Omulyax körfəzi
Omulyax körfəzi — Şərqi Sibir dənizinin şərqində yerləşən körfəz. Xrom Oxu və Merkuşin Oxu yarımadası arasında yerləşir. Materik daxilinə 91 km məsafədə daxil olur. Eni isə 4 km-dir.
Sahillərində tundra bitkiləri yayılmışdır. Əsasən hamardır. Bəzi hissələrdə isə hündürlük 30 metrə çatır. Körfəzə Kyuenityax, San-Yuryax, Kustuktax, Merkuşina çayları tökülür. Semdolqen qolu ilə Zapadnı körfəzi birləşir.
Körfəz ətrafı bataqlıqlaşmışdır.