstündə ağ xal var. Ağzında özünəməxsus ağ naxış var. Bədəni dukerin bədənini xatırladır. Başı isə kudunun başına oxşayır. Buynuzları uzun (bəzən 50 sm-ə qədər), nazik və demək olar ki, düz və irəliyə doğru istiqamətlənmiş formadadır.